SON XƏBƏRLƏR

Türkiyə şirkəti Ermənistana hərbi texnika satmağı planlaşdırır

2021.10.20, 07:36
Türkiyə şirkəti Ermənistana hərbi texnika satmağı planlaşdırır

Gunaz.tv
Türkiyə şirkəti Ermənistana hərbi texnika satmağı planlaşdırır Türkiyənin «Nurol Makina ve Sanayi» şirkəti İctimai Hadisələrə Zirehli Müdaxilə Texnikalarının (TOMA) alğı-satqısına dair Ermənistanla müzakirələr aparır. APA-nın Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə şirkətin baş direktorunun müavini Tancu Torun bildirib. “Hazırda müzakirələr davam edir. Razılaşma əldə olunarsa, Ermənistana hərbi texnika satışını həyata keçirəcəyik”, - deyə şirkət rəsmisi vurğulayıb. Hazırda TOMA-lar Türkiyə Jandarma Baş Komandanlığının və hüquq-mühafizə orqanlarının inventarına daxildir. TOMA-ların istehsalına 2002-ci ildən başlanıb və 15-dək müxtəlif modeli var. TOMA-ların su püskürtmə topu, həmçinin püskürdülən suyun tərkibinə gözyaşardıcı qaz qarışdırma və yapışqanlı köpük vurma imkanları var. İğtişaşların yatırılmasında tətbiq olunan bu texnikalar hər cür təhdidə qarşı ballistik zireh, sirena və işıq sistemi və s. təchiz olunub. Qeyd edək ki, «Nurol» şirkəti Azərbaycanla da əməkdaşlıq edir. «Nurol Holding»ə daxil olan FNSS şirkəti Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə bəzi layihələr, o cümlədən silahlanmadan çıxarılmış zirehli texnikaların bazasında yeni texnikaların yaradılması və s. üzrə müzakirələr aparır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar