SON XƏBƏRLƏR

5 GÜNEYLİ FƏAL HƏBS və SÜRGÜNƏ MƏHKUM EDİLİB

2021.10.20, 07:36
5 GÜNEYLİ FƏAL HƏBS və SÜRGÜNƏ MƏHKUM EDİLİB

Gunaz.tv
5 GÜNEYLİ FƏAL HƏBS və SÜRGÜNƏ MƏHKUM EDİLİB feallar---shekil.jpg Ərdəbil İnqilab Məhkəməsi Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan 5 azərbaycanlı fəalı uzunmüddətli həbs və sürgünə məhkum edib. «Media forum» saytının məlumatına görə, milli təhlükəsizliyi pozmaq məqsədi ilə qanunsuz təşkilatlar yaratmaqda günahlandırılan Hüseyn Hüseyni, Behruz Əlizadə, Ərdəşir Kərimi Xiyavi, Vədud Səadəti və Rəhim Qulami 5 il həbsə və sürgünə məhkum ediliblər. Onlar cəzalarını Ərdəbildə yox, ölkənin digər şəhərlərinin həbsxanalarında çəkəcəklər. Hüseyn Hüseyni Kirman, Ərdəşir Kərimi Xiyavi Hormozqan, Behruz Əlizadə Bocnurd, Vədud Səadəti Simnan, Rəhim Qulami isə Həmədan zindanlarına göndəriləcək. Fəallar 2008-ci ilin aprelində milli zəmində apardıqları fəaliyyətlərinə görə tutulub 20 gün həbsdə saxlandıqdan sonra hər biri 30 min dollalıq mülk girovu qoyaraq azad buraxılmışdlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar