SON XƏBƏRLƏR

Bakıda yaşayış binalarından birində dəhşətli partlayış baş verib, ölən və yaralananlar var (YENİLƏNİB)

2021.10.20, 07:36
Bakıda yaşayış binalarından birində dəhşətli partlayış baş verib, ölən və yaralananlar var (YENİLƏNİB)

Gunaz.tv
Bakıda yaşayış binalarından birində dəhşətli partlayış baş verib, ölən və yaralananlar var (YENİLƏNİB) yangin999.jpg Partlayışın qaz sızmasından baş verdiyi ehtimal olunur Bakının Nizami rayonunda yaşayış binasında dəhşətli partlayış baş verib. Nizami rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, bu gün səhar saat 8.00 radələrində rayonun Naxçıvanski küçəsi 34 ünvanında beşmərtəbəli yaşayış binasının mənzillərindən birində partlayış olub. Nəticədə binanın 2-ci blokunda 12-13 mənzil tamamilə dağılıb. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hazırda ağır texnika ilə xilasetmə işləri aparılır. Dağıntılar altından indiyədək altı nəfər yaralı şəxs çıxarıldığı bildirilir. Ümumiyyətlə, partlayış nəticəsində neçə nəfərin xəsarət aldığı məlum deyil. Partlayışın qaz sızmasından baş verdiyi ehtimal olunur. Bakı şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov və Bakı şəhər prokuroru Əziz Seyidov da hadisə yerindədir. Ə. Seyidovun verdiyi məlumata görə, faktla bağlı cinayət işi açılıb, hazırda müstəntiqlər şahidləri dindirirlər. Anar Məmmədov /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar