SON XƏBƏRLƏR

Elmar Məmmədyarov: “Azərbaycanın mövqeyi indi Avropada daha aydın başa düşülür və dəstəklənir”

2021.10.20, 07:36
Elmar Məmmədyarov: “Azərbaycanın mövqeyi indi Avropada daha aydın başa düşülür və dəstəklənir”

Gunaz.tv
Elmar Məmmədyarov: “Azərbaycanın mövqeyi indi Avropada daha aydın başa düşülür və dəstəklənir” elmarmemmedyarov011208.jpg Brüssel. Aleksandr Kin – APA. Avropada “dondurulmuş münaqişələr”in həllini tapmamasının risk olduğunu daha dərindən anlamağa başlayıblar. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov APA-nın Brüsseldəki müxbirinə eksklüziv açıqlamasında bildirib ki, Gürcüstanda baş verən məlum hadisələrdən sonra Avropanın paytaxtlarında, xüsusən də Brüsseldə münaqişələrin dondurulmuş olmadığı və hər an aktiv fazaya keçə biləcəyi barədə rəsmi Bakının uzun illərdir, söylədiklərini artıq aydın başa düşürlər: “Onu da anlayırlar ki, arzuolunmaz hadisələrdən qaçmaq üçün prosesin yerindən tərpənməsinə çalışmaq lazımdır”. E. Məmmədyarovun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin işğal altında olan Dağlıq Qarabağ ərazisindən çıxarılmasına dair Azərbaycanın mövqeyi indi Avropada daha aydın başa düşülür və dəstəklənir: “Erməni qüvvələrinin çıxarılması kommunikasiyanın açılmasına, məcburi köçkünlərin öz yurdlarına qayıtmasına, iqtisadi inkişafa imkan yaranmasına və ümumilikdə hadisələrin arzuolunan istiqamətdə inkişafına imkan verəcək. Hesab edirəm ki, bu, digər arqumentlərdən daha ciddi və əsaslı arqumentdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar