SON XƏBƏRLƏR

“Bakı İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ilinin təntənəli açılış mərasimi keçiriləcək

2021.10.20, 07:36
“Bakı İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ilinin təntənəli açılış mərasimi keçiriləcək

Gunaz.tv
“Bakı İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ilinin təntənəli açılış mərasimi keçiriləcək. saray_05_09_02.jpg Tədbirə bir sıra Avropa və İslam dövlətlərinin şəhərlərinin merləri, eyni zamanda mədəniyyət nazirləri dəvət edilib Fevralın 18-də Heydər Əliyev adına Sarayda “Bakı İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ilinin təntənəli açılış mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyevanın verdiyi məlumata görə, tədbirə bir sıra Avropa və İslam dövlətlərinin şəhərlərinin merləri, eyni zamanda mədəniyyət nazirləri dəvət edilib. Açılış mərasimində İSESKO-nun Baş direktoru Ə.O.Əl-Tuveycri də iştirak edəcək. Açılış mərasimi çərçivəsində fevralın 18-i və 19-u Bakı şəhərinin mərkəzi meydanlarında şənliklər, “Bakı-İslam mədəniyyətinin paytaxtı-2009” vebsaytının və “Qədim Bakı” kitabının təqdimatı keçiriləcək. Ümumiyyətlə, il ərzində mədəniyyət paytaxtı ili çərçivəsində yüzdən çox milli və beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, 2008-ci ilin 2-3 dekabr tarixlərində Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və ona qonşu regionlarda sülhün və davamlı inkişafın əsasıdır” mövzusunda konfransı keçirilib. Konfransın gedişində Bakı Bəyannaməsi qəbul edilib, iştirakçı dövlətlər, eləcə də tərəfdaş dövlətlərin mədəniyyətlərarası dialoq sahəsində mədəni əməkdaşlığını və fəaliyyətlərinin əlaqələndirilməsinin inkişaf etdirilməsini nəzərdə tutan “Bakı prosesi”nin əsası qoyulub. Bu il həmçinin İslam ölkələrinin Mədəniyyət nazirlərinin VI konfransı keçiriləcək. Azərbaycan tərəfi ənənəsinə sadiq qalaraq “Bakı Prosesi” çərçivəsində həmin konfransa bir sıra Avropa dövlətlərini də dəvət etməyi planlaşdırır. Xatırladaq ki, İSESKO-ya üzv dövlətlərin mədəniyyət nazirlərinin 21-23 noyabr 2007-ci il tarixində Liviyanın Tripoli şəhərində keçirilmiş beşinci konfransının nəticələrinə görə, Bakı şəhəri 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilib./ANS PRESS/ Tədbirə bir sıra Avropa və İslam dövlətlərinin şəhərlərinin merləri, eyni zamanda mədəniyyət nazirləri dəvət edilib Fevralın 18-də Heydər Əliyev adına Sarayda “Bakı İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ilinin təntənəli açılış mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyevanın verdiyi məlumata görə, tədbirə bir sıra Avropa və İslam dövlətlərinin şəhərlərinin merləri, eyni zamanda mədəniyyət nazirləri dəvət edilib. Açılış mərasimində İSESKO-nun Baş direktoru Ə.O.Əl-Tuveycri də iştirak edəcək. Açılış mərasimi çərçivəsində fevralın 18-i və 19-u Bakı şəhərinin mərkəzi meydanlarında şənliklər, “Bakı-İslam mədəniyyətinin paytaxtı-2009” vebsaytının və “Qədim Bakı” kitabının təqdimatı keçiriləcək. Ümumiyyətlə, il ərzində mədəniyyət paytaxtı ili çərçivəsində yüzdən çox milli və beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, 2008-ci ilin 2-3 dekabr tarixlərində Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və ona qonşu regionlarda sülhün və davamlı inkişafın əsasıdır” mövzusunda konfransı keçirilib. Konfransın gedişində Bakı Bəyannaməsi qəbul edilib, iştirakçı dövlətlər, eləcə də tərəfdaş dövlətlərin mədəniyyətlərarası dialoq sahəsində mədəni əməkdaşlığını və fəaliyyətlərinin əlaqələndirilməsinin inkişaf etdirilməsini nəzərdə tutan “Bakı prosesi”nin əsası qoyulub. Bu il həmçinin İslam ölkələrinin Mədəniyyət nazirlərinin VI konfransı keçiriləcək. Azərbaycan tərəfi ənənəsinə sadiq qalaraq “Bakı Prosesi” çərçivəsində həmin konfransa bir sıra Avropa dövlətlərini də dəvət etməyi planlaşdırır. Xatırladaq ki, İSESKO-ya üzv dövlətlərin mədəniyyət nazirlərinin 21-23 noyabr 2007-ci il tarixində Liviyanın Tripoli şəhərində keçirilmiş beşinci konfransının nəticələrinə görə, Bakı şəhəri 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilib./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar