SON XƏBƏRLƏR

ATƏT-in yeni sədri Azərbaycana səfər edəcək

2021.10.20, 07:36
ATƏT-in yeni sədri Azərbaycana səfər edəcək

Gunaz.tv
ATƏT-in yeni sədri Azərbaycana səfər edəcək dorabakoyannis.jpg Bakı. Kəmalə Quliyeva - APA. ATƏT-in fəaliyyətdə olan yeni sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyannis Azərbaycana gələcək. ATƏT-in Bakı Ofisinin rəhbəri Xose Luis Herrero Ansola APA-nın sualına cavab olaraq bildirib ki, səfər 2009-cu ildə baş tutacaq. Qeyd edək ki, ATƏT XİN Başçıları Şurasının dekabrın 4-5-də Helsinkidə keçirilən icrasında quruma sədrlik Finlandiyadan Yunanıstana keçib. Cənab Ansola xarici radiostansiyaların Azərbaycanda fəaliyyətinin dayandırılacağı ilə bağlı Milli Teleradio Şurasının (MTRŞ) xəbərdarlığına da münasibət bildirib. O, ATƏT-in bu xəbərdarlıqdan məyus olduğunu, yayımın davam etdirilməsi üçün hazırda müzakirələrin aparıldığını deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar