SON XƏBƏRLƏR

Ordumuzda heç bir problem yoxdur

2021.10.20, 07:36
Ordumuzda heç bir problem yoxdur

Gunaz.tv
"Ordumuzda heç bir problem yoxdur" Deputatlar cəbhə bölgəsinə olublar Yanvarın 31-də bir qrup deputat və jurnalist Milli Ordunun 2 saylı korpusunun N saylı hərbi hissəsinə, cəbhə bölgəsinə səfər ediblər. Səfər ordu haqqında ictimaiyyətdə olan çaşqınlığı aradan qaldırmaq məqsədi güdüb. Xankəndindən olan deputat Həvva Məmmədovanın dediyinə görə, səfər zamanı əsgərlərin ərzaq təminatı, geyimləri ilə yaxından tanış olublar: "Bu sahədə silahlı qüvvələrin heç bir problemlərinin olmadığının şahidi olduq", - deyən deputat hətta ehtiyat üçün anbarların hazır vəziyyətdə olduğunu qeyd etdi. Onun sözlərinə görə, Azərbaycandan fərqli olaraq, Ermənistanda vəziyyət gərgindir: "Ermənistanda xidmət edən əsgərlərin əksəriyyəti muzdlu xidmət göstərirlər. Buna görə də həmin əsgərlərin ölməsi Ermənistanı narahat etmir". Digər deputat Aydın Həsənov isə 15 il əvvəlkindən fərqli olaraq bu gün Azərbaycanda fərarilərin olmadığını deyərək, zabitlərin əsgərlərə əsl ata qayğısı göstərdiklərini bildirdi: "Bəzən mətbuatda orduda baş verən hansısa qəzanı, hadisəni şişirdib təqdim edirlər. Amma qəza hər yerdə ola bilər. Hər gün yüzlərlə avtomobil qəzaları olur. Ordu da cəmiyyətdən kənar deyil və buradakılar da insandırlar. Heç bir dövlətdə ordu ilə bağlı tənqidi məqalələrə yer verilmir. Belə şeyləri mətbuatda işıqlandırmaq qəti olmaz. Ordu barəsində yalnız yaxşı yazmaq lazımdır". Səfərdə iştirak edən deputat Baba Tağıyev də Azərbaycan ordusunun dünyanın heç bir ordusundan geri qalmadığını deyərək, Milli Orduda yüksək döyüş əhval-ruhiyyəsinin olduğunu vurğuladı. O, eyni zamanda Xocavənd sakinləri ilə görüşdüklərini də dedi. Bəkir NƏRİMANOĞLU

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar