SON XƏBƏRLƏR

Yaqub Mahmudov: «Sahil bağında Şaumyan, Amiryan və Avenyanın cəsədləri olmayıb»

2021.10.20, 07:36
Yaqub Mahmudov: «Sahil bağında Şaumyan, Amiryan və Avenyanın cəsədləri olmayıb»

Gunaz.tv
Yaqub Mahmudov: «Sahil bağında Şaumyan, Amiryan və Avenyanın cəsədləri olmayıb» yaqub_mahmudlu.jpg Tarix İnstitutunun direktoru Stepan Şaumyanın 1919-cu ildə hərbi əsir olmasını təsdiq edən sənəd aşkar edildiyini bildirib «26 Bakı komissarlarından Şaumyan, Amiryan və Avenyanın cəsədləri Sahil bağında olmayıb». ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov institutun Elmi Şurasının bu gün keçirilən xüsusi iclasında bildirib. Y.Mahmudovun sözlərinə görə, «26 Bakı komissarları» adlandırılan şəxslərdən 23-nün cəsədi AMEA-nın alimlərinin, həmçinin Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin baş direktoru Ş.Musayev başda olmaqla, aparıcı ekspertlərin iştirakı ilə araşdırılıb. İnstitutun direktoru məhkəmə-tibbi kriminalistik tədqiqatı nəticəsində sklet-sümüklərin kişi cinsindən olan 23 şəxsə mgxsus olduğun və onların yaşının 20-50 yaş arasında olduğun bildirib. «Sümüklərdən 11-i 20-29 yaş, 11-i 30-39 yaş, 1-i isə 40-49 yaşlı şəxsə məxsusdur. Araşdırma nəticəsində məlum olub ki, xalqımıza qarşı cinayət törədənlər, onun başında duranlar aradan çıxarılıb. Tapılmayan üç cəsəd Stepan Şaumyana, Tatevos Amiryana və Arsen Avenyana aiddir». Y.Mahmudov qeyd edib ki, «Sahil bağı»nda dəfn olunanların şəxsiyyətlərinin, 26 Bakı komissarı fenomeni kimi sovet tarixində yaradılan yanlışlıqların və bütövlükdə 1918-ci il sentyabrın 20-də baş verənlərin sonrakı dövrdə saxtalaşdırmaya məruz qalmasıyla bağlı araşdırmalara başlanılıb. «Institutun Milli Arxiv İdarsi ilə birgə başlanılan araşdırmaların nəticəsində ilkin olaraq 26 Bakı komissarlarının başçısı S.Şaumyanın 1919-cu ildə hərbi əsir olmasını təsdiq edən sənəd aşkar edilib. 1934-cu ildə isə Ermənistan hökumətinin Krasnavodskda «26-lar»a abidə qoyulması üçün 150 min manat vəsait ayırdığını sübut edən sənəd də aşkarlanıb». Tarixçi Azərbaycan xalqının cəlladları olmalarına baxmayaraq, 23 nəfərin cəsədinin qalıqları müsəlman, yəhudi və xristian din xadimlərinin iştirakı ilə, müvafiq dini ayinlər icra olunmaqla şəhər qəbiristanlığında dəfn edildiyini bildirib. Qeyd edək ki, «26-lar»ın məzarı bu ilin 24-26 yanvarında açılıb. Onlar «Sahil bağı»nda 1920-ci ilin 10 sentyabrında dəfn olunmuşdular. Röya Rəfiyeva /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar