SON XƏBƏRLƏR

DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASININ İCTİMAİ TƏQDİMATI KEÇİRİLƏCƏK

2021.10.20, 07:36
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASININ İCTİMAİ TƏQDİMATI KEÇİRİLƏCƏK

Gunaz.tv
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASININ İCTİMAİ TƏQDİMATI KEÇİRİLƏCƏK Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən xəbərə görə, bugünlərdə Dünya Azərbaycanlılarının Həmrəylık Xartıyası ictimaiyyətə təqdim olunacaq. Hazırda xartiyanın son variantı üzərində tamamlama işləri gedir. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-da Bakıda keçirilən iclasında qəbul olunmuş xartiya Bakıda alimlərin, ziyalıların və mətbuat nümayəndələrinin iştirakı ilə ictimayyətə təqdim olunacaq. Bu məqsədlə keçiriləcək dəyirmi masada ən son dəqiqləşdirmələr aparıldıqdan sonra sənəd nəşr ediləcək və Avropa Azərbaycanlıları Konqresinin 3-cü qurultayında iştirak edən diaspor təşkilatları rəhbərləri və fəallarına paylanacaq. Daha sonra Niderlandda Avropa Azərbaycanlıları Konqresi və Benilüks Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə «Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası Azərbaycan diasporunun tarixində yeni mərhələnin əsası kimi» mövzusunda konfrans düzənlənəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar