SON XƏBƏRLƏR

XANIM JURNALİSTİN TALEYİNDƏN XƏBƏR YOXDUR

2021.10.20, 07:36
XANIM JURNALİSTİN TALEYİNDƏN XƏBƏR YOXDUR

Gunaz.tv
XANIM JURNALİSTİN TALEYİNDƏN XƏBƏR YOXDUR Yaxınları və vəkili onun yanına buraxılmır 16.jpg Güneyli jurnalist Şahnaz Qulami həbs olunandan bəri yaxınları və vəkili ilə görüş imkanından məhrum edilib. Xanım soydaşımızın hansı ittiham əsasında həbs olunduğu da açıqlanmır. Məlumata görə, Ş.Qulami iki ay əvvəl dövlət qulluğuna qarşı fəaliyyətdə ittiham olunaraq iki aylıq həbs edilibmiş. Təbriz İnqilab Məhkəməsinin hökmündən verilən apellyasiya şikayətinə isə bu günədək baxılmayıb. Güneyli milli hərəkatçı Həsən Ərkin “Azadlıq” radiosuna bildirdiyinə görə, ümumiyyətlə, Şahnaz Qulami fəal qadın olduğu üçün təzyiqlərə məruz qalır: “Qadınların haqları uğrunda çalışır. Azərbaycan milli hərəkatı - bizim hürriyyətimiz, dilimiz, mədəni haqlarımızla bağlı yazılar yazır. Əsasən, jurnalist kimi fəaldır. Qadın məsələləri ilə bağlı bir veb-səhifəsi vardı, orda və müxtəlif qəzetlərdə yazır. Ümumiyyətlə çox çalışqan bir xanımdır. Ona görə də fəaliyyəti nəzərə tez çarpır”. Şahnaz Qulami Xalq Mücahidlər Hərəkatında siyasi fəaliyyətinə görə 1989-cu ildən 1994-cü ilədək həbsdə olub. 2007-cı ilin mayında isə o, “İran” qəzetində azərbaycanlıları təhqir edən karikatura ilə bağlı etirazların ildönümündə iştirakına görə də bir ay həbsdə saxlanılmışdı. Şahnaz Qulami “azarwomen” bloqunun yaradıcısı və İranda Qadın Jurnalistlər Assosiasiyasının (“Roza”) üzvüdür. Cavid TURAN musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar