Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Məktəblinin "vitse prezidentin səlahiyyətləri nadir?" sualına düzgün cavab verə bilməyən Sara Pelin növbəti hay-küyə imza atıb Florida ştatında oktyabrın 20-dən erkən, yəni növbədənkənar səsvermə başlayıb. Artıq ölkə ərazisində və onun sərhədlərindən kənarda noyabrın 4-dək hər gün seçki məntəqələri açılacaq. Noyabrın 4-də isə ölkə ərazisində yekun prezident seçkiləri günüdür. Ancaq bütün ştatlarda növbədənənar seçkilər başlamayıb. Növbədənkənar seçkilər hər bir ştatın daxili qaydalarıyla tənzimlənir. Ştatların 31-də növbədənkənar seçkilərə icazə verilməsi üçün hər hansı səbəb göstərmək lazım deyil. Kolumbiya dairəsində və 4 ştatda hər hansı şəxsin növbədənkənar səs verməsi üçün əsaslı səbəb (4 noyabra qədər xarici səfərə getməli olduğu, xroniki xəstəliyi, əlilliyinə görə hərəkət edə bilməməsi və s.) göstərməsi lazımdır. Kolumbiya dairəsində və 22 ştatda evlərə daşınan qutularda səs verilməsi üçün də səbəbin göstərilməsi tələb olunur. Oreqon ştatında isə növbədənkənar seçkilərin keçirilməsi üçün seçki məntəqələri açılmır, növbədənkənar səs vermək istəyənlər və seçki məntəqəsinə gələ bilməyənlər üçün daşınan qutularda səsverməyə şərait yaradılır. Ramiz Mikayıloğlu 16 ştatda şəxsin istənilən səbəb göstərməsinə baxmayaraq, növbədənkənar, yəni 4 noyabrdan əvvəl erkən səs verməsinə şərait yaradılmır. Çox zaman daşınan qutularda səsverməni adi poçt vasitəsiylə həyata keçirirlər. Yəni seçiciyə bülleten göndərilir, seçici də bülleteni doldurur və onu geri göndərir. Erkən səsverməyə icazə verilən bəzi ştatlarda seçki komissiyalarının saytından bülleteni printerdə çıxarmaq, istədiyin namizədə səs verərək, bülleteni faksla, yaxud kuryer vasitəsiylə göndərmək də mümkündür. Ölkədən kənarda olan vətəndaşlar diplomatik nümayəndəliklərdə yaradılmış məntəqələrdə, yaxud poçt vasitəsiylə səs verə bilərlər. Artıq Yeni Zellandiyada olan amerikalılar üçün də səsvermə başlayıb. 4 noyabra qədər bu və ya digər səbəbdən erkən səs verənlərin səsələrinin əhəmiyyəti isə az deyil. Məsələn, 2000-ci ildə seçicilərin 16 faizi erkən səsvermə imkanlarından yararlanıblar. 2004-cü ildə həmin göstərici 22 faiz olub. Bu il növbədənkənar səs verənlərin sayının 25 faizə çatacağı gözlənilir. Əksər ştatlarda erkən səsvermə noyabrın 4-dək keçirilir. Noyabrın ilk ikinci günü, yəni bu il noyabrın 4-də isə ölkə ərazisindəki bütün seçki məntəqələri açılacaq. Amerikalıların əksəriyyəti məhz bu gün səs verirlər. Florida "keçidi" Qeyd edək ki, ABŞ-da prezident seçkiləri sistemi birbaşa deyil. Erkən səsvenrmədə və 4 noyabrda seçicilər ştatı növbəti mərhələdə təmsil edəcək nümayəndələrə səs verəcəklər. Ştatların əksəriyyətində nümayəndələr seçicilərin üstünlük verdikləri prezidentliyə və vitse-prezidentliyə səs verirlər. Yalnız Men və Nebraska ştatlarında nümayəndələrin səsləri dairə üzrə paylanır. ABŞ-da belə nümayəndələrin ümumi sayı 538 nəfərdir. Əhalinin sıxlığına görə seçilən Koliforniyanın 55 nümayəndəsi olur. Montan və Cənubi Dakot kimi ştatlarsa 3 nümayəndə ilə kifayətlənir. Ştatlardan seçilən nümayəndələrin sayı həmin ştatı Vaşinqtonda təmsil edən senator və konqresmenlərin sayıyla üst-üstə düşür. Prezidentliyə namizədlərdən hər hansı birinin qələbəsi üçün ştatlardan seçilmiş nümayəndələrin 270-nin səsi lazımdır. 538 nümayəndə birgə hər hansı bir yerdə səs vermirlər. Onların hamısı öz ştatlarında dekabrın ikinci yarısının ilk həftəsinin birinci günü (bu il 15 dekabrda olacaq-red.) səs verirlər və səsvermənin nəticəsi öncədən bilinir. Ona görə də namizədlərdən hər hansı biri 4 noyabrda keçirilən ümumxalq səsverməsindən bir neçə gün sonra qələbəsini elan edə bilər. Noyabrda gələcək prezidentin şəxsi işi fəaliyyətdə olan admnistrasiyaya təqdim olunur. Seçilmiş nümayəndələrin səsələrin rəsmi sayılması gələn il yanvarın 5-də başa çatacaq. Gələn il yanvarın 6-da Konqresin hər iki palatası seçkinin nəticələrini təsdiqləyəcəklər. Yanvarın 20-də hazırkı prezident Corc Buşun fəaliyyət dövrü başa çatacaq və yeni prezidentin inauqurasiyası təşkil olunacaq. 4 noyabra qədər, yəni son iki həftəni respublikaçı Con Makkeyn və demokrat Barak Obamanın seçki təbliğatını əhalinin sıx yaşadığı, seçilmiş nümayəndələrin çox olduğu, həm də dəyişən nəticələrin müşahidə edildiyi ştatlarlarda aparacağı da bəllidir. Çünki Con Makkeynin ənənəvi olaraq demokratlar seçicilərin üstünlük təşkil etdiyi Kaliforniyada, yaxud Barak Obamanın respublikaçıların qalası sayılan Texasda boş vaxt itirməsinin mənası yoxdur. Ona görə də yaxın günlərdə prezidentliyə namizədləri Pensilvaniya (21 seçilmiş nümayəndə), Virciniya (13 seçilmiş nümayəndə), Ohayo (20), Şimali Karolina (15 seçilmiş nümayəndə) və Florida (27 seçilmiş nümayəndə) seçiciləri görəcəklər. Məlumat üçün deyək ki, 2000-ci il prezident seçkilərində məhz Florida ştatında səsvermənin nəticələri Corc Buşun demokrat Albert Qor üzərində qələbəsini təmin etmişdi. Həmin vaxt bu ştatda hətta səslər təkrar sayılmışdı. 2004-cü ildə də Florida həlledici olub. Bu ştatda 5 faiz artıq səs alması Corc Buşun Con Kerri üzərində qələbəsini şərtləndirib və o, ikinci dəfə prezident kürsüsündə əyləşib. Bu baxımdan Floridada təkrar seçkilərin başlaması prosesin ən maraqlı qisminin başlaması deməkdir. Obama şanslı görünür Sabiq prezident Bill Klintonun dönəmində Demokrat Partiyasının Beynəlxalq Komitəsinin başqanı olmuş Donald Fovler hesab edir ki, əgər keçirilən sorğuların nəticləri həqiqəti əks etdirirsə, demokrat Barak Obama seçkiləri qazanacaq. Çünki anketlərdəki 9 faiz üstünlük kifayət qədər böyük fərqdir. O, Barak Obamanın prezidentliyi dövründə ABŞ-ın Kipr və "erməni məsələsi"ndəki siyasətində önəmli bir dəyişiklik də gözləmir, düşünür ki, heç bir amerikalı rəsmisi Türkiyə ilə münasibətləri pozmaq istəməz. ABŞ-da müxtəlif mərkəzlərin keçirdikləri sorğunun nəticələrinə görə, Barak Obamanı əhalinin 52-53 faizi, Con Makkeyni 42-44 faizi dəstəkləyir. Xarici ölkələrdə keçirilən sorğunun nəticələri də maraqlıdır. "Gellap" Sorğu Mərkəzinin 70 ölkədə apardığı araşdırmaya görə, həmin ölkələrin əksəriyyətində Barak Obamanı ABŞ prezidenti görmək istəyirlər. Məsələn, Türkiyədə sorğuya qatılanların 70 faizi bu suala ya cavab verməyib, ya da "bilmirəm" deyib. 22 faiz Barak Obamaya üstünlük verib. Respublikaçı Con Makkeynə 8 faiz türk respondent simpatiya bəsləyib. Yalnız Gürcüstan, Filippin, Kamboca və Laosda Con Makkeyn daha çox dəstəklənib. Litva və Pakistanda hər iki namizədi dəstəkləyənlərin sayı fərqlənməyib. Barak Obamanın atasının ölkəsi olan Keniyada respondentlərin 89 faizi demokrat namizədin adını çəkib. Qərbi Avropa ölkələrində əksəryyət demokratların namizədinə üstünlük verib. Fransada respondentlərin 64 faizi Barak Obamanı, 4 faizi Con Makkeyni prezident görmək istəyir. Bu arada Ceyms Bond rolunun ifaçısı məşhur Daniel Kreyq bildirib ki, agent 007-nin ifaçısı qismində Barak Obamanın oyununu çox maraqla izləyərdi. Aktyora görə, Con Makkeyn Ceyms Bondun rəisi roluna daha uyğundur. Yeri gəlmişkən, 2008-ci ilin ən cazibədar kişiləriylə bağlı AskMen.som saytının keçirdiyi sorğuya 200 min insan qatılıb. Onlar birinci sırada Barak Obamanı göstəriblər. Cazibədar kişilər arasında Con Makkeyn doqquzuncu yerdədir. Moskvada da Barak Obamadan danışılıb. Rusiya paytaxtında onun "Amerika arzularının doğması barədə fikirlərim" kitabının təqdimatı keçirilib. Kitabda Barak Obama necə siyasətçi olmağa qərar verməsi, öz karyerası və idealları barədə danışır. Pelinin səs-küylü keçmişi və səs-küylü bəyanatları Con Makkeynin vitse-prezident postunda görmək istədiyi Sara Pelinlə bağlı mənfi yüklü informasiyaların ardı-arası isə kəsilmir. Məlum olub ki, Sara Pelinin özünün və ailə üzvlərinin paltar və aksesuraları üçün Respublika Partiyasının Milli Komitəsi 150 min dollar xərcləyib. Con Makkeynin Seçki Qərargahı öncə bu məlumata şərh verməkdən imtina edib. Sonra qərargahdan bildiriblər ki, ölkənin indi düşdüyü vəziyyətə paltar barədə danışmağa vaxt ayırmağa dəyməz, digər tərəfdən, kampaniya qurtarandan sonra həmin paltar da xeyriyyə məqsədləri üçün satılacaq. Ancaq Sara Pelinlə bağlı qalmaqal bununla bitmir. Məlum olub ki, o, Alyaskın qubernatoru olduğu dövrdə bir çox tədbirlərə öz uşaqlarıyla birgə gedir və bu zaman həm uçuş, həm də otel xərcləri ştatın büdcəsindən ödənib. Təkcə onun üç qızı ilə 64 birbaşa, 12 getmək və qayıtmaq şərtiylə təyyarə uçuşları 21 min dollar tutub. Bura otel xərcləri daxil deyil. Sara Pelin səs-küylü bəyanatlarıyla da diqqət çəkir. Vitse-prezidentliyə namizəd deyib ki, Con Makkeyn prezident seçiləcəyi halda o, ölkənin enerji müstəqilliyinin möhkəmlənməsi məsələsiylə məşğul olacaq. Onun fikrincə, Senatda 3000 gün keçirmiş Barak Obama ilə müqayisədə Con Makkeyn daha səriştəlidir. Sara Pelin Hevada ştatında seçicilər qarşısında çıxışındasa bəyanlayıb ki, Barak Obamanın prezident seçiləcəyi halda rus ordusu Ukraynaya daxil olacaq. Çünki Rusiyanın baş naziri Vladimir Putin şahid olub ki, rusların Gürcüstana hərbi müdaxiləsinə Barak Obama yetərli reaksiya verməyib. Sara Pelin Barak Obamanın qoşunları İraqdan çıxarmaq, İran rəhbərliyilə danışıqlara başlamaq planını da təhlükəli sayır. Sara Pelinin bir məktəblinin sualına cavab olaraq vitse-prezidentin Senatı idarə etdiyini söyləməsi isə növbəti hay-küyə yol açıb. Başqa sözlə, o bildirib ki, vitse-prezident prezidentin komanda yoldaşıdır, eyni zamanda da Senata görə məsuliyyət daşıyır, lazım olanda "senatorlarla görüşərək uşaqların və onların ailələrinin həyatını yaxşılaşdıracaq siyasətin hazırlanmasına yardımçı olur". Amma Sara Pelinin haqqında danışdığı vitse-prezident postunu tutan şəxslər heç Senatda səs vermək hüququna da malik deyillər. Sadəcə, Senatda səslər bərabər olanda qərarın qəbulu üçün dövriyyəyə girir. Vitse-prezident özəl və ənənəvi tədbirlər xaricində, Senat salonuna girə və iclaslara başçılıq edə bilməz.
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər