
PENDİR, FUTBOL, FİLM, ÜZR... Vay halına Türkiyə! Ələskər ƏLƏSKƏRLİ, Ankara Ermənilər - ölkənin ərköyün vətəndaşları Türkiyədəki ermənilərin tarixi ilə bağlı bir neçə kəlmə deməkdə fayda vardır, məncə. Səlcuqlar və Osmanlı dövründə pərakəndə şəkildə yaşayıb öz din və ibadətlərini, peşə və sənətlərini rahat şəkildə icra edən erməniləri ilk dəfə Sultan Fatih Mehmet toplayaraq İstanbula yerləşdirmişdir. Bununla bağlı qəribə bir rəvayət var. Rəvayətə görə, Sultan Fatih Mehmet təğyiri-libas olub Bursaya getmiş, orada yaşayan erməni yepiskopu Ovakimlə görüşübmüş. Görüşdüyü zaman Ovakim Tövrat oxuyurmuş. Sultan Ovakimə müqəddəs kitabın səhifələrindən birini qəfildən açmasını əmr edibm iş. Ovakim səhifəni açaraq Fatihi müjdələyibmiş: "Padşah sağ olsun, bütün dünyaya sahib olacaqsan!" Klassik bir erməni fəndi! Fatih də ona demiş ki, "mənim üçün dua et. Əgər duaların müstəcəb olsa, İstanbulu paytaxt elan edərək səni də ora yerləşdirəcəyəm və patriarx titulu verəcəyəm". Bu rəvayətin doğru olub-olmadığını söyləyə bilmərik. Amma Fatih, doğrudan da, Ovakimə verdiyi sözü tutmuş, erməniləri İstanbula yerləşdirmişdir. Bu tarixdən etibarən ermənilər xislətlərinə uyğun olaraq padşahların gözünə girməyi bacarmışlar. Osmanlı tarixində ermənilər arasından 29 paşa (general), 22 nazir, 33 millət vəkili, 7 səfir, 11 baş konsul olmuşdur. Padşahların gözünə yaxşı girə bildikləri üçün Osmanlı dövründə "təbaai sadiqə" (sadiq təbəə) adlandırılmışlar. Elə ki Osmanlı İmperiyası zəifləməyə başladı, XIX əsrdən etibarən ermənilər də maskalarını çıxarıb iç üzlərini göstərdilər. Birinci Dünya Müharibəsində Osmanlı dövlətinin ağır vəziyyətindən sui-istifadə edən ermənilər sadəcə türk və müsəlman olduqları üçün insanları öldürməyə başlamış, işgəncələrə məruz qoymuşlar. Habelə Osmanlı ilə müharibə edən dövlətlər üçün "beşinci kolon" rolunu oynamışlar. Bunu görən hökumət erməniləri həm xalqın qisasından qorumaq, həm də "beşinci kolon"u iflasa uğratmaq üçün onları ölkənin başqa yerlərinə köçürmə qərarı vermişdir... ....Bu hadisələrdən uzun illər keçdikdən sonra ermənilər dünyadakı havadarlarının köməyi ilə "soyqırım" iddialarını ortaya atmışlar. Bu qədər xəyanətdən sonra heç kim ermənilərin xətrinə dəyməmiş, əksinə, Ovakimin nəvələrinin "naz"ları ilə oynamaq bir növ vərdişə çevrilmişdir. Saylarına və imkanlarına baxsaq, ermənilərin Türkiyədə nə qədər "ərköyün, əl üstündə bəsləndiyi"ni görə bilərik. Bu gün təqribi sayı 60 min olan erməninin 45 mini İstanbulda yaşayır. Ermənilərin Erməni Patriarxlığından başqa ibadət üçün açıq olan 55 kilsəsi (qriqoryan, katolik, protestant) var. Ermənilərə aid bir məktəbəqədər təhsil müəssisəsi, 17 natamam orta məktəb və beş liseydə 2 min 906 şagird ermənicə təhsil almaqdadır. 52 fondu müstəqil şəkildə fəaliyyət göstərməkdədir. Beş qəzet, bir jurnal çıxaran ermənilərin iki xəstəxanası da var. Bir filmimizdə deyilənə bənzətsək, həqiqətən, "erməni xalqı Türkiyədə kef edir!" Pendir-futbol siyasəti Türkiyə bir tərəfdən erməni iddiaları ilə qarşı-qarşıya qaldığı zaman digər tərəfdən ermənilər istədiklərini yavaş-yavaş həyata keçirməyə başladılar. Türkiyə - Ermənistan hava yolu açıldı. Van gölündə Akdamar adasındakı erməni kilsəsi Türkiyənin büdcəsindən ayrılmış böyük məbləğdə pul hesabına təmir edildi. Daha sonra ictimai təşkilatlar və hərəkatlar vasitəsilə münasibətlərin təməli hazırlandı. Əvvəl ermənilərlə birlikdə (deyilənə görə, Azərbaycandan da nümayəndələr varmış) Qarsda pendirtutma yarışması təşkil edildi. Pendir diplomatiyası daha sonra futbol diplomatiyası ilə davam etdirildi. Prezident Abdulla Gülün Ermənistana səfəri Yerevanın mövqeyini daha da gücləndirdi. Bunu özləri üçün fürsət bilən ermənilər və ermənipərəstlər mətbuatda böyük həmləyə başladılar. Nə yolla olursa olsun - doğru, yalan, dürüst, yaltaq... Fərqi yoxdur. Yetər ki Ermənistan - Türkiyə münasibətləri inkişaf etsin! "Təşəkkürlər Krikor" Futbol diplomatiyasından başlayan bir yaltaqlıq kampaniyası bu gün da davam etməkdədir. Başda "Zaman" qəzeti olmaqla əksər qəzetlər hər gün yeni bir erməni sevgisi "aşılayır" millətə. Xəbərlər, xəbər başlıqları ürək bulandırıcıdır... "Ermənilər Türklərin bayrağını geri vermədilər". Guya, sevdikləri üçün saxlamışlar özlərində. Ağ yalan! Yandırılan bayraqlar unuduldumu? Türklərə yağdırılan təhqirlər və söyüşlərdən yazan yoxdur. Yalan yumağı söküldükcə bitmir. Guya, türk jurnalistləri hətta orada Gəncədən gəlmiş azərbaycanlı ticarət adamı ilə rastlaşmışlar. Başqa bir xəbərdə bu cümlələr yer alırdı: "Avropa Parlamentində ilk dəfə keçirilən "Türkiyədə erməni mirası" konfransında Anadolu torpaqlarında ermənilərin buraxdıqları mədəniyyət izləri müzakirə edildi..." Və ya "Türkiyə Cümhuriyyətinin yaranma tarixinə şahidlik edən Ərzurum Konqresinin keçirildiyi bina erməni memarlar tərəfindən inşa edilmiş"... "Türk və erməni serial filmlər fotoqraflarının birlikdə hazırladıqları "Merhabarev" adlı sərgi Yerevandan sonra İstanbula daşındı". Nə gözəl ad seçmişlər: "Merhaba + Barev"! Daha bir "şad" xəbər: "Araz" adlı sənədli filmin hazırlıqlarına başlanılmışdır. Filmin ssenarisi İnternet vasitəsilə tanış olmuş türk oğlan və erməni qız arasındakı məhəbbətdən bəhs edir. Film Amerika tərəfindən maliyyələşdirilir". Mərhəmət tablosu! "Zaman" qəzeti bir səhifəsini "Diyarbəkirin son ermənisi" adlı bir yazıya ayırdı. Yazıda "bu şəhərin son ermənisinin qeydinə qalmaq hamımızın borcudur" deyilir. Bir necə gün sonra yeni xəbər yayıldı: "Diyarbəkirdəki son erməni ailəyə valilik sahib çıxdı. Diyarbəkir valisinin müavini Aydın Diyarbəkirdə yaşayan son erməni ailəsini ziyarət edərək yardım etdi". Türkiyə televiziyalarında yeni reklam var. Özü də beynəlxalq səviyyəli bir reklam. Türkiyənin 2010-cu ildə Avropanın mədəniyyət paytaxtı olacağına dair reklam belədir: "Təşəkkürlər, İstanbul... Təşəkkürlər İstanbulu İstanbul edən hər kəsə. Təşəkkürlər...... Xədicə, Krikor! Təşəkkürlər İstanbulu İstanbul edən hər kəsə!" Çırpınırdı Qara dəniz Satılmış, cılız mənfəətlər arxasınca qaçan türk mediasının pambıqla baş kəsən jurnalistləri türk mədəniyyətini, türk tarixini ermənilərin ayaqları altına atırlar. Əvvəl Azərbaycan xalq mahnısı "Sarı gəlin"in erməni musiqisi olduğuna dair yazılar çıxdı. Nə qəribə, deyilmi? Ərzuruma aid mahnı yox, "ermənilərə aid mahnıdır" deyirlər. Sonra Azərbaycan xalqının tarixində, mədəniyyətində özünəməxsus yeri olan "Çırpınırdı Qara dəniz" mahnısını erməni xalq mahnısı olaraq tanıtmağa çalışdılar. "Samanyolu haber"dən ürəkbulandıran bir anons: "Həftəlik xəbər jurnalı "Yeni Aktual"ın son sayında dərc edilmiş bir xəbər millətçilərdə soyuq duş təsiri yaratdı". "Yeni Aktual" jurnalında dərc edilmiş növbəti sayıqlamaya görə, guya, "Çırpınırdı Qara dəniz" mahnısının musiqisi ermənilərə, konkret olaraq Sayat Novaya aid imiş və 1960-cı illərdə millətçilər tərəfindən sözləri dəyişdirilərək türkləşdirilmişdir. Halbuki, mahnının sözlərinin Əhməd Cavad tərəfindən 1918-ci ildə Bakıya gələn türk ordusunun şərəfinə yazıldığı, musiqisinin isə Üzeyir Hacıbəyov tərəfindən bəstələndiyi hər kəsin bildiyi, təkzibolunmaz bir həqiqətdir. Özünü tədqiqatçı jurnalist adlandıran cızmaqaraçının istinad mənbəsi isə, nə qədər gülünc olsa da, www.youtube.com İnternet səhifəsidir. Məncə, Qara dəniz indən belə çırpınacaq. Bu dəfə sevinc dolu həyəcandan yox, o Kişilərin nəvə-nəticələrinin belə ürəkbulandıran yaltaqlıqlarına etirazdan... Növbədə yeni bir "sevindirici" xəbər var. Qəzetlər Türkiyəyə turist olaraq gələcək ermənilərə 50 faiz endirim tətbiq etmək qərarına gəlindiyini yazır. Fəqət çox keçmədən turizm naziri təkzib edir. Amma "od olmasa, tüstü çıxmaz". Son aylar çox şeyin şahidi olduq... "Bağışlayın, erməni qardaşlarımız, biz günahkarıq!" Pendir-futbol diplomatiyasının ən çox səs gətirən hadisəsi isə erməni pərəstişkarı olan bir neçə üzdəniraq "türk ziyalısı" (Ahmet İncel, Çengiz Aktar, Ali Bayramoğlu və Baskın Oran) tərəfindən üzrxahlıq kampaniyasının başladılması oldu. İnternetdən yayınlanan imzatoplama kampaniyasının mətni, əslində, türk tarixinə, türk xalqına qarşı bir təhqirdir: "1915-ci ildə Osmanlı ermənilərinin məruz qaldıqları Böyük Fəlakətə biganə qalınmasını, bunun inkar edilməsini vicdanım qəbul etmir. Bu ədalətsizliyi rədd edir, öz payıma erməni qardaşlarımın duyğu və acılarını paylaşır, onlardan üzr istəyirəm". İmza atanlar arasında Türkiyədəki bəzi qəzetçilər, universitet müəllimləri, yazıçılar və s. var. Siyahıya baxdığımızda bunların bəzilərinin qəflət və cəhalət, bəzilərinin də xəyanət hissləri içində imza atdıqlarını görürük. Ermənilərin havadarı Basqın Oran, "Zaman" qəzeti yazarları Beyan Matur, İhsan Dağı, Etyen Mahcupyan, islami cəbhənin göz bəbəklərindən Ali Bayramoğlu, Hüseyin Hatemi (əslən Güney Azərbaycandandır), onun xanımı, mülki hüquq və islam hüququ mütəxəssisi, Türkiyədə keşişlərin vəkilliyini yerinə yetirən (peşə olaraq) Kezban Hatemi (necə çoxrəngli müsəlmanlıq varmış, ilahi), bunlarla birlikdə nə qədər ateist, nə qədər erməni, nə qədər kürd separatçısı var imza atanlar siyahısında. Niyyəti pozuq olan bu insanların kampaniyanın ilk günü saxtakarlıqlıq etdikləri məlum oldu. Çox sayda insanın adı özlərindən xəbərsiz (hətta Türkiyədə ermənilərin yalanlarını alt-üst edən, buna görə də Türkiyədə və xaricdə irqçi kimi suçlanan sabiq Tarix Qurumu sədri Yusuf Halacoğlunun da adı bu siyahıdaymış) bu siyahıya salınmışdır. Bu da bir cəhətdən maraqlıdır: ermənilər daim yalan üstündə oynadıqlarından onların Türkiyədəki havadarları da yalana və saxtakarlığa əl atmalı olurlar. Yusuf Hacaloğlu kimi bir kişinin adını bu siyahıya salırlarsa, gör onda nə qədər neytral və ictimai baxımdan fəal olmayan adamların adları bu siyahıya özlərindən xəbərsiz salınıb. Baxın: 1975-ci ildə Parisdə erməni terrorçuları tərəfindən qətlə yetirilmiş Türkiyənin Fransadakı səfiri İsmayıl Erezin adı da bu siyahıya salınıb. Üzr istəyənlərin siyahısında İsmayıl Erezin vəzifəsi səfir kimi göstərilərək onun bu kampaniyaya Parisdən qoşulduğu yazılıb. Amma üzr istəyənlərin Erezlə bağlı bu hərəkəti mətbuatda böyük rəzalət kimi qiymətləndirilib. Siyahıya ilk etiraz edən də sabiq səfirlər oldu. 50-dən çox sabiq səfir və diplomat bu siyahının "haqsız, yanlış və milli mənfəətlər baxımından təhlükəli olduğu"na diqqət çəkərək terrorda həyatını itirənlərə xəyanət anlamına gəldiyini vurğuladı. Türkiyə Respublikası qurulduqdan sonra erməni terror təşkilatları tərəfindən 70 nəfər öldürülmüş, 574 adam yaralanmışdır. Müxalifət partiyaları - MHP və CHP də bu bədnam hadisəyə sərt reaksiya göstərdi. Gül və Ərdoğan: iki fərqli reaksiya Baş nazir Ərdoğan sərt reaksiya verdi "üzr" kampaniyasına. Baş nazir "Dəstəkləmirəm. Cinayət törətmədim ki, üzr də istəyim. Belə bir şey yox ortada.... Mən yazıb-pozanlarımızı başa düşməkdə çətinlik çəkirəm, əslində. Və sadəcə, ortalığı qarışdırmaq, hüzurumuzu qaçırmaqdan başqa bir işə yaramırlar" dedi. Gül isə konkret bəyanatdan daha çox "məsələnin ətrafında gəzişmək"ə bənzəyən reaksiya verərək "hər bir düşüncənin azad şəkildə müzakirə edilməsinə tərəfdar olduğu"nu bildirdi. Xarici İşlər Nazirliyi də təxminən Gülün mövqeyini dəstəkləyirmiş kimi bir bəyanat verərək "bu barədə kampaniyaya qarşı reaksiya göstərməyin doğru olmadığı"nı açıqladı. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı da ermənilərdən üzr istəmək məqsədilə təşkil olunan İnternet kampaniyasına münasibətini açıqlayıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, ordu komandanlığı kampaniyanı ölkəyə zərər verəcək addım kimi qiymətləndirib. Media mənsubları ilə keçirdiyi ənənəvi həftəlik görüşdə Baş Qərargahın rəsmi nümayəndəsi, general Mətin Gürak üzr istəməyin yanlış olduğunu bildirib: "Bu kampaniyanı doğru hesab etmirik". Mövqeyimiz necə olmalı? Ermənistan - Türkiyə münasibətləri ilə bağlı yaşanan hadisələr qarşısında Azərbaycanın mövqeyi necə olmalıdır? Əvvəla, bunu bilməliyik: Türkiyədə, Ermənistanla münasibətlərin qurulmasında Azərbaycanın mənafelərinin mütləq diqqətə alınmasını müdafiə edən insanlar az deyil. Ancaq ictimai təşkilatların və hərəkatların əli ilə türk-erməni "dostluq evi" üçün bünövrə atıldığı bir dövrdə Azərbaycan hadisələri passiv şəkildə müşahidə etməməlidir. Azərbaycanın istər dövlət, istərsə də ictimai təşkilatları, mətbuat orqanları və diaspor qurumları səviyyəsində bu hadisələrə fəal müdaxilə edilməlidir. Buna həm hüquqi, həm də mənəvi haqqımız var. Məgər "bir millət, iki dövlət" deyilik?! Amerika və Avropa bu məsələdə bizə əngəl olmaq istəyəcək. Üstüörtülü qorxuda da bilərlər. Amma biz də ən azı türk siyasətçilərinə ölkəmizin adını düzgün tələffüz etməyi (AZABEYCAN deyil, AZƏRBAYCAN) öyrədərik... ayna