SON XƏBƏRLƏR

Edvard Nalbandyan: “Ermənistan və Türkiyə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasında maraqlıdır”

2021.10.20, 07:36
Edvard Nalbandyan: “Ermənistan və Türkiyə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasında maraqlıdır”

Gunaz.tv
Edvard Nalbandyan: “Ermənistan və Türkiyə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasında maraqlıdır” Brüssel-APA. Belçika Kral Beynəlxalq Münasibətlər İnstitutunda Dağlıq Qarabağ münaqişəsi və Türkiyə-Ermənistan münasibətləri mövzusunda diskussiya keçirilir. APA-nın “Novosti-Armeniya”ya istinadən yaydığı məlumata görə, diskussiyalara Belçikanın dövlət naziri Fransua-Ksavye de Donea, Avropa İttifaqının Cənubi Qafqazda xüsusi nümayəndəsi Piter Semnebi, NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi təmsilçisi Robert Simmons, Belçika Senat və parlamentinin üzvləri, bu ölkədəki diplomatik missiyaların nümayəndələri, dövlət qurumlarının, elmi mərkəzlərin, universitetlərin təmsilçiləri, analitiklər və jurnalistlər qatılıblar. Toplantıda çıxış edən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanı münaqişənin nizamlanma prosesini ləngitməkdə təqsirləndirib. Türkiyə-Ermənistan münasibətlərinə toxunan Nalbandyan hər iki ölkənin diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasında maraqlı olduğunu bildirib və münasibətlərin heç bir ilkin şərt irəli sürülmədən nizamlanmasını məqbul sayıb. Türkiyənin xarici işlər naziri Əli Babacanla əlaqələrini konstruktiv və müsbət adlandıran Nalbandyan bu görüşlərin davam etdirilməsi barədə razılıq əldə olunduğunu xatırladıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar