SON XƏBƏRLƏR

ABŞ, Qırğızıstan hökumətinin qərarına münasibət bildirib

2021.10.20, 07:36
ABŞ, Qırğızıstan hökumətinin qərarına münasibət bildirib

Gunaz.tv
ABŞ, Qırğızıstan hökumətinin qərarına münasibət bildirib manas-baza-2.jpg «Qırğızıstandakı bazanı yaxın vaxtlarda bağlamaq planımız yoxdur» «ABŞ, Qırğızıstandakı bazanın vaxtından əvvəl bağlamaq barədə düşünmür». Bunu Əfqanıstandakı ABŞ hərbi komandanlığının nümayəndəsi Qreq Culian deyib. O, Qırğızıstan hökumətinin «Manas» hava limanındakı Amerika bazasının fəaliyyətinin dayandırılması barədə qərarını «siyasi seçim» adlandırıb: «Bizim fəaliyyətdə olan müqaviləmiz var. Qırğızıstan hökuməti hərbi bazanın fəaliyyətinə görə milyonlarla dollar qazanır. Yaxın vaxtlarda hərbi bazarının bağlanması barədə planımız yoxdur». Xat;rladaq ki, Qırğızıstan hökumətinin «Manas» hava limanındakı Amerika bazasını bağlamaq barədə qərarını Qırğızıstan prezidenti Kurmanbek Bakiyev Moskvada açıqlayıb. Onun sözlərinə görə, Qırğızıstan hökuməti bazanın yerləşmə müddətini yekunlaşdırmaq niyyətindədir. ABŞ-a məxsus təyyarə bazası 2001-ci ildə BMT-nin mandatına əsasən, koalisiya qüvvələri tərəfindən Əfqanstanda keçirilən antiterror əməliyyatlarına dəstək məqsədilə yaradılıb. Hazırda «Manas» bazasında 1000-dən artıq ABŞ hərbçisi, eləcə də hərbi-nəqliyyat təyyarələri var. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar