SON XƏBƏRLƏR

Xocalı soyqırımı İsveçin Stokholm şəhərində də anılacaq

2021.10.20, 07:36
Xocalı soyqırımı İsveçin Stokholm şəhərində də anılacaq

Gunaz.tv
Xocalı soyqırımı İsveçin Stokholm şəhərində də anılacaq xocali-heykel.jpg Xocalı soyqırımının 17-ci il dönümü İsveçin Stokholm şəhərində də anılacaq. Bu münasibətlə fevralın 22-də Stokholmun «Serqels Torq» meydanında mitinq keçiriləcək. Bu haqda Dünya Azərbaycanlıları Konqresindən məlumat veriblər. «Qarabağ», «Azərbaycan» «Odlar yurdu» «Ərk» və «Prometey» cəmiyyəitlərinin təşkilatçılığı ilə keçiriləcək mitinq 2 saat davam edəcək. Mitinq zamanı 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində xalqımıza qarşı misli görünməyən vəhşiliklər törədildiyi, dinc əhalimizi amansızcasına qətlə yetirdiyi şəhər kənd qəsəbə və digər yerlərin viran edildiyi bir daha dünya içtimaiyətinin diqqətinə çatdırılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar