SON XƏBƏRLƏR

QADIN HÜQUQ MÜDAFİƏÇİSİ EVİN ZİNDANINA SALINIB

2021.10.20, 07:36
QADIN HÜQUQ MÜDAFİƏÇİSİ EVİN ZİNDANINA SALINIB

Gunaz.tv
QADIN HÜQUQ MÜDAFİƏÇİSİ EVİN ZİNDANINA SALINIB nefiseazad.jpg Nəfisə Azad İran hüquq müdafiəçilərinin bildirdiyinə görə, qadın-kişi hüquq bərabərliyi uğrunda dinc mübarizə aparan 1 milyon imzatoplama kampaniyasının fəalı Nəfisə Azad həbs edilib. «Media forum» saytının məlumatına görə, ETTELAAT əməkdaşları qadın hüquq müdafiəçisi Nəfisə Azadı Tehran küçələrinin birində imza toplayarkən həbs edib Tehranın Evin həbsxanasına aparıblar. Məlumatda o da vurğulanır ki, ETTELAAT əməkdaşları N.Azadı həbs etdikdən sonra fevralın 3-də onun qaldığı mənzilə gələrək fəala məxsus kitabları, əlyazmaları və kompüteri aparıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar