SON XƏBƏRLƏR

Ziyafət Əsgərov: Azərbaycanda bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan Konstitusiya məhdudiyyəti aradan qaldırılmalıdır

2021.10.20, 07:36
Ziyafət Əsgərov: Azərbaycanda bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan Konstitusiya məhdudiyyəti aradan qaldırılmalıdır

Gunaz.tv
“Bir şəxsin 2 dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyət götürülməlidir” ziyafetesgerovb.jpg “Azərbaycanda bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan Konstitusiya məhdudiyyəti aradan qaldırılmalıdır”. APA-nın xəbərinə görə, bu sözləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Hazırda bu məsələnin Milli Məclisin gündəmində olmadığını bildirən Z. Əsgərov bildirib ki, bununla bağlı parlamentə hər hansı təklif daxil olmayıb: “Əgər belə bir təklif Milli Məclisə daxil olsa, o zaman mən onu müdafiə edəcəyəm. Hesab edirəm ki, belə bir məhdudiyyət aradan qaldırılmalıdır. Azərbaycanda hər bir prezidentliyə namizədin məhdudiyyətsiz seçilmək imkanı olmalıdır. Amma bu mənim şəxsi fikrimdir. Təbii ki, bu məsələdə əsas sözü Azərbaycan vətəndaşları deməlidir”. I vitse-spiker bu təklifin nə vaxt Milli Məclisdə müzakirə olunacağı barədə də məlumatsız olduğunu deyib. Z. Əsgərov Konstitusiyada qeyd edilən məhdudiyyətin aradan qaldırılmasının demokratiyaya zidd olması barədə səslənən fikirlərə də münasibət bildirib: “”Bu fikirlər düzgün deyil. Mənə izah eləsinlər, bu, demokratiyanın nəyinə ziddir?” LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar