SON XƏBƏRLƏR

Türklər Ermənistanda Azərbaycan mahnıları oxuyacaq

2021.10.20, 07:36
Türklər Ermənistanda Azərbaycan mahnıları oxuyacaq

Gunaz.tv
Türklər Ermənistanda Azərbaycan mahnıları oxuyacaq İndi də türkiyəli musiqiçilər Ermənistanda. Rəsmi Ankaranın Yerevanla münasibətləri hər sahədə normallaşdırmaq səyləri getdikcə güclənir. Türkiyə ilə Ermənistan arasındakı siyasi danışıqlarda nəticə görünməmiş, qardaş ölkənin bir qrup musiqiçisi prosesləri qabaqlamaq qərarına gəlib. Tanınmış skripka ustası Cihad Aşkın, «Qardaş türkülər» qrupu və Sayat Nova xoru artıq Yerevandadır. Onların çıxışı ayın 14-nə kimi davam edəcək. Konsertlər Yerevan filormaniyasında, Şarl Aznavur mədəniyyət sarayında, həmçinin Vanadzorda pulsuz olaraq planlaşdırılır. Repertuarında daha çox Azərbaycan mahnıları olan bu sənətçilər Ermənistana böyük həvəs və ruh yüksəkliyi ilə gedirlər. «Qardaş türkülər» qrupunun tərkibində İstanbulda təhsil alan ermənilər də az deyil. Qrupun bədii rəhbəri Ülkər Unçunun sözlərinə görə, Ermənistanda qardaş xalqların musiqilərini səsləndirmək və konsert vermək öldürülən erməni jurnalist Qrant Dinkin arzusu və ideyası olub. Bu arzunu reallaşdırdıqlarına görə sevinc hisslərini gizlətməyən Ülkər Unçu bunu əlamətdar hadisə adlandırıb. «Xalqlar arasındakı bütün maneələrin dəf olacağına, sərhədlərin açılacağına ümid edən qrup rəhbəri mədəniyyətlərarası münasibətlərin də yüksək səviyyəyə qalxacağına inanır. Konsertdə Azərbaycan mahnıları da səslənəcək. Mədəniyyəti siyasətə qatmamağı məsləhət görən türkiyəli musiqiçi sonra dediklərini inkar etdi. Onun sözlərinə görə, aradakı buzların əriməsini xalqlar təmin edəcək. «Biz nə qədər gediş gəliş etsək, bir o qədər müsbət nəticə alınar»- Ermənistana gedən türkiyəli musiqiçi belə düşünür.lidertv

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar