SON XƏBƏRLƏR

Cavaxetiya Ermənistana, Marneuli - Azərbaycana

2021.10.20, 07:36
Cavaxetiya Ermənistana, Marneuli - Azərbaycana

Gunaz.tv
"Cavaxetiya Ermənistana, Marneuli - Azərbaycana" "Rusiyanın hakimiyyət dairələri Gürcüstana qarşı yaxşı planlaşdırılmış aqressiyanı həyata keçirməklə yanaşı, bütün Cənubi Qafqazda təsir rıçaqlarına yiyələnməyə çalışırlar. Kremlin məqsədi Azərbaycan və Gürcüstanın Qərbə yönəlmiş xarici siyasətini dəyişmək, həmin ölkələri özündən asılı vəziyyətə salmaqdır". Rusiyanın sabiq prezidenti və indiki baş naziri Vladimir Putinin iqtisadi məsələlər üzrə keçmiş müşaviri, Katon İnstitutunun nəzdindəki Qlobal Azadlıq və İnkişaf Mərkəzinin eksperti Andrey İllarinov hesab edir ki, çoxsaylı məlumat və informasiyaların təhlili Rusiya rəhbərliyinin əsl məqsədlərini anlamağa kömək edir. "Rusiya Gürcüstan üzərində tam nəzarətə nail olmaq, bu da alınmasa ölkəni bütünlüklə dezinteqrasiyaya sürükləməyə çalışırdı. Əslində həmin məqsədlər indi də dəyişməyib. Gürcüstanı parçalamağa çalışan Rusiya Abxaziya və Cənubi Osetiya ilə yanaşı, Acariya, Sameqrelo, Samstxe-Cavaxetiya, İmereti, Kvemo-Kartli bölgəsinin Marneuli bölgəsini də ölkədən qoparmaq istəyir. Aydındır ki, Cavaxetiya və Marnueli müvafiq olaraq Ermənistanla Azərbaycana təklif ediləcək. 1938-ci ildə nasist Almaniyanın Çexoslovakiya ilə eynən bu cür davranmışdı", - A.İllarinov söyləyib. Onun dediyinə görə, Azərbaycanın belə "pay"dan imtina edəcəyi şübhə doğurmasa da, eyni sözləri Ermənistan barədə deyə bilməz. İllarinov hesab edir ki, Gürcüstanın Samstxe-Cavaxetiya bölgəsində ermənilərin separatçı fəaliyyətini aktivləşdirən, onların muxtariyyət və "erməni dilinin Gürcüstanda dövlət dillərindən biri" kimi tanınması tələblərinin gündəmə gətirilməsinə rəvac verən əsas qüvvə Ermənistan yox, Rusiyadır. Kvemo-Kartli bölgəsindəki azərbaycanlıların üzləşdikləri problemlərdən dolayı, onların narazılığını da Tiflisdəki mərkəzi hakimiyyətə qarşı separatçı məcraya salmaq üçün göstərilən səylərə gəldikdə isə, A.İllarionov bunların da arxasında Rusiya rəhbərliyinin göstərişi ilə hərəkət edən qüvvələrin durduğunu dedi. "Kreml Cənubi Qafqazda xalqları bir-birlərinə düşmən salmaqla "parçala və hökm sür" siyasətinin neoimper variantını reallaşdırmağa çalışır. Lakin Gürcüstandakı azərbaycanlıların belə oyunlara inandığını düşünmürəm", - A.İllarinov söyləyib. Humay express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar