SON XƏBƏRLƏR

Məhəmməd Əl-Baradeyi: “İran adlanan yerin nüvə ambisiyalarını dayandırmaq səyləri boşa çıxıb”

2021.10.20, 07:36
Məhəmməd Əl-Baradeyi: “İran adlanan yerin nüvə ambisiyalarını dayandırmaq səyləri boşa çıxıb”

Gunaz.tv
Məhəmməd Əl-Baradeyi: “İran adlanan yerin nüvə ambisiyalarını dayandırmaq səyləri boşa çıxıb” maqate.gif “İran adlanan yerin nüvə ambisiyalarını dayandırmaq səyləri boşa çıxıb”. bunu Beynəlxalq Atom Enerji Agentliyinin (MAQATE) sədri Məhəmməd Əl-Baradeyi bildirib. O, “Los Angeles Times” qəzetinə açıqlamasında deyib ki, dünya ictimaiyyəti bu istiqamətdə bir addım da ata bilməyib: “Sanksiyalardan istifadə İran adlanan yerin mövqeyinin daha da sərtləşməsinə səbəb olub. Hazırkı hakimiyyəti sevməyən iranlılar ölkələrinin mühasirəyə alındığını görüb, bu rejimi dəstəkləyirlər”. Qeyd edək ki, ABŞ və onun Qərbdəki müttəfiqləri İran adlanan yeri nüvə proqramını nüvə silahı əldə etmək üçün davam etdirməkdə günahlandırırlar. İran adlanan yer isə təkidlə bu proqramın dinc mahiyyət daşıdığını bildirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar