SON XƏBƏRLƏR

Ərəblər birləşir

2021.10.20, 07:36
Ərəblər birləşir

Gunaz.tv
Ərəblər birləşir ereblerin-sammiti.jpg Əbu-Dabidə keçirilən ərəb sammitində Mahmud Abbas hökuməti dəstəklənib Əbu-Dabidə toplaşan ərəb ölkələri xarici işlər nazirləri Mahmud Abbasın lideri olduğu Fələstin hökumətini dəstəkləyib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yazılı açıqlamada ərəb olmayan tərəflərin ərəb ölkələrindəki hadisələrə mənfi müdaxiləsindən narahatlıq ifadə edilib. Mətbuat üçün qapalı keçirilən toplantıda qarşıdan gələn Ərəb Birliyi zirvəsinə hazırlıqlar çərçivəsində ərəb ölkələri arasında əlaqələrin gücləndirilməsi məsələsi müzakirə olunub. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, İordaniya, Mərakeş, Tunis, Yəmən və Fələstin xarici işlər nazirlərinin qatıldığı toplantıdan sonra birgə bəyanat yayılıb. Birləşmiş Ərəb Əmirlikləri xarici işlər naziri Şeyx Abdulla bin Zayid əl-Nahyanın açıqladığı sənəddə qeyd edilir ki, ərəb ölkələri yaranmış vəziyyətin öhdəsindən gəlmək üçün birgə çalışırlar: “Ərəb olmayan tərəflərin ərəb ölkələrindəki hadisələrə mənfi müdaxiləsi isə narahatlıq doğurur”. Bəyanatda ayrıca olaraq bildirilir ki, ərəb ölkələri “Fələstin xalqının yeganə təmsilçisi olan Mahmud Abbasın başçılıq etdiyi Fələstin hökumətini Fələstin Azadlıq Təşkilatını dəstəkləyirlər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar