SON XƏBƏRLƏR

Moskva NABUCCO-nu dayandıra biləcəkmi?

2021.10.20, 07:36
Moskva NABUCCO-nu dayandıra biləcəkmi?

Gunaz.tv
Moskva NABUCCO-nu dayandıra biləcəkmi? "Rusiyanın hərəkətləri siyasi mədəniyyətsizlikdir" Rusiya dünyanın önəm verdiyi nəhəng NABUCCO layihəsinə qarşıdır. Moskvalı politoloqlardan biri rus hökumətini bu layihəyə mane olmağa, hətta lazım gələrsə, hərb yolu ilə əngəlləməyə çağırıb. Moskva NABUCCO layihəsini dayandıra biləcəkmiğ Politoloq Zəlimxan Məmmədli hesab edir ki, qışın ortasında Avropanı qazla imtahana çəkən Rusiya NABUKKO layihəsindən çox narahatdır və bu nəhəng proyekti dayandırılmasında maraqlıdır: "Rusiyanın Avropanı, qonşu dövlətləri qazla imtahana çəkməsi siyasi mədəniyyətsizlikdir, insan haqqlarına sayğısızlıqdır, bəşəri dəyərlərə arxa çevirməkdir. NABUCCO zərurətdən yaranan bir layihədir. Rusiyanın demokratik olması alternativ enerji layihələrinə, o cümlədən NABUCCO-ya heç ehtiyac da yaratmazdı. NABUCCO-ya qarşı davranışları Rusiyanın şər qüvvə olduğunu göstərdi. Amma NABUCCO-nun qarantı olan dövlətlər dünyanı idarə edən dövlətlərdir. Bu baxımdan Rusiyanın NABUCCO layihəsinə mane ola biləcəyini düşünmürəm".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar