SON XƏBƏRLƏR

Güləşçilərimiz Fransada keçirilmiş beynəlxalq turnirdə doqquz medal qazanıb

2021.10.20, 07:36
Güləşçilərimiz Fransada keçirilmiş beynəlxalq turnirdə doqquz medal qazanıb

Gunaz.tv
Güləşçilərimiz Fransada keçirilmiş beynəlxalq turnirdə doqquz medal qazanıb gulesh1.jpg Güləşçilərimizin üçü qızıl medala layiq görülüb Yunan-Roma güləşçilərimiz Fransanın Kretey şəhərində keçirilmiş beynəlxalq turnirdə 9 medal qazanıb. Kretey turnirinin baş mükafatını komandamıza müvafiq olaraq 55, 74 və 86 kq çəki dərəcələrində yarışmış güləşçilərimizdən Elçin Əliyev, Rafiq Hüseynov və Şalva Qadabadze qazandırıb. Çəkisi 55 kq-dək olan güləşçilərin yarışında yalnız finalda məğlub olan Elvin Mürsəliyev turnirin gümüş medalını əldə edib. Pekin Olimpiya Oyunlarında ikinci olmuş Rövşən Bayramov Fransa turnirində də gümüş medalla kifayətlənib. Rövşən Kreteydə 60 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Çəkisi 66 kq-dək olan güləşçilərin yarışında Fuad Əliyevlə Rəsul Çunayev ən güclü üçlüyü tamamlayıb. Dens Mişin isə 96 kq çəki dərəcəsində fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Ən ağırların mübarizəsində son Azərbaycan çempionu Cəlal Bahadırov da bürünc medal qazanıb. Qeyd edək ki, yığma komandanın baş məşqçisi Bəhram Mürvətov Fransada 11 güləşçinin xidmətindən yararlanıb. Afina Olimpiadasının qızıl medalçısı Fərid Mansurov Fransaya aparılsa da, bu turnirdə iştirak etməyib. Bu gündən etibarən Yunan-Roma güləşçilərimiz Fransada təşkil olunacaq təlim-məşq toplanışında bir araya gələcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar