SON XƏBƏRLƏR

Ermənilərin növbəiti yalanı ifşa olundu

2021.10.20, 07:36
Ermənilərin növbəiti yalanı ifşa olundu

Gunaz.tv
Ermənilərin növbəiti yalanı ifşa olundu Ermənilərin daha bir tarixi yalanının üstü açılıb. Alban abidələri üzərindəki yazıların tədqiqi zamanı məlum olub ki, 24-25 samit səsdən ibarət yazılar və qrafik işarələr birbaşa qədim türk dilləri ailəsinə aiddir. Aparılan elmi araşdırmalar nəticəsində məlum olub ki, ölkə ərazisində VII əsrə qədər olan daş kitabələrin hamısı alban abidələridir. Bir müddət öncə erməni «tədqiqatçıları» kitabələr üzərindəki yazıların erməni, gürcü və Dağıstan xalqlarına bağlılığını iddia edirdilər. Azərbaycanlı alimlər isə sübut edib ki, alban abidələri üzərindəki yazılar erməni əlifbasına sadəcə bənzəyir, onların arasında heç bir uyğunluq yoxdur. Həmin yazılar qədim türk qrafiq işarələri ilə üst-üstə düşür. Qədim türklər daş kitabələrdə yalnız samit səslərdən istifadə ediiblər. Ermənilərin müqəddəsləşdirdiyi xaç işarəsi də qədim alban hərfi olan «d» səsini ifadə edir. Abidələr üzərindəki yazılara gəlincə burdada daha çox Oğuz igidlərinin adları onları qəhramanlıqları və məişətləri həkk olunub. Hətta bəzi ifadələr bu gün də dilimizdə işlədilir. Digər bir maraqlı məqamsa 1940-50 –ci illərdə Mingəçevirdə tapılan alban abidələri ilə bağlıdır. Həmin abidələri erməni və gürcü alimlərinin oxumaq cəhdi uğursuz olub. Daş eksponatları özününküləşdirmək üçün ermənilər sonradan öz dillərində saxta alban əlifbası tərtib ediblər. Abidələrdəki yazılarla bağlı monoqrafiya yazılıb. Elmi iş , rus və ingilis dilinə çevrilərək internetə yerləşdiriləcək. Kitab halında isə bütün dünya ölkələrinin kitabxanalarına paylanacaq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar