SON XƏBƏRLƏR

ABŞ-IN DÖVLƏT KATİBİ TEHRANLA BİRBAŞA DANIŞIQLARIN APARILMASI YOLLARININ AXTARILDIĞINI BİLDİRİB

2021.10.20, 07:36
ABŞ-IN DÖVLƏT KATİBİ TEHRANLA BİRBAŞA DANIŞIQLARIN APARILMASI YOLLARININ AXTARILDIĞINI BİLDİRİB

Gunaz.tv
ABŞ-IN DÖVLƏT KATİBİ TEHRANLA BİRBAŞA DANIŞIQLARIN APARILMASI YOLLARININ AXTARILDIĞINI BİLDİRİB hilari_klinton.jpg Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton Almaniyanın Xarici İşlər Naziri Frank Valter Ştaynmayerlə görüşdə İranın nüvə proqramı ətrafında yaranmış son vəziyyətə münasibət bildirib. Corc Buş adminstrasiyasından fərqli olaraq, İrana qarşı daha açıq siyasət yürüdüləcəyini deyən Hillari Klinton rəsmi Tehranla birbaşa danışıqların aparılması yollarının axtarıldığını bildirib. Almaniyanın xarici işlər naziri Frank Valterştaynmayer isə rəsmi Vaşinqtonun Çexiya və Polşada yerləşdirməyi planlaşdırdığı raketdən müdafiə sistemləri məsləsinə toxunub. Almaniyanın xarici siyasət idarəsinin rəhbəri Obama administrasiyasının Rusiya və Amerika Birləşmiş Ştatları arasında gərginliyə səbəb olan bu problemi birdəfəlik həll edəcəyinə ümidvar olduğunu deyib. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar