Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Türkiyə 16 ilə yaxındır ki, Ermənistanla sərhədlərini bağlayıb. Səbəb isə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi və hələ də bu işğalçılığından əl çəkməməsidir. Ötən 16 ildə Türkiyədə prezidentlər və hökumət başçıları bir-birini əvəzləyib, ancaq Azərbaycanın maraqlarını qurban verməyiblər, vədlərinə xilaf çıxmayıblar. Hadisələrin gedişatı göstərir ki, belə davam edərsə, Türkiyənin indiki hakimiyyəti, yəni AKP hökuməti Ermənistanla sərhədləri açacaq. Baxmayaraq ki, Türkiyənin rəsmiləri Ermənistanla qurulan əlqələr və aparılan danışıqlar zamanı ən başlıcası Azərbaycanın Dağlıq Qarabağ probleminə üstünlük verildiyini bildirirlər, gedişat isə başqa məqamların olduğunu diqtə edir. Arzu Şirinova Ekspertlər belə fikirdədirlər ki, artıq Türkiyənin indiki hakimiyyəti özlərinin dövlət maraqlarını (?) əsas götürürlər. Bu maraqlara görə isə, Avropa Birliyinə üzv olunmaq üçün zəmin hazırlanmalı, Ermənistanla sərhədlər açılmalı, iqtisadi əlaqələr qurulmalı, Cənubi Qafqazda Türkiyənin nüfuzu artırılmalı və s. xxx Bunun üçün Türkiyə Ermənistana doğru bir-birinin ardınca qarşılıqsız addımlar atmaqda davam edir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, AKP hakimiyyətə gələndən üzü bəri 70 min erməni miqrant Türkiyənin ayrı-ayrı şəhərlərində çalışır, ticari əlaqələr qurulub, hava reysləri fəaliyyyət göstərir. 70 milyonluq osmanlı türkünün başında duran prezident Abdulla Gül 3 milyon erməninin rəhbəri olan Serj Sərkisyanın futbol yarışını izləmək dəvətini qəbul edib onun hüzuruna gedib. Bunun ardınca artıq Ermənistanla diplomatiq əlaqələr qurulur. Eyni zamanda kommunikasiya xətlərinin və sərhədlərin açılması istiqamətində işlər getdiyi haqqında məlumatlar verilir. Türkiyə hakimiyyəti atdığı qarşılıqsız addımları "böyük siyasət" adlandırsa da, hiyləgər ermənilər türkün iradəsini qırdıqlarını, türkün siyasətini endiklərini güman edirlər. Bu gümanlar isə bu və digər açıqlamalarda özünü göstərir. xxx Xatırlayırsınızsa, bu ilin sentyabrın 2-də Dağlıq Qarabağdakı separatçı rejim yaranmasının 17-ci ildönümünü qeyd etdilər. Elə həmin gün Ermənistan prezidenti Serj Sərkisyan separatçılara və burada yaşayan əhaliyə təbrik məktubu göndədi. Məktubda Sərkisyan bildirirdi: "Bu "bayram" həm sizin, həm də müharibədə ölmüş ermənilərin birgə "bayramı"dır. Hörmətli arsaxlılar, siz bu sınaqdan uğurla çıxdınız və bu gün özünüzün azad dövlət quruculuğu, onu müdafiə etmə, iqtisadi və ictimai fəaliyyətinizlə bunu bir daha nümayiş etdirirsiniz". Məktubdakı bu fikirlər təsdiqləyir ki, Serj Sərkisyan heç vaxt erməni niyyətindən əl çəkməyəcək, Dağlıq Qarabağın ədalətli həllini danışıqlar mövzusuna çevirməyəcək, "soyqırım" iddasından isə imtina etməyəcək. Türkiyənin hazırda Ermənistanla bağlı apardığı siyasətin məğzinə erməni politoloqlar qiymət verib. Məsələn, Ruben Safrastyan bildirib ki, Türkiyə Ermənistanla əməkdaşlığı Azərbaycanla qardaşlıqdan üstün tutur: "Azərbaycan o ölkə deyil ki, Türkiyə ona görə milli maraqlarını qurban versin". Aleksandr İskəndəryan isə deyir ki, Türkiyə Cənubi Qafqaza girmək istəyir və ona görə də siyasətində dəyişikliklər edir: "Belə demək olarsa, qabaqlar Türkiyənin Qafqaz siyasəti çox primitiv olub. Ankarada düşünürdülər ki, Gürcüstanla qonşuluq, onunla ticarət etməliyik, Azərbaycan da qardaşlarımızdır, onları dəstəkləyəcəyik, ermənilər isə pisdirlər, onları təcrid edəcəyik. Bu, ciddi siyasət deyil". İskəndəryanın məntiqinə görə, Türkiyə Cənubi Qafqaza Ermənistanla əlaqələri qurmaqla girir. xxx Ermənilərin nə söyləməsindən asılı olmayaraq Türkiyədə Ermənistanla isti münasibətlər qurulmaqda davam edir. Daha doğrusu qurulan münasibətlərə yeni çalarlar qatılır. Xatırlayırsınızsa, Qarsda "Türkiyə-Ermənistan dostluğu" şərəfinə abidə ucaldılacağı barədə məlumat vermişdik. Eyni zamanda bildirmişdik ki, bir insanın ikiyə bölünmüş və onların arasında qanlı yaş axıdan göz fiqurunu əks etdirən heykəl Qars qalasının qarşısında inşa olunduğu üçün Ermənistandan da görünəcək. 135 metr hündürlükdə olacaq "İnsanlıq anıtı" adlanan abidənin müəllifi əslən türk olan Mehmet Aksoydur. Maraqlıdır ki, inşasına 350 min lirə xərclənən heyəkəlin ucaldılmasında Qars bələdiyyəsinin sədri Naif Əlibəyoğlu xüsusi təşəbbüs göstərib. Onu da qeyd edək ki, Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalovun müdaxiləsindən sonra abidənin tikintisi hələlik dayandırılmışdı. Ancaq bir müddətdən sonra abidənin inşası davam etdirildi. Artıq bu abidə hazırdır. Bu barədə məlumat verən Həsən Zeynalov eyni zamanda əlavə edib ki, əvvəl Türkiyənin mövcud sərhədlərini tanıyana, ərazi tələbi və soyqırım iddialarından əl çəkənə, Dağlıq Qarabağı azad edənə qədər Ermənistanla masaya oturmamaqdan söhbət gedirdisə, bu gün artıq oturulur. Tarixi faktlara əsaslanaraq deyə bilərik ki, ermənilər elə təkcə Qarsda 100 minlərlə azəri türkünün qanını töküb. Qocaya, qadına, uşağa aman verməyərək onları diri-diri torpağa basdırıblar, başlarını kəsiblər, dərilərini soyublar. Ancaq bu gün Qars sakinlərindən bəziləri, hətta onlar arasında yaşlılar belə Türkiyə ilə Ermənistan sərhədlərinin açılmasını məqbul sayırlar. Səbəbini isə bu cür izah edirlər: "Burda nə pis iş var ki? Ticari əlaqələr qurular, insanlar sıxıntıdan qurtararlar". Deməli ticari əlaqələrə görə, bir millət başına gətirilən faciələri unutmalıdır? Və yaxud erməni ilə alış-verişə görə, türk digər türk qardaşının bu günə kimi çəkdiyi zülmləri-20 faiz torpağının işğal olunmasını, bir milyondan artıq qaçıqın və məcburi köçkünlərin acı talelərini, Xocalı soyqırımını və daha nələri yaddaşından silməlidir? Qarslılar görəsən ermənilərin hansı işlərinə rəğmən onlarla dostlaşmaq fikrinə düşüblər? Politoloq Qabil Hüseynlinin bilgisinə görə, Qars bələdiyyəsi milliyyətcə kürddür. O, hədsiz ermənipərəst və Türkiyənin maraqlarına o qədər də məhəl qoymayan birisidir. Uzun müddətdir ki, Türkiyə hökumətindən Qars-Gümrü dəmiryol xəttinin açılmasını tələb edir. Qars bələdiyyəsi hətta Bizans dövründən qalma abidələri təmir etdirərək onları erməni mədəniyyətinə aid etməyə çalışır. Türkiyənin ermənilərə qarşılıqsız münasibətləri bununla bitmir. Bir müddət əvvəl Türkiyənin Van gölünün Akdamar adasında erməni kilsəsi açıldı. Və bu açılış törəninə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri də qatıldılar. Bunun ardınca Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı "Türk dünyası milli marşları" audiodiskinin qapağındakı xəritədə Naxçıvan, Dağlıq Qarabağ, Kəlbəcər və Laçın Ermənistan torpaqları kimi göstərildi. Nazirliyin incəsənət bölməsinin rəhbər işçisi Bayram Bilge Toker Azərbaycan tərəfinin rəsmi etirazından sonra özlərini bu cür müdafiə etdi: "Bu qapağı hazırlayan dizayner erməni deyil. Hətta millətçiliyi ilə tanınan bir işçimizdir. Xəritədə xırdalıqlar o qədər də bilinmir. Bu, dizayner üçün xırdalıqları o qədər də əhəmiyyətli olmayan kiçik bir xəritədir. Coğrafi olaraq çəkilmiş bir xəritə deyil. Amma lazım gəlsə, xəritəni dəyişdirə bilərik". Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşının "əhəmiyyəti olmayan kiçik bir xəritə" adlandırdığı bu olaydan sabah ermənilər öz maraqları baxımından yetərincə istifadə edəcəklər. Bütün dünyaya bildirəcəklər ki, hətta Azərbaycanın qardaş adlandırdığı Türkiyədə nə Naxçıvan, nə Dağlıq Qarabağ, nə Kəlbəcər, nə də Laçın Azərbaycan ərazisi kimi tanınmır. Sonda erməni politoloq Ruben Safrastyanın vaxtilə söylədiklərini bir daha xatırladıram: "Türkiyə Ermənistanla əməkdaşlığı Azərbaycanla qardaşlıqdan üstün tutur. Azərbaycan o ölkə deyil ki, Türkiyə ona görə milli maraqlarını qurban versin". Bu gün Türkiyədə aparılan siyasət Böyük Mastafa Kamal Atatürkün təməlini qoyduğu siyasət deyil. Bu siyasət dindən siyasi məqsədləri üçün istifadə edən AKP hökumətinin siyasətidir ki, təməlsiz, prinsipsiz və bu gün üçün bərli-bəzəkli, sabaha vurulan zərbədir. Əgər qarşısı alınmasa, zərbələrin acılarını isə bütün Türk Dünyası yaşamalı olacaq.
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər