SON XƏBƏRLƏR

Bu gün(4 fevral) Moskvada Ermənistan Rusiya danışıqları keçiriləcək

2021.10.20, 07:36
Bu gün(4 fevral) Moskvada Ermənistan Rusiya danışıqları keçiriləcək

Gunaz.tv
Bu gün Moskvada Ermənistan Rusiya danışıqları keçiriləcək moskva-03-02.jpg Bu gün Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avropa İqtisadi Birliyinin dövlətlərarası şurasının növbəti iclası keçiriləcək. Qeyd edək ki, Ermənistan Kollektiv Təhlüksəizlik Müqaviləsi Təşkilatına sədrlik edir və Avropa Iqtisadi Birliyinin dövlətlərarası şurasında müşahidəçi statusuna malikdir. Moskvaya gələcək Ermənistan nümayəndə heyətinin tərkibinə ölkənin xarici işlər, müdafiə və maliyyə nazirləri daxildir. Təşkilatın iclasından əlavə Rusiya ilə Ermənistan arasında ikitərəfli ticari-iqtisadi əlaqələr və Moskvadan kredit alınması məsələləri müzakirə olunacaq. Qeyd edək ki, Ermənistan Moskvanın nəzarətində olan strukturlara Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Cəmiyyətinə inteqrasiyasını gücləndirmək niyyətindədir. İrəvan həmçinin qaz və silah üçün güzəştli qiymətin saxlanılmasını istəyir. Qeyri-rəsmi məlumatlara görə, Moskva rəsmi İrəvanın kredit kimi istədiyi bir milyard dolların müqabilində ermənistanın rubl zonasına daxil olmasını və hökumətin tərkibinin dəyişdirilməsini şərt kimi qoyub. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar