Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
TrendNews- un Yaxın Şərq redaksiyasının analitiki Ülviyyə Sadıqova SOFA kimi tanınan təhlükəsizlik haqqında Amerika-İraq sazişi ABŞ və Yaxın Şərqin yeni siyasi münasibətlərinin əsasını qoya bilər. Amerikalılara regionun hərbi həyatında daha üç il iştirak etmək imkanı verən sazişi təsdiqləyən İraq parlamenti yalnız ölkənin daxili siyasətini deyil, həm də ABŞ - ın vasitəçiliyi ilə ərəb dövlətlərinin qonşu ölkələrlə xarici əlaqələrini müəyyən edib. Bu sazişdən İraq üçün faydanı nəzərdən keçirsək, o zaman şübhəsiz ki, əksər bəndlər müsbətdir. Məsələn, milli təhlükəsizlik qüvvələrinin formalaşdırılması və amerikalılara İraqın şəhərlərində hərbi əməliyyatlar aparmağın qadağan olunması. Beləliklə, İraq hökuməti müharibənin beş ili ərzində Amerikanın iştirakına müqavimət ocaqları olmuş Kərkük, Süleymaniyyə, Bəsrə və Mosul kimi vacib şəhərləri nəzarət altına alacaq. Əsasən, dini xarakterli radikal qruplaşmaların hökumətlə dialoqa gedəcəyi ehtimalı böyükdür. Belə ki, burada ABŞ - ın bütün müharibə ərzində görə bilmədiyi İraq milli maraqları nəzərdən keçirilir. Məsələn, ölkənin dini icmaları arasında barışığı, kürd muxtariyyətinin statusu barədə məsələnin qəti həlli. İraq hökumətinə kürd millətinin nümayəndələri rəhbərlik etsə də, ölkənin kürd mənşəli prezidenti Cəlal Tələbani bəyan edib ki, İraqın kiçik əyalətlərə bölünməsinə yol verməyəcək. “Bu gün kürdlər Bağdaddakı mərkəzdən ayrılmaq istəklərini bəyan etsələr, sabah bunu İraqın digər xalqları da, məsələn, türkman və aysorlar də istəyəcəklər. Beləliklə, vahid İraq olmayacaq”, - İraq parlamentinin deputatı Fevzi Əkrəmoğlu TrendNews-a bildirib. Bağdad üçün digər vacib bənd, İraq hökumətinin ölkə ərazisində cinayət törətmiş Amerika hərbçiləri və vətəndaşlarını həbs etmək hüququdur. Əvvəllər ölkənin hərbi qurumları əcnəbi vətəndaşları mühakimə etmək səlahiyyətinə malik deyildilərsə, saziş qəbul edildikdən sonra, çətin ki, amerikalılar İraq həbsxanalarına əmr etməyi bacaracaqlar. Onların Əbu - Qurey həbsxanasında iraqlı məhbuslara qarşı “demokratik” münasibəti üç il əvvəl – dünyanın kütləvi informasiya vasitələri iraqlı məhbusların ələ salındığını nümayiş etdirən videoyazıları yaydıqdan sonra məlum olub. Amerika hərbi tribunalının günahkarlara qarşı hansı qərarı çıxardığı hələ də məlum deyil. Dünyada demokratiyanın dayağı olan ABŞ, çətin ki, beynəlxalq sənəd qəbul edildikdən sonra, bu vacib bəndi pozsun. İraq üçün faydaları milli və müdafiə təhlükəsizlik qüvvələrinin formalaşdırılması kimi yekunlaşdırmaq olarsa, Barak Obamanın yeni administrasiyası ABŞ-ın digər xarici siyasi problemlərini sakit həll edə bilər. Son iki il göstərib ki, Corc Buş Amerikanın İraqdakı ssenarisini necə bitirəcəyini bilmir. 2003-cü ildə müharibəyə səbəb olmuş kütləvi qırğın silahını tapa bilmədilər, əvəzində, İraqda diktatura siyasəti ilə tanınan Səddam Hüseyn hakimiyyəti dövründə fəaliyyətləri dondurulmuş bütün dini hərəkatlar ayıldılar. Aralarında ən parlağının Müqtədə Əs Sədrin “Mehdi Ordusu”nun olduğu şiə hərəkatları hakimiyyətə gəlmək üçün ölkədəki siyasi xaosdan istifadə etməyə cəhd göstərdilər – Səddamın dövründə onlar bunu yalnız arzu edə bilərdilər. ABŞ Konqresi və Ağ Evin İraqdakı hərbi kampaniya ətrafında siyasətdə fikir ayrılıqları yazda senatorların əksəriyyəti İraqdakı amerikalı hərbçilər üçün əlavə maliyyə vəsaitləri ayırmaqdan, əlavə hərbi kontingent göndərməkdən imtina edəndə xüsusilə aydın görünüb. Bu arada İraqdakı şiələri dəstəkləyən və onlara sponsorluq edən Tehranla fikir ayrılıqları güclənir və bununla əlaqədar, Buş beş illik müharibə dövrü ərzində yeganə düzgün addımı atır – bütün tərəflərin maraqlarını nəzərə almaqla, təhlükəsizlik haqqında saziş təklif edir: İraq milli hökumət qazanır, ABŞ isə sonuncu hərbi və maliyyə ehtiyatlarını saxlayaraq, Yaxın Şərqdəki siyasi oyundan yarısalamat çıxır. Lakin bu sazişdən yalnız Bağdad və Vaşinqton üçün deyil, həm də bütün Yaxın Şərq üçün ümumi faydanı nəzərdən keçirsək, o zaman ən vacib bənd, qonşu dövlətlərə hücum üçün İraq ərazisindən Amerikanın plasdarmı qismində istifadə edilməməsidir. Tehranın bu məsələyə təsiri dərhal görünür. Yaxın Şərq nefti üzərində daimi nəzarət istəyən İran, iraqlı şiələrə maddi yardım göstərərək, İraqdakı müharibəni özünə lazım olan axara yönəltməyi qərara alıb. Vaşinqton və Tehranın İranın nüvə proqramı ətrafında münaqişəsi regionda yeni müharibəyə çevrilmək üzrədir ki, ABŞ - ın belə bir müharibəyə, sadəcə, gücü çatmayacaq. Yəni, hücum etməyə yer var – bu, qonşu İraqdır, lakin müharibəyə aparmaq üçün bir şey yoxdur. Yaxın Şərqdə lider ərəb dövləti mövqeyini tutmaq istəyən Dəməşqin antiamerika reaksiyası bu bəndin daxil edilməsinə daha çox təsir göstərib. Suriyanın daim nümayiş etdirdiyi İranla möhkəm əlaqələr, Dəməşqin amerikalıların yeni hərbi hücumlarına müqavimət göstərməyə hazır olması barədə ABŞ-a işarədir. Bununla əlaqədar olaraq, İraq ərazilərindən amerikalıların düşmənləri – Suriya və İraqa hücum üçün istifadə etməmək barədə bənd, şübhəsiz, ABŞ-ın maraqlarına zərbədir. Bu o deməkdir ki, Vaşinqton əvvəl diplomatik səviyyədə İran və Suriyanın öhdəsindən gəlməli, sonra hərbi əməliyyatlara əl atmalıdır. Buna baxmayaraq, İraqdakı uğursuz müharibənin və Əfqanıstandakı müvəffəqiyyətsizliklərin acı təcrübəsini dadmış Vaşinqtona Yaxın Şərqdə digər münaqişəni başlamaq çətin olacaq. Bağdad və Vaşinqtonun susduğu iki məsələ İraq nefti və İraqın hərbi-hava məkanına nəzarətdir. İraq HHQ-ni idarə etmək hüququnun kimə keçəcəyi, dünyada təsdiq edilmiş neft ehtiyatlarının həcminə görə dünyada üçüncü yeri tutan (BP - nin məlumatlarına görə, neftin həcmi 115 mlrd. barel təşkil edir ki, bu da Səudiyyə Ərəbistanı və İrandan sonra dünya ehtiyatlarının 9,3 faizinə bərabərdir) ölkənin neft siyasətini kimin idarə edəcəyi hələ də qaranlıq qalır. Zəngin “qara qızıl” ehtiyatlarına baxmayaraq, İraq heç zaman onun satışından əldə edilən gəlirdən həzz ala bilməyib. Amerikanın hərbi işğalınadək İraq neftinə beynəlxalq embarqo qoyulmuşdu və beləliklə də, ölkə neftini beynəlxalq bazara çıxara bilmirdi. Müharibə İraqın cansız neft sektorunu tam dağıtdı, lakin hazırki dünya maliyyə və enerji böhranını nəzərə alaraq, İraq neftinin ixracı hüququ çox cəlbedicidir. ABŞ- ın İraq nefti üzərində nəzarətdən belə tez imtina edəcəyi və onu Bağdada verəcəyi ağlabatan deyil. İstisna edilmir ki, bu məsələyə ABŞ - ın yaxın müttəfiqi – Avropa İttifaqı da qoşula bilər. Avropanın Britaniya - Hollandiya RD/Shell şirkəti, Britaniyanın BP, Norveçin Statoil kimi iri neft nəhəngləri cari ilin yayında 2010-cu ilə - amerikalılar ölkədə olanadək İraqda öz ofislərini açmaq istəyini bəyan ediblər. İraq hökumətinin təsiri barədə hələ heç bir şey söylənilmir. Beləliklə, təhlükəsizlik haqqında bu vacib strateji sənədin İraq xalqı üçün faydasını görmək üçün, onun qəbulundan, ən azı, iki il keçməlidir. Onun dinc iraqlıların qətlini dayandırmağı, kütləvi işsizlik problemini həll etməyi, dini qarşıdurmanı dayandırmağı, İraqa beynəlxalq prestiji qaytarmağa kömək etməyi, ABŞ - ın daimi nəzarətindən çıxmağı bacarıb - bacara bilməyəcəyini yalnız Bağdadın sirli siyasəti və Obamanın çoxdan gözlənilən vədlərinin icrası göstərəcək.
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər