SON XƏBƏRLƏR

Qafqazda və Mərkəzi Asiyada ilk dəfə olaraq Azərbaycanda unikal qara ciyər transplantasiyası əməliyyatı aparılıb

2021.10.20, 07:36
Qafqazda və Mərkəzi Asiyada ilk dəfə olaraq Azərbaycanda unikal qara ciyər transplantasiyası əməliyyatı aparılıb

Gunaz.tv
Qafqazda və Mərkəzi Asiyada ilk dəfə olaraq Azərbaycanda unikal qara ciyər transplantasiyası əməliyyatı aparılıb merkezi_neftciler_xestexana.jpg Əməliyyat uğurla başa çatıb Bu gün bütün Qafqazda və Mərkəzi Asiyada ilk dəfə olaraq Azərbaycanda, Mərkəzi Neftçilər Xəstəxanasında unikal qara ciyər transplantasiyası əməliyyatı aparılıb. Bu barədə Dövlət Neft Şirkətinin mətbuat xidməti məlumat yayıb. Əməliyyatı xəstəxananın cərrahiyyə şöbəsinin əməkdaşı, uzun illər Türkiyə Cümhuriyyətinin tanınmış klinikalarında transplantasiya sahəsində ixtisaslaşmış cərrah-transplantoloq, doktor Mircəlal Kazıminin rəhbərliyi altında yerli və xarici mütəxəssislər keçiriblər. Əməliyyat müvəffəqiyyətlə başa çatıb, xəstənin vəziyyəti qənaətbəxş qiymətləndirilir. Verilən məlumata görə, region üzrə açıq ürək üzərində aparılmış əməliyyatlar, böyrək köçürülməsi əməliyyatı da ilk dəfə olaraq məhz Mərkəzi Neftçilər Xəstəxanasında keçirilib./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar