SON XƏBƏRLƏR

İran Fars rejimi Güney Azərbaycan fermerlərinə zərbə vurur

2021.10.20, 07:36
İran Fars rejimi Güney Azərbaycan fermerlərinə zərbə vurur

Gunaz.tv
İran Fars rejimi Güney Azərbaycan fermerlərinə zərbə vurur guney_azarbaycan_xeritesi.jpg GÜNAZ.TV mətbuat mərkəzinin (www.dak.az) saytından əldə etdiyi bilgiyə əsasən, Güney Azərbaycanın Həmədan şəhərində yeralması əkən azərbaycanlı fermerlər müflis olmaq təhlükəsilə üzləşib. Soydaşlarımızın yetişdirdikləri məhsulların ixracına əngəl yaradılır İrandakı fars şovinist rejimi Güney Azərbaycanda yetişdirilən bağ məhsullarına aşkar və ya gizli embarqo qoyaraq, rəsmi şəkildə əkinçiləri və bölgəni məhv etmək istəyir. Belə ki, mövcud rejim yeralmasının ixrac edilməsinə maneə törədir və bunun üçün ağır vergilər istəyir. Habelə daxildə məhsulun satışının qarşısını almaq üçün Pakistandan yeralması idxal olunur. Nəticədə soydaşlarımızın məhsulu daxili bazardan da sıxışdırılaraq çıxarılır. Qeyd edək ki, İranın Pakistanla imzaladığı müqaviləyə əsasən, düyü ilə yanaşı, yeralmasının da idxalında razılıq əldə olunub. Yəni bir kiloqram düyü ilə birlikdə bir kiloqram yeralmasının alınması da şərt olaraq qəbul edilib. Bununla da Güney Azərbaycanda yeralması becərən soydaşlarımız pis duruma düşüblər və yetişdirdikləri məhsulun maya dəyəri satış qiymətindən daha çox olub. Hətta əkinçilər etiraz əlaməti olaraq məhsullarını torpaqdan çıxarmaq istəmirlər və onların üzərini torpaqla basdırmaq qərarına gəliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar