İsrail Milli Təhlükəsizlik naziri: Tehran bu gecə yanmalıdır
Walla: İsrail mənbəsi raket hüumundan sonra İranın “ağır zərbə alacağını” bildirib
Axios: ABŞ qüvvələri İranın mümkün hücumlarına hazır vəziyyətə gətirilib
İrandan İsrailə doğru raketlər atılıb
Hizbullahın əsas bazası hədəfə alındı
Fələstin İranın hücumunu kəskin şəkildə pislədi
İranda xaşxaş əkini rekord həddə çatıb
Ermənistan baş naziri Bakıya gəlmək istəyir
Pezeşkian: “Bütün həqiqətləri demək mümkün deyil”
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
“İran rejimi heç vaxt xoş niyyətlə danışıqlar aparmayıb”
İranın görünməyən liderinə Pakistandan məxfi mesaj
Müctəba Xameneinin səhhəti ilə bağlı yeni etiraf
İsrail ABŞ-ın yüksəkvəzifəli rəsmilərini dinləyib
Güneyli məhbuslarla bağlı yeni imza kampaniyası; 81 ildən çox həbs cəzasına etiraz
Güney Azərbaycanlı fəalin hökmü təsdiqlədi; Təbriz etirazlarının dosyesi yenidən gündəmdə
Güneyli fəalın şərti azadlıq tələbi qəbul edilmədi
Abbas Lisani və Yusif Kari ədaltsiz məhkəmədə iştirak etməkdən bir daha imtina ediblər
ABŞ Qüvvələri iki İran dronunu vurub
KİV: ABŞ İran aktivlərini Körfəzdəki müttəfiqlərinə verəcək
İranda qatar biletlərinin də qiyməti artdı
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
ABŞ İran milli komandasının məsullarına viza vermədi
İranda manat bahalaşdı
Küveyt İranın hücumlarını suverenliyin pozulması kimi qiymətləndirib
“Rosneft” rəhbəri: İran müharibəsindən ən çox ABŞ neft şirkətləri faydalanır
ABŞ Küveytə 1,98 milyard dollarlıq antidron sistemlərinin satışını təsdiqləyib
İranda məişət texnikasının qiyməti yenidən artdı
Bəhreyn İranın Bəhreyn və Küveytə raket hücumlarını qınayıb
Elyar 27 günlük hüquqi mübarizədən sonra doğum haqqında şəhadətnamə ala bilib
ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçməsinə kömək edib
Azərbaycanlı vəkilə qarşı yeni ittiham irəli sürülüb
İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb
KİV: Uitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər
Tramp: İran raket arsenalının təxminən 22 faizini qoruyub saxlayıb
“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq
İran, Rusiya və Çin nümayəndələri Qrossi ilə görüşüb
Tramp: ABŞ yaxın vaxtlarda İranla müharibəni saziş və ya sərt üsullarla başa çatdıracaq
ABŞ İranın hərbi hədəflərinə zərbələr endirib
Təbrizdə qadın məhbus edam edilib
ABŞ İranın Bəhreyn və Küveytə atdığı raketləri zərərsizləşdirib
Livan prezidenti İranın müdaxiləsinə sərt reaksiya verdi
ABŞ İranın maye qaz satış şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq etdi
Nizami Cəfərov burada təhlükəli heç bir məsələ olmadığını deyir Türk Dövlərinin Parlament Assambleyasının yaradılması türk xalqları arasında müsbət qarşılanır. Buna səbəb türk dövlətləri üçün həlli vacib olan məsələlərin həllinə olan ümidlərdir. Görəsən yeni yaradılmış qurum həmin ideyaların həyata keçirilməsinə nail ola biləcəkmi? Müsahibimiz millət vəkili Nizami Cəfərovdur. - Nizami müəllim, Türk Dövlətlərinin Parlament Assambleyasının yaradılması hansı zərurətdən irəli gəlirdi? - Toplantının açılışında Türkiyə prezidenti Abdullah Gül çıxış edərək bildirdi ki, assambleyanın yaradılması gecikmiş bir hadisədir. Bunu qabaqcadan etmək lazım idi. O, məsələnin zəruriliyini də əsaslandırdı. Eyni zamanda türk dövlətlərinin parlament sədrlərinin çıxışında da göstərildi ki, belə bir qurumun yaradılması bütün türk dövlətlərinin liderləri, dövlət adamları, siyasət böyükləri tərəfindən qəbul olunur. Onu da qeyd edim ki, müstəqilliyini yeni qazanmış türk dövlətlərində bu məsələ müəyyən iddialar, regional maraqlarla müşayiət olunur. Ona görə də Özbəkistanla Türkmənistan həmin toplantıda iştirak etmədilər. İclasın gedişi boyu belə bir fikir səsləndirildi ki, həmin ölkələrin bu tədbirdə iştirakına heç bir maneəçilik yoxdur. Onların tədbirə qatılmamaları isə yalnız subyektiv amillərlə bağlıdır. Ancaq nəticə etibarilə həmin ölkələr də bu quruma qoşulacaqlar. Tədbirdə assambleyanın yaradılması ilə bağlı xüsusi bir saziş də imzalandı. Sazişdə göstərilirdi ki, parlamentlərarası əlaqələr həm çoxtərəfli, həm də ikitərəfli şəkildə inkişaf etdirilməlidir. Bu onu göstərir ki, yaranan assambleya Avropa Şurası Parlament Assambleyası tipli bir qurum olacaq. Çünki bu qurumun təcrübəsi böyükdür. Amma burada müəyyən qədər etnik-milli, yaxud da etnoregional maraqlar üzərində də dayanıla bilər. Cənubi Amerika, ərəb dövlətlərinin və Baltikyanı ölkələrin belə bir qurumları mövcuddur. Bizim üçün həlli vacib olan bir neçə məsələ var ki, onlar Türk Dövlətlərinin Parlament Assambleyası səviyyəsində həll oluna bilər. İndi Türkiyə bu işin təşkilatçısıdır, amma Türk Dünyasında bu cür əlaqələrin yaranmasında Azərbaycan xüsusi fəallığı ilə seçilir. Bu, Milli Məclisin sədri Oqtay Əsədovun toplantıdakı məruzəsində də açıq şəkildə qeyd olunmuşdu. Artıq Azərbaycan türk dünyasının birliyi məsələsində mühüm amilə çevrilib. Bu assambleya Türk Dünyasını başqa dövlətlərdən ayırmaq üçün yaradılmır, yaxud da bəzilərinin dediyi kimi bununla Turan imperiyasının əsası qoyulmur. Belə gülünc fikirlər artıq XIX əsrdə qalıb. Bu assambleya daha çox ona görə yaranır ki, Türk Dünyasının dünyaya inteqrasiyası güclənsin. Məsələni bir qədər də konkretləşdirsək, Türk Dünyası parçalanmış, pərakəndə halda deyil, bütöv şəkildə dünyaya inteqrasiya etməlidir. Məhz bu məsələdə yeni yaradılan qurumun fəaliyyətinə böyük ehtiyac var. Toplantıda bir cəhət xüsusi olaraq səsləndirildi ki, ilkin olaraq qurumda müstəqil türk dövlətlərinin parlamentləri birləşməlidir. Ondan sonrakı mərhələdə yarımmüstəqil türk dövlətlərinin parlamentləri qurumda təmsil olunacaqlar. Bunun ardınca isə türklərin müxtəlif ölkələrin parlamentlərində təmsil olunan nümayəndələri qurumun üzvü olacaqlar. Bura Çin, Rusiya, İran adlanan yer, Gürcüstan və digər ölkələri şamil etmək olar. Bir daha qeyd etməliyəm ki, burada təhlükəli heç bir məsələ yoxdur. Əksinə Türk Dünyası ilə birbaşa bağlı olan dövlətlərin də burada gedən söhbətlərdən, müzakirələrdən tam məlumatları olacaq. Hesab edirəm ki, Türk Dövlətlərinin Parlament Assambleyası elə bir qurum olmalıdır ki, bütün beynəlxalq təşkilatlar üçün açıq olsun. Mütəxəssislər, elm adamları bu dünyanın təhlükəsizliyinə, sülhə, insan hüquqlarına cavabdeh olanlar qurumun tədbirlərində iştirak edə bilərlər. Belə halda qurum bütün müasir tələblərə cavab verəcək. - Türk dövlətlərinin birliyi üçün vacib hesab olunan bəzi ortaq məsələlər var ki, onları uzun müddətdən bəri həll etmək mümkün olmayıb. Sizcə, TDPA həmin məsələləri həll edə biləcək? - Ortaq əlifba, ortaq dil məsələlərindən tutmuş, ortaq iqtisadi münasibət məsələlərinə qədər Türk Dünyasının ümumi problemləri var. Bu məsələlərin heç biri hər hansı türk dövlətinin parlamentində müzakirə olunub normal bir qərar bağlana bilməz. Bunun üçün mütləq ortaq mərkəzlər lazımdır. Hesab edirəm ki, yeni yaradılan assambleya bu işin də öhdəsindən gələcək. Assambleyanın bir mühüm cəhəti də var ki, geniş şəkildə istənilən məsələni müzakirə edə bilər. Özü də vacib deyil ki, müzakirə olunun hər hansı məsələ barədə qərar qəbul edilsin. Bu müzakirələr illərlə davam edə bilər. Əsas odur ki, Türk Dünyası üçün ümumi ictimai düşüncə mühiti yaranır. Bu qurumun digər bir mühüm xüsusiyyəti olacaq ki, onun ətrafında kütləvi informasiya vasitələri sistemi yaradılacaq. Bu sistem bütövlükdə Türk Dünyasını əhatə edəcək. Bununla Türk Dünyasının ortaq problemlərini müzakirə edə biləcəyik, dünyada, eləcə də Türk Dünyasında gedən prosesləri qarşılıqlı şəkildə həl edəcəyik. Eyni zamanda Türk Dünyasında gedən proseslərlə ayrı-ayrı türk dövlətlərində gedən proseslərin qarşılıqlı əlaqələri təmin olunacaq. Bunun isə bir ictimai beyin mərkəzi kimi əhəmiyyəti olacaq. Qurultaylar, türk dövlət başçılarının zirvə toplantıları və bu kimi digər tədbirlər koordinal məsələlər deyil, bunlarda bəzən uzunmüddətli müzakirələr aparılmır. Amma parlament assambleyası belədir ki, orada müzakirələr, təhlillər və mətbuat üçün açıq imkanlar var. Assambleyada gedən müzakirələr elə bir mühit yaradacaq ki, həmin məsələlər dövlət başçılarının zirvə toplantıları üçün material olsun. İmkan yaranacaq ki, aktual məsələlər, üzərində müzakirə gedən məsələlər və mübahiələr dəqiqləşdirilsin. Məlumdur ki, türk dövlətlərinin əksəriyyəti prezident idarə üsulu ilə idarə edilir, deməli bu dövlətlərin, xalqların taleyi məsələlərini dövlət başçıları həll edir. Amma bununla yanaşı, parlament müzkirələrində gəlinən qənaətlər, mülahizələr, fikirlər tam obyektiv şərait yaradacaq ki, hər şey gerçəkliyi əks etdirsin. Çünki burada deputatlar vasitəsilə bütün xalq iştirak edir. Ümumilikdə assambleya türk xalqlarının siyasi birliyinin ən fundamental bir əsası olacaq. - Qurumun növbəti toplantısının bir il sonraya müəyyənləşdirilməsi problemlərin həlli baxımından uzun zaman deyilmi? - Məlumdur ki, növbəti toplantı gələn ilin sentyabrında Bakıda keçiriləcək. Vaxtın belə təyin edilməsi bu müddət ərzində Özbəkistan və Türkmənistanla bağlı məsələlərin həlli ilə əlaqədardır. Eyni zamanda bu müddət ərzində bir sıra təşkilati məsələlərin də həlli planlaşdırılır. Bunların hamısı assamleyanın fəaliyyətə mükəmməl başlamasına hesablanıb. Nəzərə almaq lazımdır ki, bu müddət ərzində katiblik işləyəcək, struktur məsələlərinə baxılacaq. Hər dövlətdən assambleyada neçə deputatın təmsil olunması də müəyyənləşəcək. Hələlik belə bir qənaət var ki, hər ölkədən eyni sayda, 10 deputat qurumda təmsil olunsun. Bir sıra məsələlər də var ki, onlar birbaşa dövlət başçılarının müzakirəsindən asılıdır. Onu da deyim ki, Nursultan Nazarbayev belə bir məsələ qaldırıb ki, qurumda Ağsaqqallar Şurası da yaradılsın. Təbii ki, Türk Dünyası Ağsaqqallar Şurasına dövlət başçıları, ayrı-ayrı dövlət adamları və siyasi xadimlər daxil olacaq. Bu məsələ də gələn ilin sentyabrına qədər müzakirə olunmalıdır. Ancaq Ağsaqqallar Şurası parlamenti əvəz edə bilməz. Deyim ki, bu məsələ hələlik ideya şəklindədir. Güman edirəm ki, assambleyanın Bakı toplantısına qədər Ağsaqqallar Şurası ilə əlaqədar məsələ də həllini tapacaq. Çünki qarşıya qoyulan işlər kifayət qədər sistemli şəkildə aparılır. - Türklər adətən tədbirlərdə daha çox emosionallığı ilə yadda qalır. Bu mənada təsis toplantısını necə qiymətləndirərdiniz? - Mən də bu tədbirdə daha çox emosionallıq gözləyirdim. Düzdür, bu var idi, amma ondan çox təmkin və intellekt özünü göstərdi. - Assambleyanın mərkəzi qərargahı harada yerləşəcək? - Mənə elə gəlir ki, assambleyanın mərkəzi qərargahı İstanbulda yerləşəcək. Qurumun iclasları isə ayrı-ayrı türk ölkələrində keçiriləcək. Türk dövlətlərində ortaq qanunvericiliklə bağlı məsələyə çox ciddi diqqət yetirilməlidir. Düşünürəm ki, elə qurumun ən birinci məsələsi də bu olacaq. Məlumat üçün bildirim ki, toplantıda da bu məsələ səsləndirildi. Assambleya fəaliyyətə başlayan kimi ilkin məsələlər qanunların müzakirəsi ilə bağlı olacaq. Bundan sonra təhlillər aparılacaq, hansı türk ölkəsində hansı qanun var, hansı yoxdur, hansı qanun hansı şəkildə qəbul olunub, hər bir türk dövlətinin Konstitusiyası parlamentinə hansı hüquqları verir və sair. Yəqin ki, ilkin müzakirələr bunlarla bağlı olacaq. - Türk Dövlətləri Parlament Jurnalistlər Birliyinin yaradılması ideyası da dəstəklənmək üzrədir. Bu istiqamətdə hər hansı müzakirələr aparıldımı? - Hamı dəqiq bilir ki, assambleyanın işinin normal və dəqiq getməsi üçün onun fəaliyyətinin KİV-lərdə işhıqlandırılması yüksək səviyyədə həyata keçirilməlidir. Bunun üçün yəqin ki, qurumların da unifikasiyası məsələsinə baxılacaq. Bizdə Parlament Jurnalistlər Birliyi var və o, ictimai birlik kimi fəaliyyət göstərir. Bu ideyanı da həmin birlik gündəmə gətirib və deyərdim ki, böyük dəstək alıb. Eyni zamanda hər bir parlamentdə mətbuat xidmətləri var. Doğrudur, mətbuat xidmətləri parlamentin işini lazımi səviyyədə işıqlandırmaq gücündə deyil, çünki bu, rəsmi bir orqandır. Ona görə də mətbuat xidmətləri geniş müzakirə üçün imkanlar aça bilməz. Təbii ki, hər bir parlamentin mətbuat xidmətləri də bir-biri ilə əlaqə saxlayacaq. Bununla bağlı qarşılıqlı təcrübə öyrəniləcək, yəni parlamentin xalqla əlaqəsini həmişə media həyata keçirib. Bunsuz parlamentlərin iclasını keçirmək o qədər də faydalı olmaz. Deməli, parlamentlə xalqın qarşılıqlı münasibətlərini KİV-lər qaydaya salır. Bu baxımdan KİV-lə bağlı kifayət qədər güclü bir sistemin mövcudluğuna zərurət duyulur. Bu baxımdan Türk Dövlətləri Parlament Jurnalistlər Birliyinin yaradılması böyük əhəmiyyət kəsb edəcək / Olaylar /
İsrail Milli Təhlükəsizlik naziri: Tehran bu gecə yanmalıdır
Axios: ABŞ qüvvələri İranın mümkün hücumlarına hazır vəziyyətə gətirilib
Müctəba Xameneinin səhhəti ilə bağlı yeni etiraf
İsrail ABŞ-ın yüksəkvəzifəli rəsmilərini dinləyib
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
ABŞ Küveytə 1,98 milyard dollarlıq antidron sistemlərinin satışını təsdiqləyib
Bəhreyn İranın Bəhreyn və Küveytə raket hücumlarını qınayıb
İran, Rusiya və Çin nümayəndələri Qrossi ilə görüşüb
Təbrizdə qadın məhbus edam edilib
ABŞ İranın maye qaz satış şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq etdi
Ukrayna pilotsuzu Rumıniyada partladı; NATO narahatdır
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Baraka hücumundan sonra nüvə riskləri barədə xəbərdarlıq edib
Məhəbbət şairi Müşfiqin doğum günüdür
Urmiya vilayətində yerləşən Quluncu kəndinin bələdiyyəsi kəndin tarixi türkcə yer adlarını bərpa edib
Türkiyə ordusu “İHA-230” hipersəs ballistik raketlərinin ilk partiyasını təhvil alıb
ABŞ blokadasından sonra İraqın Ümm Qəsr limanı İran üçün yeni tranzit mərkəzinə çevrilib
İranda xidmət idxalı rekord həddə çatıb, mal idxalı isə kəskin azalıb
İsrail müsadirə etdiyi silahları İran kürdlərinə ötürüb - Media
İran qonşularına hücumdan təbliğat kimi istifadə edir- Bin-Taleblu
İranda siqaret çəkən qızların sayı kəskin artıb
İran məhkəməsi daha bir etrazçını ölümə məhkum etdi
Milli fəalların məhkəməsi oldu- Lisani, Kari və Xeyrcu qatılmadılar
Məsud Pezeşkian hökumət iclasında çıxış etdi - Davam edəcəyəm
Axios: İran ABŞ-la danışıqlarda üstünlük qazanmaq üçün Hizbullaha müharibəni genişləndirməsi üçün təzyiq göstərir
Əhər-Təbriz yolunda ağır qəza: 3 nəfər həyatını itirdi
Tramp Tehrana daha sərt şərtlərlə yeni mətn göndərdi
İsrail quru əməliyyatlarını genişləndirir
İran təhlükəsizlik məmurları iki mülki şəxsi öldürdü
Hakan Fidan Türkiyə-Yaponiya birgə PUA istehsalını təklif etdi
İran yeraltı raket bazalarının onlarla girişini yenidən açıb
ABŞ-nin İranı blokadaya alması Çini neft ehtiyatlarını istifadə etməyə sövq edir
94 gündür torpağa tapşırılmayan Xamenei üçün yeni plan
Pezeşkian: Dövlət televiziyasının təqdim etdiyi məlumatlar ölkə reallıqlarını əks etdirmir
15 ildən sonra Azərbaycan Sulduz (Nəqədə) bataqlığı daşıb
NATO: Hörmüz boğazına müdaxiləyə hazırıq
“Binab kababı”nın qlobal qeydiyyatı üçün bəlgə hazırlanır
Qərbi Azərbaycan əyalətində silah-sursat aşkarlanıb
FT: İran müharibəsinin inflyasiya təsirinin 2022-ci il səviyyəsinə çatmayacağı gözlənilir