SON XƏBƏRLƏR

Kosovonun müstəqilliyi dönməzdir - Marti Axtisaari

2021.10.20, 07:36
Kosovonun müstəqilliyi dönməzdir - Marti Axtisaari

Gunaz.tv
Kosovonun müstəqilliyi dönməzdir - Marti Axtisaari _ahtisaari_091208.jpg BMT baş katibinin Kosovodakı xüsusi nümayəndəsi, Finlandiyanın sabiq prezidenti, Nobel sülh mükafatı laureatı Marti Axtisaari Serbiya və Rusiyanın müxalifliyinə rəğmən, Kosovonun müstəqilliyininin dönməzliyinə əmindir. Bu barədə çərşənbə axşamı «Franse Press» agentliyi xəbər verib. RİA «Novosti»nin yazdığına görə, Axtisaari Osloda keçirdiyi mətbuat konfransında bəyan edib ki, «bu proses dönməzdir». O deyib: «Kosovo müstəqildir və müstəqil olaraq da qalacaq. Bu, dünyanın 50-dən artıq dövləti tərəfindən qəbul edilib. Ən əsası isə, bu ölkələr dünya iqtisadi sisteminin 65-70 faizini təşkil edirlər. Ümid edirəm ki, biz Kosovonu qısa zaman ərzində beynəlxalq maliyyə institutlarına cəlb edə biləcəyik». BMT baş katibinin Kosovodakı xüsusi nümayəndəsi Kosovonun müstəqilliyini tanıyan ölkələrin sayının artacağına inandığını da bildirib.trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar