SON XƏBƏRLƏR

Böyük Britaniyada təsis edilən “Odlar Yurdu” qəzetinin təqdimat mərasimi keçirilib

2021.10.20, 07:36
Böyük Britaniyada təsis edilən “Odlar Yurdu” qəzetinin təqdimat mərasimi keçirilib

Gunaz.tv
Böyük Britaniyada təsis edilən “Odlar Yurdu” qəzetinin təqdimat mərasimi keçirilib Böyük Britaniyada fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatının təsis etdiyi “Odlar Yurdu” qəzetinin təqdimat mərasimi keçirilib. Tədbirə 70-dən çox qonaq qatılıb. “Odlar Yurdu” təşkilatının sədri İlham Nağıyev çıxışında rəhbərlik etdiyi qurumun fəaliyyətindən, həyata keçirdiyi layihələrdən danışıb. “Odlar Yurdu” qəzetinin təsis olunmasını təşkilatın daha bir nailiyyəti adlandıran İlham Nağıyev əlavə edib ki, əsas məqsədlərdən biri bu qəzeti ən qısa zamanda Avropa ölkələrindəki Azərbaycan icmalarının masaüstü qəzetinə çevirməkdir. O, qəzetin nəşrinə göstərdiyi köməyə görə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə minnətdarlığını bildirib. Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov isə “Odlar Yurdu” təşkilatını yeni layihəyə başlamaları münasibətilə təbrik edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar