SON XƏBƏRLƏR

Qlobal maliyyə böhranı

2021.10.20, 07:36
Qlobal maliyyə böhranı

Gunaz.tv
Qlobal maliyyə böhranı Rüfət Aslanlı:" Onun Azərbaycanın bank sektoruna birbaşa təsir vasitələri mövcud deyil"" "Dünyadakı maliyyə böhranının Azərbaycanın bank sektoruna birbaşa təsir vasitələri mövcud deyil". Bu barədə "ANS-Press"ə müsahibəsində Milli Bankın İdarə Heyətinin sədr müavini Rüfət Aslanlı bildirib. - Yəqin ki, bu böhranın mənbəyi vaxtı ilə yüksək riskli ipoteka kreditlərinin keyfiyyətinin pisləşməsindən yaranıb. Ğazar sikuratisiyası deyilən alət var idi ki, bütün banklar və digər investorlar bu ipoteka kreditlərini yenidən maliyyələşdirmək aləti olan ipoteka istiqrazlarını alırdılar. Azərbaycan banklarının, eləcə də digər maliyyə təsisatlarının belə investisiyaları yoxdur. Bu səbəbdən də bu proseslərin aktivlərin keyfiyyətinə bir başa təsir imkanı yoxdur. İkincisi, Azərbaycan bankları xarici maliyyə təsisatlarının, bütövlükdə xarici fond bazarlarının investrləri, iştirakçıları deyillər. Ona görə də ikinci dalğa kimi bu kağızların dəyərdən düşməsin onları saxlayan maliyyə təsisatlarının bazar kapitalizasiyasını azaltdı və belə demək olar ki, vaxtilə qoyulan sərmayələr dəyərsizləşdi. Azərbaycanda isə belə sərmayələr yoxdur. Ona görə də, bank sektorunun aktivlərinin itkilərinə səbəb olacaq təsir kanalları özü-özlüyündə yoxdur. Amma Azərbaycan qlobal dünyaya qovuşan iqtisadiyyata malikdir. Xüsusən də beynəlxalq maliyyə bazarlarında təlatümlər başladığı 2006-cı ilin sonu 2007-ci illərin əvvəllərində investorlar bu bazarlardan çıxaraq daha yüksək gəlirli və daha stabil bazarlara maliyyə investisiyaları etmək məqsədilə şərait axtarırdılar. O zaman Azərbaycan həddindən artıq cəlbedici bir bazara çevrilmişdi. Ona görə də, 2006-cı ilin sonundan, 2007-ci il və 2008-ci ilin əvvələri də daxil olmaqla xarici sərmayələrin Azərbaycana fəal axını baş verirdi. Son aylardasa isə qlobal bazarlarda likvidlik yetərsizliyi bir qədər kəskinləşdirdiyinə görə, bu proseslərin bir qədər ləngiməsi müşahidə edilir. Lakin bütövlükdə bunun Azərbaycanın bank sektorunun maliyyə sağlamlığına birbaşa və dolayısı ilə təsir etdiyini demək üçün heç bir əsas yoxdur. - Bəzi banklarda kreditləşmənin məhdudlaşdırılması və yaxud dayandırılması böhranla əlaqədar idi, yoxsa səbəb başqadır? - Əvvəla deyim ki, bankların kredit qoyuluşlarını dayandırması həqiqətə uyğun deyil. Sadəcə bu xəbərlərin intensiv yayıldığı sentyabr ayının statistikasını götürsək, görərik ki, bu ay ərzində bütövlükdə banklar 645 milyon manatdan sox kreditlər veriblər. Həmin aylarda bankların kredit portfeli 1,5 faiz artıb. Sadəcə olaraq bu dövrdə banklar kreditlərin verilməsinə dair tələblərini bir qədər ciddiləşdiriblər. Həmçinin banklar kütləvi kredit aləti olan istehlak kreditlərinin strukturuna bir daha baxıblar, onun filtrasiyasını aparıblar. Və daha aşağı riskli alətlərlə işləməyə üstünlük veriblər. Bu da qlobal bazarlandan gələn neqativ siqnallara qarşı bankların adekvat reaksiyasıdır. Bütövlükdə banklar bu müddət ərzində əldə etdikləi əlavə insanal resurslarından mövcud aktivlərinin keyfiyyətini bir daha dəyərləndirmək, onun keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə edirlər. - Belə informasiyalar yayılır ki, banklarda problem yaranır və öz öhdəliklərini icra edə bilmirlər. Bu həqiqətdir, yoxsa şayiə? - Biz, təəssüf ki, son dövrlər yalnız şayiələrə reksiya verməyə məcburuq. Bankların öhdəlikləri ilə bağlı kiçik problem yaransa, yəqin ki, biz bank şöbələri qarşısında insanların sıralarını müşahidə edə bilərdik. Amma ən azından vizual olaraq görürük belə bir hal yoxdur. İkincisi isə, qeyd etdiyim kimi, bu gün bankların nə aktivlərində elə bir pisləşmə var, nə də banklar ciddi kapital itkilərinə məruz qalıblar. Əksinə, son aylar ərzində bankların kapitalları 3,5 faiz kimi artıb. Bu da onu göstərir ki, bankların maliyyə dayanıqlılığı daha da güclənir. Təbii, bankların son dövrdə xaricdən vəsait cəlb etmələri, o vəsaitlərin qaytarılması və ya vaxtından əvvəl tələb edilməsi faktoru ortaya çıxa bilər. Burada da vəziyyət çox sabitdir. Qeyd edim ki, bankların xaricdən borclanması daim Milli Bank tərəfindən düşünülmüş formada idarə olunması haqda banklara tövsiyə olunurdu və belə də olurdu. Bu gün bankların xaricdən cəlb etdiyi vəsaitlər 2 milyard dollara çatır. Bu bankların bütün aktivlərinin 20 faizindən azdır. Bu elə də böyük bir göstərici deyil ki, banklar ona xidmət edə bilməsinlər. Digər tərəfdən isə bu öhdəliklərin strukturlarında yalnız bazarlardan cəlb olunmuş vəsaitlərdir. Bilirsiniz ki, bu gün Azərbaycanda 19 xarici sərmayəli bank var və bu investorların böyük hissəsini beynəlxalq maliyyə institutları təşkil edir. Bu vəsaitlərin böyük bir hissəsini həmin səhmdarlar və yaxud onların vasitəsi ilə cəlb edilmiş vəsaitlər təşkil edir. Təbii ki, belə bir investor da öz törəmə müəssisəsinin likvidlik problemi ilə üzləşməsinə gətirib çıxaracaq addım atmaz. Ona görə də, burada öhdəliklərin icrası ilə əlaqədar problem yoxdur. Biz həmçinin orta müddətli perspektivdə də hər hansı problem görmürük. - Milli Bank böhranın qarşısını almaq üçün hansı addımlar atıb və atmaq niyyətindədir? - Milli Bank bank sektorunda tənzimləyici və nəzarət funksiyasını həyata keçirir. Bizim addımlarımız qlobal səviyyədə böhranların aktiv gündəmə çıxdığı lövrdən atılmağa başlamayıb. Biz bütövlükdə bank sektorunda tənzimləmə siyasətini kontursiklik, hamının optimist əhval-ruhiyyədə olduğu zaman həyata keçirməyə üstünlük vermişik. 2006-cı ilin sonunda ilk dəfə olaraq iri tansmilli kompaniyaların ipoteka aktivlərinin keyfiyyətinin pisləşməsi barədə müzakirələr başladıqda, artıq biz bu proseslərin ən pis ssenaridə nəyə gətirib çıxara biləcəyini əsas götürərək müəyyən tədbirlər hazırlamışdıq. Mən deyə bilmərəm ki, biz 2008 və ya 2009-cu ildə qlobal böhran baş verə biləcəyini proqnozlaşdırırdıq. Amma ən azından biz düşünürdük ki, qlobal səviyyədə itkilər müəyyən likvidlik çatışmazlığına gətirib çıxara bilər. Qlobal ressesiyanın hansı təsirlərə gətirib çıxara biləcəyi və bir sıra məsələləri nəzərə alaraq biz son bir il yarım, iki il ərzində qabaqlayıcı tədbirlər görmüşük. Bunlar nədən ibarətdir: İlk növbədə biz bankların maliyyə ehtiyatlarının artırılmasına yönəldilmiş potensial tənzimləmə tədbirləri tətbiq etmişik. Banklar verdikləri kreditlər üzrə müəyyən ehtiyatlar yaradırlar. Bu ehtiyatlar həmin aktivlərin keyfiyyətinin pisləşməsinin qarşısını almağa yönəldilir. Ehtiyatların səviyyəsi Milli Bankın səviyyəsi ilə müəyyən edilir və biz 2006-cı ildən bu yana ardıcıl olaraq bu ehtiyatlara dair tələblərimizi artırmışıq. İkincisi, biz görəndə ki, banklar intensiv olaraq xaricdən borclanmaya başlayır, biz xarici borclanmalar üçün məcburi ehtiyatlar təsis etdik. Bu o deməkdir ki, cəlb olunmuş vəsaitlərin bir hissəsi bankların Milli Bankdakı müxbir hesablarında saxlanmalıdır. Həmin daxili mənbələrdən cəlb olunmuş vəsaitlər üzrə ehtiyat normasını ardıcıl olaraq bir neçə mərhələdə artırmaqda davam etdik. Nəhayət biz bankların kapital ehtiyatlarının artırılması, yəni ölçülə bilməyəcək itkiləri qarşılayacaq kapital ehtiyatını artıqmaq üçün addımlar atdıq və bu gün beynəlxalq səviyyədə kapital təminatlığı tələbi bizdə 12 faiz səviyyəsində müəyyən edildi. Bütün bu tədbirlər ona gətirib çıxarıb ki, banklar hətta onlardan asılı olmayan itkilər ilə qarşılaşarlarsa belə, bunu qarşılamaq üçün yetərincə maliyyə aktivlərinə malik olsunlar. Bu bizim qabaqlayıcı fəaliyyətimizin birinci, yəni maliyyə komponentidir. İkinci isə, istənilən halda banklar itkilər ilə üzləşməmək üçün yaxşı idarə edilməlidirlər. Ona görə də, biz 2002-ci ildən başlayaraq banklarda ən qabaqlayıcı risk menecmenti, korparatik idarəçilik mədəniyyətinin tətbiq edilməsi üçün ardıcıl tədbirlər gördük. Bunu sadəcə olaraq banklara məsləhət kimi deyil, bizim tənzimləyici tələblərimiz formasında tətbiq edirdik. Bu da bankların dinamik artmasına baxmayaraq, onların aktivlərinin təhlükəsiz və keyfiyyətli, sağlam qalmasına səbəb olurdu. Bu tədbirlərin hamısı bu gün qlobal proseslər, hətta dolayı və ya hər hansı vasitələrlə Azərbaycan banklarına təsir edə biləcəyini biz stresteşləşmə deyilən metodlarla ölçürük. Bu o deməkdir ki, hətta real olmayan şoklar verməklə bankların dayanıqlığı ölçülür. Bizim araşdırmalar göstərir ki, Azərbaycan bankları bu vəziyyətdə həm maliyyə, həm əməliyyat riskləri ilə əlaqədar təsirlərə çox yüksək dayanıqlılıq nümayiş etdirir. - Keçən həftə Milli Bank faiz dərəcələrinin və məcburi ehtiyat normalarının aşağı salınması ilə bağlı qərar qəbul etdi. Bu addımların atılmasında konkret hədəf nə idi? - Bayaq qeyd etdiyim kimi, kontursiklik davranışımızı son dövrlərdə də davam etdiririk. Bu ondan irəli gəlir ki, bank sektoru və bankların maliyyələşmə mənbəyi çox dinamik artıma köklənmiş olduğu zaman biz bu ehtiyatları formalaşdırırdıq. Qeyd etmək istəyirəm ki, təkcə 2007-ci ildə bankların təxminən 3 milyard manat ətrafında olan verdikləri kreditlərin yarısından çoxu xarici mənbələr hesabına maliyyələşmişdi. Hazırda xarici mənbələrdən maliyyələşmə imkanlarının likvidlik problemi ilə əlaqədar azaldığı şəraitdə banklara əvvəldən toplanmış likvidliyi istifadə etmək imkanlarını qaytarmağı nəzərdə tutan addımlar atdıq. Bu da yeni kontrsiklik davranışdır. İkincisi isə xarici borclanma zamanı faiz fərqini aradan qaldırmaq üçün həmin vəsaitləri 5 faizlik məcburi ehtiyat normasına cəlb etmişdik. Hazırda o faktor aradan qalxıb və xarici bazarlarda likvidlik problemi yaranır. Bankların daha rəvan artım templərini saxlamaq üçün həmin vəsaitləri onların özlərinə qaytarmağı daha məqsədəuyğun saydıq. Hesab edirik ki, bu addım həm bankların və həm də bank müştərisi olan real sektor və ev təsərrüfatlarının aktivliyini dəstəkləmək üçün yetərli olacaq. - Faiz dərəcələrinin aşağı salınması inflyasiyaya necə təsir edəcək və ilin sonuna kimi inflyasiya hansı səviyyədə qalacaq? - İnflyasiyaya dair Milli Bankın, hökumətin hesablamaları və proqnozları son dövrlər yeniləşməkdədir. Biz bu sahədə işlərimizi davam etdiririk. O ki qaldı faiz dərəcələrinin təsirinə, son dövrlər beynəlxalq maliyyə bazarlarında baş verən prosesləri, intensiv aparılan dialoq göstərir ki, klassik iqtisadi nəzəriyyənin indiki şəraitdə ən azından yenidən nəzərdən keçirilməsi haqqında fikirlər dolaşır. Amma burada iqtisadiyyatın qanunlarının dəyişdirilməsindən danışmaq düzgün olmaz. Biz hesab edirik ki, faiz dərəcələrinin aşağı salınması inlyasiyanın artmasına gətirib çıxarmayacaq. Çüni əlavə pul təklifi üçün izahlı mənbələr mövcud deyil və faiz dərəcələrinin aşağı salınması mövcud olan aktivliyin qorunmasına yönəlib. Ona görə də bu nəticə etibarı ilə inflyasiya meyllərinin artmasına səbəb olmayacaq, əksinə maliyyə sabitliyinin gücləndirilməsi, iqtisadi aktivliyi dəstəkləmək vasitəsi ilə makroiqtisadi sabitliyə yardım edəcək. -Konkret inflyasiyanın nə qədər olacağını proqnozlaşdırırsınız? - Mən elə bir şəxs tanımıram ki, inflyasiyanın hansı rəqəm olduğu barədə proqnoz versin. Hələ bizim hesablamalarımız gedir. Qlobal bazarlarda vəziyyət dəyişir. Baxmayaraq ki, maliyyə sektoruna birbaşa təsiri yoxdur, amma ən azından biz idxal-ixrac ilə məşğul olan ölkəyik və onların qiymətə təsiri var. Əgər bu gün qlobal səviyyəli ressesiyadan danışırlarsa, bu makroiqtisadi vəziyyətdə qiymətlərə bir cür təsir edə bilər. Əgər beynəlxalq səviyyədə maliyyə sabitliyinin təmin edilməsi üçün mərkəzi bankların əlaqəli şəkildə çap maşınlarını işə salmasının təsiri həmin o ressesiyanın təsirlərini üstələyəcəksə, burada başqa nəticə ola bilər. Burada çox mürəkkəb makroiqtisadi təhlilə ehtiyac var və bu proses davam edir. - Rüfət müəllim, dövlət hesabına ipoteka kreditləşməsinin bərpası nə vaxt mümkün olacaq? - Bu günlər bütün dünyadakı proseslərin səbəbi yüksək riskli ipoteka kreditləri olub. Bu o demək deyil ki, biz ipoteka kreditlərindən qaçmalıyıq, onlardan qorxmalıyıq və ya onu dayandırmalyıqı7 Eyni zamanda bu o deməkdir ki, klassik olaraq son 10 illiklər ərzində tətbiq olunmuş ipoteka mexanizmlərində hər hansı boşluqlar olub ki, biz onların təkrarlanmasına yol verməməliyik. Hazırda biz o proseslərin daha aşağı risklərlə, daha dayanıqlı və daha təhlükəsiz formada davam etməsi üçün təkliflərin üzərində işi tamamlamışıq və müzakirələr prosesinin tamamlanması astanasındayıq. Mən konkret tarix deməkdə çətinlik çəkirəm, çünki burada müəyyən sənədlər təsdiqlənməlidir, qərar qəbul olunmalıdır. Ancaq biz ümid edirik ki, qısa müddətdə biz yekun təklifləri təqdim edə biləcəyik. Qeyri-sağlam, qeyri stabil və qeyri-sabit ipoteka kreditləşməsi mexanizmləri ilk növbədə bu mexanizmdən istifadə edərək kredit almış şəxslərin özlərinin ziyanınadır. Bu gün dünyada daşınmaz əmlakın qiyməti bir neçə dəfə düşüb. Vaxtı ilə yüz minlərlə dollara satılan əmlaklar in minlərlə dollara satıla bilmir. Biz istəyirik ki, bizim ipoteka kreditləşməsi sistemindən yararlanan şəxslər bu məsələni bir dəfəlik həll etsinlər. Ona görə hesab edirik ki, bu məsələ ilə əlaqədar bizim digər bazarlarda gördüyümüz dərslər bizə qiymətli məlumatlar verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar