SON XƏBƏRLƏR

MOSKVA ABŞ-a GÜC GÖSTƏRİR

2021.10.20, 07:36
MOSKVA ABŞ-a GÜC GÖSTƏRİR

Gunaz.tv
MOSKVA ABŞ-a GÜC GÖSTƏRİR 65 il sonra ilk dəfə Rusiya hərbi gəmisi Panama kanalına daxil oldu 362.jpg Rusiyanın Şimal donanmasının iri hərbi gəmisi dünən son 65 ildə ilk dəfə Panama kanalına daxil olub. BBC-nin xəbərində deyilir ki, “Admiral Çabanenko” gəmisi İkinci Dünya müharibəsindən sonra Panama kanalına daxil olan ilk Rusiya gəmisidir. Sonuncu dəfə Rusiya hərbi gəmiləri Panama kanalını 1944-cü ildə keçiblər. O zaman keçmiş SSRİ-yə aid dörd sualtı qayıq təmirdən sonra Atlantik okeanı ilə Sakit okeanı birləşdirən bu kanaldan keçib. Kanal ABŞ-ın nəzarətində olsa da, SSRİ-nin antihitler koalisiyasına daxil olması gəmilərin keçdini təmin edib. Bildirilir ki, “Admiral Çabanenko” Rusiya və Venesuela hərbi donanmaları arasında Karib dənizində keçirilən manevrlərdə iştirak edib. Gəmi Panama kanalında beş gün qalacaq, ərzaq və içməli su götürdükdən sonra geri dönəcək. Müşahidəçilərə görə, Rusiya hərbi gəmisinin Panama kanalına daxil olması Moskvanın ABŞ-a güc nümayişi cəhdidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar