SON XƏBƏRLƏR

CƏMİL HƏSƏNLİNİN «İRAN AZƏRBAYCANI: SOYUQ MÜHARİBƏNİN BAŞLANĞICI» KİTABI TEHRANDA NƏŞR OLUNUB. BƏZİ MƏQAMLAR QISALDILIB

2021.10.20, 07:36
CƏMİL HƏSƏNLİNİN «İRAN AZƏRBAYCANI: SOYUQ MÜHARİBƏNİN BAŞLANĞICI» KİTABI TEHRANDA NƏŞR OLUNUB. BƏZİ MƏQAMLAR QISALDILIB

Gunaz.tv
CƏMİL HƏSƏNLİNİN «İRAN AZƏRBAYCANI: SOYUQ MÜHARİBƏNİN BAŞLANĞICI» KİTABI TEHRANDA NƏŞR OLUNUB. BƏZİ MƏQAMLAR QISALDILIB Professor Cəmil Həsənlinin «İran Azərbaycanı: soyuq müharibənin başlanğıcı» adlı iri həcmli monoqrafiyası Tehranda fars dilində nəşr olunub. Nəşr müəllifin 2003-cü ildə Bakıda rus dilində dərc olunan kitabı əsasında hazırlanıb. Əsəri rus dilindən fars dilinə Mənsur Səfvəti tərcümə edib. C.Həsənlinin «Turan»a bildirdiyinə görə, kitab Tehranda «Şieraze» mərkəzində çıxıb. «Nəşr mərkəzinin direktoru Ziba Cəlalie Naini həm İranının sosial-siyasi həyatında, həm də qadın hüquqları sahəsində aktiv fəaliyyəti olan bir xanımdır». Müəllif hesab edir ki, Tehran nəşrində kitabın materialları əsasən saxlanılsa da, tərcümə və nəşr zamanı bəzi məqamlar qısaldılıb: «Kitaba Qafqaz, Rusiya və Mərkəzi Asiya məsələləri üzrə ekspert-tədqiqatçı və universitet müəllimi doktor Bəhram Əmirəhmədian ön söz yazıb. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, doktor Əhmədnianın kitab haqqında və ümumilikdə Azərbaycan tarixi haqqında ön sözdə irəli sürdüyü fikir və mülahizələr bir qədər qərəzli xarakter daşıyır. Bununla belə o, yazır ki, kitab II Dünya müharibəsi dövründə İran tarixinin müəyyən sahələrini aydınlaşdırmaq və öyrənmək üçün çox yararlı bir əsərdir». Tehrandan əvvəl bu araşdırma İstanbulda, Moskvada, Nyu-Yorkda, Oksfordda və Torontoda çıxıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar