SON XƏBƏRLƏR

Yunanıstanda qarışıqlıq

2021.10.20, 07:36
Yunanıstanda qarışıqlıq

Gunaz.tv
Yunanıstanda qarışıqlıq Yunanıstan kütləvi qarışıqlıqlardan sonra ilk sakit gününü keçirib. Dekabrın 6-da yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayan kütləvi etirazlar tədricən səngiyir. Polisin məlumatına görə, dünən nəzərə çarpan toqquşmalar və avtomobillərin yandırılması kimi hadisələr qeydə alınmayıb. Lakin ölkənin şimalında yerləşən Salonika şəhərində naməlum adamlar avtomobil mağazasını yandırıblar.Lakin yanğının geniş əraziyə yayılmasının qarşısı vaxtında alınıb. Sakitliyə baxmayaraq ölkənin iri şəhərlərində polis və yanğın söndürəndlər hazır vəziyyətdə saxlanılır. Paytaxt Afinada universitetlərə yaxın küçələr polislərin nəzarətindədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar