SON XƏBƏRLƏR

Senator: “Senatda “erməni soyqırımı” haqqında qətnamənin qəbulu Amerikanın Yaxın Şərq və Orta Asiyadakı maraqlarına zərbə vuracaq”

2021.10.20, 07:36
Senator: “Senatda “erməni soyqırımı” haqqında qətnamənin qəbulu Amerikanın Yaxın Şərq və Orta Asiyadakı maraqlarına zərbə vuracaq”

Gunaz.tv
Senator: “Senatda “erməni soyqırımı” haqqında qətnamənin qəbulu Amerikanın Yaxın Şərq və Orta Asiyadakı maraqlarına zərbə vuracaq” Corciya ştatının senatoru Saxbi Çamblis ABŞ Senatında qondarma “erməni soyqırımı” haqqında qətnamənin qəbulunun ölkənin xarici siyasətinə mənfi təsir göstərəcəyini bəyan edib. APA-nın məlumatına görə, Amerika Azərbaycanlıları şəbəkəsi (USAzeris Network) vasitəsi ilə göndərilən məktubu cavablandıran senator qeyd edib ki, 106 saylı qətnamənin qəbulu ABŞ-Türkiyə münasibətlərinə xələl gətirəcək: “Ehtimal olunur ki, bu qətnamə həmçinin Amerikanın Yaxın Şərq və Orta Asiyadakı maraqlarına zərbə vuracaq. Bu qətnamə layihəsi Türkiyə ilə Ermənistan arasında dialoqa yardım etməyəcək və Türkiyə tərəfindən öz keçmişini təhlil etmək prosesinə yardımçı olmayacaq”. Türkiyə ilə ABŞ uzun müddətli əməkdaşlıq tarixi olduğunu vurğulayan senator Saxby Çamblis ölkəsi ilə Türkiyənin “Terrorizmə qarşı mübarizə” proqramı çərçivəsində və İraqda gedən proseslərdə strateji əməkdaşlıq təcrübəsinə malik olduğunu yazıb. Senator Saxbi Çamblis Senatın ordu xidmətləri, kəşfiyyat və sair komitələrin üzvüdür. Qeyd edək ki, ABŞ-ın erməni icmasının yeni Ağ Ev administrasiyasına qondarma “erməni soyqırımı” faktını tanımaqla bağlı çoxsaylı müraciətlərinə cavab olaraq Birləşmiş Ştatların azərbaycanlı və türk icmaları da Ağ Ev rəsmiləri, Konqres üzvləri və ictimaiyyət arasında əks təbliğata başlayıb. Bu kampaniya çərçivəsində Amerika Azərbaycanlıları Şəbəkəsi vasitəsi ilə ABŞ-ın yüzlərlə seçilmiş rəsmilərinə 1915-ci ildə baş verən hadisələrin əsl mahiyyəti barədə məktublar göndərilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar