SON XƏBƏRLƏR

Almaniya Bundestaqında Azərbaycan şairlərinin alman dilinə çevrilmiş əsərlərindən ibarət antologiyanın təqdimatı keçiriləcək

2021.10.20, 07:36
Almaniya Bundestaqında Azərbaycan şairlərinin alman dilinə çevrilmiş əsərlərindən ibarət antologiyanın təqdimatı keçiriləcək

Gunaz.tv
Almaniya Bundestaqında Azərbaycan şairlərinin alman dilinə çevrilmiş əsərlərindən ibarət antologiyanın təqdimatı keçiriləcək Berlin. Ülkər Qasımova - APA. Azərbaycanın məhəbbət poeziyası ilk dəfə Almaniyada “Mattes&Seitz” nəşriyyatı tərəfindən nəşr edilib. Antologiyada 40-dək Azərbaycan şairi yer alır. N. Gəncəvi, M. Füzuli, İ. Nəsimi, M. Gəncəvi, Xətai kimi dahilərlə yanaşı, sufi və hürufi şairlər - Nəimi, Xəlili, Gülşəni və digərlərinin əsərləri ilk dəfə alman dilində antologiya şəklində nəşr edilib. Antologiya Almaniyada fəaliyyət göstərən N. Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutu tərəfindən nəşrə hazırlanıb. Əsərləri alman dilinə institutun direktoru, şairə Nuridə Atəşi və alman şair Jan Vaynert çevirib. Bu barədə APA-ya məlumat verən N. Atəşi Antologiyanın Almaniyada keçirilən “Azərbaycan Mədəniyyət İli”nə N. Gəncəvi adına Mədəniyyət İnstitutunun töhfəsi olduğunu deyib: “Belə bir önəmli ildə alman ictimaiyyətini və xalqını zəngin Azərbaycan klassik ədəbiyyatından məhrum etmək haqsızlıq olardı. Antologiyanın ən böyük uğurlarından biri də indiyə qədər bütünlükdə Avropanın yetişdirə bilmədiyi qədər qadın şairələri məhz Azərbaycanın yetişdirə bilməsi faktının almanlara çatdırılmasıdır”. N. Atəşi yaxın günlərdə Antologiyanın Almaniya Bundestaqında eksklüziv təqdimatının keçiriləcəyini bildirib. Təqdimat Bundestaqın Qafqaz Parlament Qrupunun təşkilatçılığı və dəstəyi ilə keçiriləcək. N. Atəşinin sözlərinə görə, Bundestaqın millət vəkili, Avropa Şurası Parlament Assambleyasının hüquq və İnsan haqları məsələləri komissiyasının sədri və Xarici İşlər Komissiyasının daimi üzvü Edvard Lintner alman ədəbiyyatı tarixində ilk dəfə Azərbaycan klassiklərinin alman dilində nəşrini çox yüksək qiymətləndirərək, bu zəngin xəzinənin alman ictimaiyyətinə layiqli şəkildə təqdim olunmasının vacibliyini vurğulayıb və kitabın Bundestaqda təqdimatının keçirilməsinə yaxından dəstək verib. Təqdimat mərasiminə mənəvi dəstək verənlər sırasında Azərbaycanın Almaniyadakı səfirliyi də var. Bundestaq millət vəkilləri, Almaniyanın digər nüfuzlu rəsmiləri və alman ictimaiyyətinin görkəmli nümayəndələrinin təqdimat mərasimində iştirakı gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar