SON XƏBƏRLƏR

Rusiya Ermənistana 500 milyon dollar kredit verəcək

2021.10.20, 07:36
Rusiya Ermənistana 500 milyon dollar kredit verəcək

Gunaz.tv
Rusiya Ermənistana 500 milyon dollar kredit verəcək rusiya-minfin.jpg Rusiyanın maliyyə naziri Aleksey Kudrin bildirib ki, vəsaitdən maliyyə böhranının nəticələrini aradan qaldırmaq üçün istifadə ediləcək Rusiya Ermənistana qlobal maliyyə böhranının nəticələrini aradan qaldırmaq üçün 500 milyon dollar kredit ayıracaq. Bunu Rusiyanın baş nazirinin müavini, maliyyə naziri Aleksey Kudrin deyib. O, Londonda Böyük Britaniyanın işgüzar dairələrinin nümayəndələri qarşısında çıxışında bildirib ki, Rusiya MDB ölkələrinə dəstək verməyə hazırdır: «Biz işlədiyimiz qonşu ölkələrə kömək edəcəyik. Hazırda bizə müraciət edən ölkələr var». Qeyd edək ki, Ermənistanın Rusiyaya kredit üçün müraciət etməsi barədə məlumatlar yanvarın sonlarında yayılmışdı. Həmin vaxt məlumatı Aleksey Kudrin də təsdiqləmişdi. Lakin kreditin dləqiq məbləği barədə heç bir rəqəm səsləndirilməmişdi. Ermənistanın Statistika Xidmətinin məlumatına görə, bu ölkədə iqtisadi artım 2001-ci ildən indiyədək ən aşağı həddə düşüb. 2008-ci ildə iqtisadi artım 6,8 faiz təşkil edib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar