SON XƏBƏRLƏR

iran dalanan yerdə 103 JURNALİST BƏYANAT YAYIB ŞİRİN İBADİYƏ DƏSTƏK VERİB

2021.10.20, 07:36
iran dalanan yerdə 103 JURNALİST BƏYANAT YAYIB ŞİRİN İBADİYƏ DƏSTƏK VERİB

Gunaz.tv
103 JURNALİST BƏYANAT YAYIB ŞİRİN İBADİYƏ DƏSTƏK VERİB İran jurnalistləri birgə bəyanat yayaraq hökumətin Nobel sülh mükafatı laureatı Şirin İbadiyə qarşı təzyiqlərinə etiraz bildirib. ETTELAAT əməkdaşları 2008-ci il dekabrın 29-da Ş.İbadinin ofisinə gələrək bütün sənədləri, iki kompüter və bir neçə diski özləri ilə aparıblar. Ş.İbadinin ofisində axtarış başçılıq etdiyi Hüquq Müdafiəçiləri Birliyi ofisinin bağlanmasından bir həftə sonraya təsadüf edib. «Media forum» saytının məlumatına görə, 103 jurnalistin imzaladığı bəyanatda Ş. İbadinin fəaliyyətinə məhdudiyyətlərin aradan qaldırılması, Hüqüq Müdafiəçiləri Birliyi ofisinin fəaliyyətinin bərpası üçün şərait yaradılması tələbi irəli sürülüb. Bəyanatı imzalayanlardan İran parlamentinin keçmiş deputatı Cəlal Cəlalizadə BBC radiosuna açıqlamasında Hüquq Müdafiəçiləri Birliyinin fəaliyyətini ölkə üçün zəruri saydığını bildirib: «Bəyanatı imzalayan şəxslər bu birliyin fəaliyyətini ölkə üçün zəruri və xeyirli sayırlar». 7 il əvvəl təsis edilən Hüquq Müdafiəçiləri Birliyi əsasən siyasi dustaqların hüquqları uğrunda dinc mübarizə aparıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar