SON XƏBƏRLƏR

İsrail təyyarələrinin Antalyaya uçması qadağan edildi

2021.10.20, 07:36
İsrail təyyarələrinin Antalyaya uçması qadağan edildi

Gunaz.tv
İsrail təyyarələrinin Antalyaya uçması qadağan edildi israil-hava-limani.jpg İsrail dövləti təyyarələrinin Türkiyənin Antalya bölgəsinə uçmasını qadağan edib. Lent.az-ın məlumatına görə, artıq İsrail Hava Yollarının təyyarələrinin Antalyaya uçuşları dayandırılıb. “Haaretz” qəzeti yazıb ki, bu qərarın alınmasına səbəb Ankara və Tel-Əviv arasında Türkiyəyə uçuş edən İsrail təyyarələrində silahlı təhlükəsizlik xidmətinin əməkdaşlarının uçması barədə razılığa gələ biməməsi olub. Bu qərar İsrailin rəsmi hava yolları şirkəti El-Al da daxil olmaqla bütün çarter reyslərinə aiddir. İsrail tərəfi təhlükəsizlik məqsədilə təyyarələrində bir nəfər mühafizəçinin olmasını israr edir. “Haaretz” qəzeti yazıb ki, bu məsələ ilə bağlı anlaşılmazlıq bir neçə ay öncə bitmişdi, lakin iki ölkə arasında Davos forumu çərçivəsində yaşanan olaydan sonra qərarın yenidən icraya yönəldilməsi diqqət çəkir. Qəzet onu da qeyd edib ki, Antalyadakı bir çox beşulduzlu otel türk qonaqpərvərliyini göstərmək məqsədilə israilli turistlər üçün həftəsonu pulsuz xidmət göstərir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar