SON XƏBƏRLƏR

MDB ölkələri Gürcüstanın qurumdan çıxması ilə bağlı təkliflər hazırlayırlar

2021.10.20, 07:36
MDB ölkələri Gürcüstanın qurumdan çıxması ilə bağlı təkliflər hazırlayırlar

Gunaz.tv
MDB ölkələri Gürcüstanın qurumdan çıxması ilə bağlı təkliflər hazırlayırlar Bakı. Laçın Sultanova - APA. Gürcüstanın Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxması ilə bağlı məsələ qurumun Xarici İşlər Nazirləri Şurasının gələn il aprelin 9-da keçiriləcək iclasında müzakirə olunacaq. APA-nın MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, bunu qurumun icraçı katibinin birinci müavini Vladimir Qarkun MDB-nin yaradılmasının 17-ci ildönümü münasibətilə verdiyi müsahibədə deyib. O bildirib ki, MDB-nin sənədlərində ölkələrin təşkilatdan çıxması proseduru əks olunmayıb və bu məsələ birinci dəfə həyata keçiriləcək. V. Qarkun xatırladıb ki, oktyabrın 9-da XİN başçıları Şurasının Bişkekdə keçirilən iclasında Gürcüstanın məsələsi müzakirə edilib və İcraiyyə Komitəsinə tapşırıq verilib ki, üzv ölkələrlə birlikdə MDB çərçivəsində imzalanmış beynəlxalq müqavilələrin inventarizasiyasını aparsın, Gürcüstanın götürdüyü öhdəlikləri araşdırsın və nəticələri şuraya təqdim etsin. Bu tapşırığa əsasən İcraiyyə Komitəsi Gürcüstanın beynəlxalq müqavilələrdə iştirakı ilə bağlı müfəssəl informasiyanı üzv ölkələrin xarici işlər nazirliklərinə göndərib. Bu ölkələrdən konkret təkliflər aldıqdan sonra İcraiyyə Komitəsi XİN Şurasına təqdim etmək üçün müvafiq informasiya hazırlayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar