SON XƏBƏRLƏR

Ukrayna parlamenti Xocalı soyqırımını tanısa, "Qolodomor"u tanıyarıq

2021.10.20, 07:36
Ukrayna parlamenti Xocalı soyqırımını tanısa, "Qolodomor"u tanıyarıq

Gunaz.tv
"Ukrayna parlamenti Xocalı soyqırımını tanısa, "Qolodomor"u tanıyarıq" qenire.jpg Qənirə Paşayeva: "Təəssüf ki, başqa ölkələrin parlamentlərinə göndərdiyimiz müraciətlərə müsbət cavab verilməyib və Xocalı qətliamı soyqırım aktı kimi tanınmayıb" Ukrayna "Qolodomor"un soyqırım kimi dünyada tanınması istiqamətində təşəbbüs göstərməkdə, parlamentlərə müraciətlər ünvanlamaqdadır. Bununla bağlı Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bildirdi ki, "Qolodomor" faciəsindən bir xeyli sonra, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə bütün dünyanın gözü qarşısında erməni-rus hərbi birləşmələri Azərbaycanda Xocalı soyqırımı, Xocalı qətliamı törədib. Əgər Ukrayna parlamenti - Ali Rada Xocalı qətliamını soyqırım aktı kimi tanımağa razılaşsa, bu yöndə konkret addım atsa, o zaman biz də buna cavab olaraq "Qolodomor"u soyqırım aktı kimi tanıya bilərik. Rəvan Məmmədli "Ukrayna dövləti və parlamenti "Qolodomor"un tanınması ilə bağlı dünya dövlətlərinə və parlamentlərinə müraciət edib. Ancaq biz də Xocalı faciəsinin soyqırım aktı kimi tanınması ilə bağlı dünya dövlətlərinə və parlamentlərinə çoxsaylı müraciətlər göndərmişik. Çox təəssüf ki, bugünədək bu müraciətlərimizə müsbət cavab verilməyib, Xocalı qətliamı soyqırım aktı kimi tanınmayıb. Bu, olduqca ağrılı və bizi narahat edən, üzən bir haldır". Qeyd edək ki, bir müddət əvvəl Milli Məclisdə çıxışı zamanı BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin Ukraynadakı "Qolodomor" faciəsini soyqırım aktı kimi tanımasını təklif edib. O, belə bir addım atacağımız təqdirdə Ukraynanı 20 Yanvar, Xocalı soyqırımının tanınması və bunların dünyada da qəbul edilməsi istiqamətində birgə addımlar atmağımıza zəmin yaranacağını söyləyib. Qənirə Paşayeva maraq doğuran digər məsələyə də münasibətini açıqladı. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası ilə İqtisadi siyasət daimi komissiyasının yaxından iştirakı ilə hazırlanan və artıq parlamentin plenar iclasının ikinci oxunuşundan keçən "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun layihəsi ətrafında müzakirələr hələ də davam etməkdədir. Bir qrup insanlar, millət vəkilləri bu qanunun qəbulunun lehinə, digər bir qrup insanlar, parlamentarilər isə bunun əleyhinə olduqlarını bildirirlər. Qənirə Paşayeva dedi ki, parlamentdə bu qanunun istər birinci oxunuşu, istərsə də ikinci oxunuşu kifayət qədər gərgin keçib. Bu sənəd heç də birmənalı qarşılanmayıb və qarşılanmır. Xüsusilə ikinci oxunuşun müzakirələri zamanı bəzi millət vəkilləri bu sənədin bir daha təkmilləşdirlməsini, oradakı ciddi boşluqların doldurulmasını israrla təklif ediblər. Yəni onların fikrincə, bu boşluqlar doldurulmalıdır ki, sabah bu sənədin icrası zamanı müəyyən xoşagəlməz problemlər yaranmasın, sui-istifadə hallarına yol verilməsin: "Mən də o zaman belə bir fikir səsləndirdim ki, bu sənəd üçüncü oxunuşa çıxarılmazdan öncə onunla bağlı geniş ictimai müzakirələr təşkil olunsun. Bu müzakirələr zamanı isə istər millət vəkilləri, istərsə də ekspertlər tərərfindən indiyə qədər bu yöndə səsləndirilən təkliflər, iradlar bir daha nəzərdən keçirilsin və onlardan ən məqbul, ən məqsədəuyğun olanları qanun layihəsinin üçüncü oxunuşunda nəzərə alınsın. Həmin vaxt bu qanun layihəsini parlamentarilərə təqdim edən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov bildirdi ki, çox güman üçüncü oxunuşa kimi bu sənədlə bağlı Milli Məclis çərçivəsində - həm aidiyyəti qurumların, həm də qanunverici orqanda bu yöndə müxtəlif təkliflər irəli sürən tərəflərin iştirakı ilə geniş dinləmələr keçiriləcək. Bu baxımdan düşünürəm ki, üçüncü oxunuşa kimi adıçəkilən qanun layihəsi ilə bağlı geniş ictimai müzakirələr aparılacaq". Qənirə Paşayeva hesab edir ki, əgər qanun layihəsi üçüncü oxunuşdan keçərək bütövlükdə qəbul olunarsa, o zaman yaradılması nəzərdə tutulan maliyyə nəzarəti qurumu dövlət başçısının, prezidentin yanında təşkil olunmalıdır. Ona görə ki, müxtəlif qrupların, təşkilatların, maraqlı qüvvələrin bu quruma müdaxiləsi olmasın. Əgər bu qurum prezident yanında yaradılarsa, o zaman maraqlı qüvvələrin bu quruma müdaxiləsinin tam qarşısı alına bilər: "Avropa Şurası qarşısında götürdüyümüz öhdəliyə uyğun olaraq bu qanunu qəbul etməliyik. Sadəcə, biz bu sənədi tam təkmil və müfəssəl şəkildə, beynəlxalq təcrübəni öyrənmək, nəzərə almaq şərtilə qəbul etməliyik. Qanunun icrasına da çox ciddi nəzarət etmək lazım gələcək. Əks halda, bu qanunun cəmiyyətə heç bir müsbət xeyri olmayacaq". Belə təkliflər də irəli sürülür ki, bu qanunun qəbulundan sonra ölkədə mütləq maliyyə amnistiyası elan olunmalı və bundan öncə bu yöndə müvafiq qanunvericilik aktı qəbul olunmalıdır. Qənirə Paşayevaya görə, maliyyə amnistiyası məsələsinə elə-belə yanaşmaq olmaz. Bu məsələ çox ciddi yanaşma, götür-qoy tələb edir. Bu məsələ ilk öncə ictimaiyyətin, cəmiyyətin müzakirəsinə çıxarılmalıdır. Məsələ cəmiyyətin müzakirəsindən keçirildikdən sonra onunla bağlı müvafiq qərar verilməlidir: "Mən Azərbaycanda gəlir deklorasiyası ilə bağlı müvafiq qanunvericilik aktının qəbul olunmasının tərəfdarıyam və bunu daha düzgün hesab edirəm. Hər bir insan öz gəlirləri haqqında hesabat verməlidir".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar