SON XƏBƏRLƏR

Iranda demokrasi və Güney Azərbaycan ! . Böyük Rəsukoğlu

2021.10.20, 07:36
Iranda demokrasi və Güney Azərbaycan ! . Böyük Rəsukoğlu

Gunaz.tv
Iranda demokrasi və Güney Azərbaycan ! boyukbey.gif Fars təmamiyətçi təşkilatlarının bugünkü demokrasi anlayışı bu təhriflərdən biri sayılmaqdadır. Güney Azərbaycanda ....... Bakıda yaşadığım müddətdə bu başlıq altında yazdığım seri məqalələr umumiyətlə”yeni müsavat ” qazetində çap olunurdu. Zamanın axımı özəlliklə Güney Azərbaycanda bu ilki xurdad (May) ayının dirçəlişi günlərində Fars şovinizminin bütün qollarının tutumu, o məqalələrdə yazdığım nəzəriyələri eskiksiz təyid etdi. Ona görədə bu yazıda fikirlərimdə bir deyişikliğin olacağı düşünülməməkdədir. Ancaq sancılanmış bu quvvələrin milli dirçəlişimizi oğurlamağa çalışması , məsələnin dərinliyinə incələnməsini gərəkdirməkdədir. Bunun yanında ” Azərbaycan Milli hərəkatinin ” yüksəliş dərəcəsini nəzərə alaraq daha çox insan , özəlliklə gənclərimizə xitab etmək üçün yorgun barmaqlarım bir daha qələm oynatmağa gönül bağladı. Hərəkətimizin içində bəzi qrup vəya şəxslərin ” Azərbaycan Mərkəzli Düşüncə Sistemi”-nin temami ilə ziddinə olan , İran çərçivəsində ”Fars mərkəzli düşüncə sistemi”-nə qucaq açması isə bilərək – bilmiyərək gələcəyimizə təhlükə yaratmaqdadır. Bu sıraya girən Azərbaycanlılarada həqiqətləri açıb- aydınlatmaq hamımızıın milli borcudur. Üçüncüsü isə adlarını demokrat qoymuş , çağımızın bu dəyərli sözündən suistifadə edən Fars umumiyətçi təşkilatlarının başında duranlara ınanmasaqda , onların arxalarında çəkdiyi kütlə içində aldalanların gözünün açılması faydalı olardı. Ancaq Farsca yazmağı özümə yasaq etdiyimə görə eziz dostlarımın ,özəlliklə Güneydəki dəyərli gənclərimizin bu məqaləni Farscaya tərcümə etməsi məqsədə uygun sayılır. Demokrasi nədir? Məlum olduğu kimi dəqiq elmlər qavramlarında təriflər formulə edilmiş və deyişilməzdir. X – üstü ikinin kökü x-dən başqa bir şey olamadığı kimi talıs qəziyyəsinin dəyişəmədiyidə aydındır. Müşteqle- entigral arasındakı münasibətin sabitlyi qaçınılmazdır. Təcrübələrə dayanaraq formule edilmiş modeller nisbi olaraq dəyişkəndir. Bu günə qədər təcrübə ilə sübut olmuş formullar, ya dəyişib, ya da bundan sonra dəyişə bilər. özəlliklə elektronik hesablama maşınları inkişaf etdikcə, başqa sözlə ”onluq” sayımlar ”ikilik” sayımlarla gərçəkləşincə matematikk aləmində qat -qat artan sayım gücü təcrübi elmlərində dəqiqliyin artırdı. Bununla belə rəyazi anlayışı ilə arasındakı fərqliliklər qaçınılmazdır. Onun üçündür ki, bu teorilərdə ümumiyyətlə artı - eksi sınırlar (limit) qoyulur. Misal üçün statistikk elmində “varyans” və ya meyardan (ölçəkdən) sapma və ya doğruluq dərəcənin ölçülməsində bəlli bir məhdudə nəzərdə tutulur. Başqa sözlə 5 faizlik bir nümunədən çıxarılan əsasla ilişki nisbətinin doğruluq dərəcəsi ilə 20 faizlik nümunədən çıxarılan arasında fərq var. Ona görədə başqa cədvəllər hazırlanır və nümunə yoğunluğuna görə formulun məhdudəsi təyin edilir. Genetik elmindəki inkişafla “mendil” nzəriyyəsindəki tənzimlənmələr, boruların safalması ilə “Bernoli” qanunudaki islahlar, azda olsa islahdır. Ancaq ekonomi sosyal və siyasal elmlərə gəlincə bu fərqliliklər daha barız özünü göstərməkdədir. Ekonomidə “azalan verim qanunu” tərif olaraq dəyişməsə də kompyuterlərdə daha dəqiq ölçülüb dəyərləndirə bilən girdilərin (inputların) mahiyyətinə görə koordinasyon səhifəsində çəkilən əyri (münheni) artıq 30 il öncəkindən fərqlidir. Sosyal, siayasal və .... terminlərin tərifinə diqqet edilirsə onların mahiyyətinə uyqun olaraq bu dəyişikliklər daha gözə batandır. Demək olar ki, bu dairəyə daxil olan tərif və nəzəriyələr alt- ust olmaqdadır. Buna misal olaraq ele demokrasi anlayışında üç min illik yol boyu ortaya çıxan təkamülə doğru deyişmələri misal gətirmək olar. Kimsələrin fikir qaynaqlarına görə eski yunan demokrasisindən- orta çağ avropa tərifinə, renusansın gətirdiyi demokrasi tərəfindən- Fransa inqilabına qədər olan tərif və anlayışların yanında Marksizm düşüncəsindəki demokrasi ilə bugünkü demokrasi tərifi arasında geniş bir dairəyə girənlər mövcüddür. Ancaq məlum olduğu kimi bunların bir- biri ilə organik əlaqəsi olsa da əməldə ayrı- ayrı bəyin yaraqlarından, bəlli zaman və məkan şərtlərinə uyğun olaraq süzüb, günümüzə gəlib çatmışdır. Başqa ifadə ilə bu görüş və təriflər bəlli zamanlarda bəlli toplumların problemlərinin həlli üçün hakimiyyət və ya məhkumiyyətdə olanların düşünürləri vasitəsi ilə ortaya atılmışdır. Ona görədə daha ziyadə həmin cəmiyyətlərdə geçərli ola bilmişdir. (“Bu məsələni “demokrasi” haqqında daha geniş açıqlamadan öncə ürək ağrımı gizlətmədiyim bir dostumuzun modern “millət” tərifində bizi “qovm” tanıtıdırmasından sonra fars şovinizminin ondan geniş suistifadə etməsin də anlatmaq istərdim. Avropa alimlərinin öz ölkərindəki durum, dövlətlərinin gücü və zamanlarının şərtlərinə görə millətin nə olduğunu tərif etdikləri aydındır. 200 il bundan öncə bu ölkələrin çoxu hələ öz milli varlığını tam olaraq təsbit etmədiyi bir durumdaki tərifləri ilə bugün, hamısı öz dil- yurd və dövlət sistemlərin təsbit etdiklərindən sonrakı millət anlayışları fərqli dəyərlərlə ölçulməkdədir. Şübhə yoxdur ki hələ ana dilində bir sinif məktəb alamıyan Güney Azərbaycan üçün bu ölçəklər geçərli deyildir və olamaz. Yəni bəlli hüdudlar içində yaşayan özünə bayrağı olan, dövləti- pulu və nəticədəd ekonomik, siyasi - içtimai bağları olan bir topluma millət deyiləməz. Belə bir sistemə dövlət adı verilir ki davamlı dağılma təhlükəsi ilə də qarşı - qarşıya olabilir. Osmanlı adında bir millət yox dövlət var idi, Yugoslaviya adında bir millət yox dövlət var idi, Sovyetlər adında bir millət yox dövlət var idi, İran adında bir millət yox dövlət mövcüddür ki “fars mərkəzli düşüncə sisteminə” söykənərək idarə olunmaqdadır. Hal böyləykən “millət” məfhumu, kökü bir, dili bir, gələnəkləri oxşar, asanlıqla məğlub olub ortadan getməyən bir topluluğu içərməkdədir. Dünyanın hər yerində olursam mən “türkəm” biz türkük və ona görə də bugün Güneydə ən tanınmış şuar “haray mən türkəm” şuarıdır. Dövlətlərin çoxu zəiflədiyi çağda qısa müddətdə məhv olduqları halda, bir millətin məhv edilməsi üçün uzun müddət və geniş çaba lazımdır. Çunki bir milləti yox etmək üçün ən başda onun dilini dəyişdirmək gərəkdirki, buda asanlıqla olmaz. Dəqiqən bu fəlsəfəni uyğuluyan Fars şovinizmi 80 ildirki bizim dilimizi kəsmək üçün qanımızı axıdır”.) Demokrasi məfhumu qədim yunan sitələrindəki təriflərdən başlayaraq inkişaf etmiş olsa da zaman- zaman daha dərinləşib, qabıq dəyişərək ədalət və azadlığın köynəyini geyməyə yaxınlaşmışdır. Renusansla daha köklənmiş, onsəkkizinci çağ və özəllikə fransa inqilabı ilə dərinləşmiş demokrasi məfhumu 19-cu əsrdə yeni bir boyut qazanmışdır. 1-ci və 2-ci dünya savaşlarının səbəblərinin- səbəbi və marksizm adında “istisna dolu qaydalar” üzərində qurulmuş bir ideolojinin ortaya çıxması ilə təriflər deyişilmişdir. Müsbət inkişafa baxmayaraq bəzən geriləmiş və tərsinə əməl etdirməyə çalışılmışdır. Ancaq demokrasi və azadlıq bəşəriyyətin böyük arzusu, insanlığın son durağı, xoşbəxtliyin təkcə modeli olduğuna görə kimsə onun əleyhimə deyil, suistifadə üçün təhrifinə çalışmışdır. Fars təmamiyətçi təşkilatlarının bugünkü demokrasi anlayışı bu təhriflərdən biri sayılmaqdadır. Güney Azərbaycanda Xurdad ayının bu boyda dirçəlişindən bir kəlimə dahi dilə gətirmiyən üzdən iraq Fars demokratları, sapı özümüzdən olan baltalardan istifadə edərək xalqımızı aldatmağa çalışırlar. Ancaq “ Azərbaycan Milli Hərəkəti”- nin “Azərbacan Mərkəzli Düşüncə Sistemi” ichində fəaliyəti açıqça göstərdiki, bu millət artıq aldanmıyacaqdır. Xalqımız bu boykotdan gözəlcə başa düşdüki, İranda demokrasinin ən böyük əngəli Farsçılıq siyasətidir. Kökümüzü kəsən bu Farsçılık siyasətinin qorxunc üzlərindən olan Əkbər Gənci –nin cumhuriyət manifestindəki “ demokrasi “ tərifi günün ən doğru tərifi sayılmaqdadır. Ancaq diqqət edilirsə ustalıqla Azərbaycan məsələsinə ele örtük salınıbkı, o gözəl tərifə etiraz yeri qalmasın. Gücümüz artıqca bu saplarda öz kökünə dönəcəkdir. Bəlli bir zümrənin diktatorluqla hakimiyyətə gəlməsini təmin etməyə calışan “proltarya diktatorluğu” – nu öz hakimiyyət metodlarının fundamenti sayanların demokrasi görüşləri olduqca ilgincdir. Rusyada 1917 inqlabindan sonra daha çox yayilan bir yanitma “demokratik milli azadliq cebheleri” adi ile iki super güc arasindaki siyası üstünlük üçün ortaya atılan tərif ən zərərli demokrasi tərifi olmuşdur. Fikrimcə bir tərəfdən “siyasət tüfəngin ağzından çıxar” deyərək o bir tərəfdən demokratik haqlardan danışmaqla, bu qrup həm demokrasiya, həm də məzlum xalqların azadlığına böyük zərbə vurmuşdur. Ona görə də “milli azadlıq cəbhəsi” silahlı mübarizə üsulu ilə yeni bir diktatorluq hakimiyyətin qurulacağını xatırlatmaqdadır. Məsələnin bu sosyal psikolojisini düzgün zaviyə ilə ölçənlər, tüfəng zoru ilə əsarətdə saxlanılan millətlərin, güclənib “zorun qarşısını ancaq zorla almaq olar” fəlsəfəsinə inanmaqla yanaşı, demokrasidən ayrılmadan, onun yerinə “milli şuralar” teorisini ortaya qoydular. Yəni bütün millətin qəbul etdiyi şuralar uyğun görsələr, başqa mübarizə metodlarıda uygulana bilər. (Bu barədə , yəni, müdafiə sistemimizdə doğru düşünüb , düzgün əməl etməyimiz həyati məsələdir. Burada genə bir haşiyə çıxaraq dirçəliş günlərində Təbrizdən müxtəlif vasitələrlə mənimlə əlaqəyə girərək , nə etməliyik sualının müzakirəsindən bəzisini açıqlamaq istəyirəm. Öncədən bildirməliyəmki, bu zəng açanlar, paltalka çağıranlar vəya E- Mail yazan şəxslərdən təqribən heç birini tanımırdım. Hamısı çox cavan olan bu şəxslər , tapanaqlarımı hardan tapmışsınız sualına cavabları,“bir dostunuzdan almışıq “olmuşdur. Adlarını“Türkaz və Türk Araz” qoyan 17 və 18 yaşlarında iki genclə danışığımın yazılmasının millətimizə xeyirli olacağını düşünürəm. Bu gözəl adları daşıyan bu cavanlarda öyləsinə bir möhkəm iradə, özünə inam , təmkin və dirayət gördümki, “ Gələcək bizimdir “ şuarına bir söz yox, gərçəkdəndə bizim olacağına inamım qat- qat artdı. Ikisi bir yerdə, 18 yaşındaki belə başladı” bəy olabilsinki, Sulduzdaki hadisələr bizim xeyrimizə olmasın, amma axı buda doğru deyilki , biz elə qolu bağlı bunların qabağında əyilək , vursunlar”. 17 yaşındakı dəstəyi alıb dəvam elədi “ bunlar utanmazlar, qorxudmasaq xalqımızı əzəcəklər bəy nə fikriləşirsiz”? O günü Təbrizin ikinci təzahuratına iki gün qalırdı, fikirləşib ,sabah birdə danışmağı qərara aldıq. Sabahki söhbətimizdə qərara gəlindiki, hər məhəllədə bir- birini tanıyan 20-25 cavan bir araya toplaşıb , bir tərəfdən xalqın dəyənəkdən necə qorunma taktikasini onlara öyrətsinlər, bir tərəfdəndə təzahurat günü xalqı döyən zalim məmurları öz aralarında muhasirəyə alıb, bir duvar dibinə sıxışdıraraq silahlarını əllərindən alsınlar, bir tərəfdəndə onları tanıyıb, tanıtdırsınlar. Qısa- qısa dəmir tikələrini motorçuların çərxinə ilişdirib, onları aşırsınlar. Təzahurat günü Azərbaycan eşqinə quş kimi çırpınan Türkaz-ın ürəyinin səsi , telefon simlərində “ haray men Türkəm “ deyirdi. Tövüşnüyə- tövüşniyə dediki, “ bəy planımız tutdu, millət qorundu neçəsinin batumlarıda alındı. Başımdan batum dəyib – dişlərimdən qan gəlir, dizdən aşağı saçmayla yaralanmışam, dostlar dedilərki, sən bu hal ilə meydanda qalma , get və xəbər ver. Amma bəy bir şeyi artırmalıyamki, eşitmişdim Şahın qoşunu Təbrizdə nece cinayətlər eliyib, İslam cumhurisinin bu qədər qəddarcasına bizi qıracağına inanmırdım. Sovunmaq üçün bütün yolları gözdən geçirməliyik”. Ürəyimdə deyirdim , kaşki bir saatlıq allah olaydım. O gündən bəri bu qeyrətli balalarımdan xəbər almamışam, ulu tanrıdan onlara sağlıq, onlardan da ürəyimi sakitləşdirəcək bir xəbər gözləyirəm.) Demokrasinin tərifi və işləyişi öz təkamül doğrultusunda bugünün ən sevimli və dəyərli modelinə çevrilmişdir. Özəlliklə demokrasinin ən böyük əngəli olan Sovyetlər birliyi dağıldıqdan sonra qurtuluş adına yeni qurulacaq diktatorluqların dairə çapları kiçildiyinə görə insanlığın gələcəyinə cavab verib onu təmin edəcək dərəcəyə yüksəldilmişdir. Şübhə yoxdur ki demokrasi bütün dərdlərin dərmanıdır, onun təhrifi isə zorakılığın məhsuludur. Başqa sözlə bütün yollar demokrasi körpüsündən keçər və bu körpüdən ancaq azad seçkilərlə tikilən demokrasi qalasına keçilər. Bugünkü modern demokrasi tərifi, məfhumu və anlayışına görə, hətta çoxunluğun hakimiyyəti demokrasi sayılmır. Azlıqda qalan təfəkkürlərin,parti- qrup və etniklərin düşüncə dairəsində çıtlayan çəkirdəklərin istəklərinin nisbətlərinə görə təmini demokrasinin başqa bir sütununu təşkil etməkdədir. Başqa sözlə bir ölkədə yaşayan bütün insanların arzularını nisbi olaraq təmin etmək demokratik qavramdır. Demokrasi qalasının duvarlarının möhkəmlənməsində böyük demokrat, Əbulfəzl Elçi bəy hakimiyətindəki çaba və davranışları unutmamaq gərəkir. Sayı 5000-dən yuxarı olan xalqlara ana dillərində dərslik kitablarının hazırlanması millətimizin qrur qaynağıdır. Fars demokratları ölkədə çoxunluqda olan Azərbaycanlıların varlığını qəbul etmədiklərinə görə onların bu adı daşıması modern demokrasıya zərbədir. Şübhə yoxdur ki, öz milli haqqını tələb edən, beynəlxalq qurumların bir millətə tanıdığı hüquqları istəyən azərbaycanlıların üstünə tüfəng açan, batum işlədən, onları öldürən, yaralayan, dustaqlara salan bir düşüncənin mahiyyəti hamımıza aydındır. Qapılarımızı sındıran, qadınlarımızıa hörmətsizlik edən, genclərimizi yaralayan, aqsaqqallarımızı zəncirləyən, ev hakimiyətimizi zədələyən bir davranışdan da demokrasi gözləmək əbəsdir. Ancaq bu hadisələrin İslam hakimiyyətində yaranmasına baxmayaraq islamla heç bir əlaqəsinin də olmaması aydındır. Bizcə bütün bunlar Fars şovinizminin malla paltarındakı əli ilə yerinə yetirilir. Ona görə də dəfələr dediyimiz və yazdığımız kimi bir daha yazmaq lazimdirki,“iranda demokrasinin ən böyük əngəli Fars şovinizmidir”. İranda demokrasidən sonra cənnət vədəsi verənlər bunu anlamalıdırlar. Demokrasidən dəm vuran Fars şovinizminin bütün şaxələri eyni mahiyyət daşıdığına görə onların aldatmaca şüarlarına da verilən qiymət yuxarıdakı ölçəkdən xaric deyildir. Islah tələbinində, mühafizəkarınında davranışını eyniyətlə gördük, demokrasi daşını döşlərinə vuran özəlliklə xaricdəki uzdən iraq alternativlərin də davranışları düzgün tərəzidə ölçülməlidir. Çünkü bunlar bir əllərində daha iti qılınc o biri əllərində qələmləri ilə daha boyuk təhlükədirlər. Əminəm ki cavanlarimiz bu təhriflərə getmiyərək “Azərbaycan mərkəzi düçüncə sistemi”-nı buraxıb Farsçılıq siyasətinin quyruğundan yapışmayacaqlar. Ancaq ”İranda demokrasi olsun sonra biz haqqımızı istərik”diyenlər, Tehranda oturub öz mənafeilərini milli mənafemizdən üstün tutanlarin yumuşaq davranması və xalqi aldatmasi böyük faciəyə yol açabilər. Bunlara və həmçinin demokrasi şüarı ilə İranda xalqların məlumatı az bölümünün tovlanmışlarını qamçılıyıb ayıtmaq üçün demək lazımdır ki, a- Bir fars jurnalistin tutulmağına dünyanı xəbərlə dolduran bu üzdən iraq demokratlar azərbaycanlıları qətliyam edənlər qarşısında nə üçün sükut etdilər b- Azərbaycan milli hərəkatının şüar və istəklərinə bu üzdən iraq demokratlar, nə zaman müsbət münasibət bildiriblər. c- Hərəkəti təhrif edib azərbaycanlıları qalxan edərək İranda rejim dəyişdirilməsi üçün suistifadə meydanının gənişlənməsindən Azərbaycan hansı xeyri götürəcəkdir. d- Nə siz nə də daxilimizdəki əlləriz olan “İranda demokrasi, sonra milli haqlar” deyənlər arxayın olsunlar ki, bu millət bu səfər aldanmayacaqdır. Bütün Azərbaycanlılar, Azərbaycan milli hərəkatına qoşularaq onun istəklərin bəyan etməlidir. Illər boyu dediyimiz və yazdığımız kimi bu gün millət birləşib, qalxıb və fars şovinizminin boğazından yapışıb duvara dayayaraq öz haqlarını son damlasına qədər istəyib və istəyir. Biz bir millət olaraq B.M.T.nin 1541 sayılı bəyannaməsi əsasında öz muqqədaratımızı təyin etmək istəyirik. Bu yolda bugünkü dirçəlişimizin daxildəki dəyərli çalışqanlarının yazıb tələb etdikləri kimi yubandırılmadan aşağıdaki istəklər yerinə yetirilməlidir. 1- Azərbaycanın tarixi topraqlarında ana dilimizin ədəbi formasında icbari olaraq ilk məktəbdən biliyurda qədər təhsil almalıyıq. 2- Azərbaycanın tarixi topraqlarında yerləşən bütün şəhərlərdə Azərbaycan Türkcəsində 24 saatlıq radyo- televizyonlar açılmalıdır. 3- Azərbacanın bütün bölgələrində ana dilimizdə demokratik metbuatımız olmalıdır. 4- Azərbaycanın tarixi topraqlarında Azərbaycan Türkcəsi dövlət dili kimi işləməlidir. 5- Azərbaycanın böyük iqtisadi potansiyeline ,orada gəlişmə imkanı yaranmalıdır. Aclıq və yoxsulluğa son qoyularaq xalqımız bir tikə çörək dalınca qurbət acısından qurtarılmalıdır. Iranda istər hakimiyyətdə olanlar, istər müxalifət rolu oynayanlar, istər sə də özlərini alternativ görənlər, özəlliklə demokrasidən danışanlar bilməlidirlər ki, bugün bu istəklərin uyğunlanması üçün ən uyğun zamandır, sabah gec ola bilər. İlan vurmuşun alaçatıdan qorxduğu kimi bu istəkləri qəbul edənlərlə müzakirə qaplarının açılmasını yazmaq çox ağır bir təklif olsada bu siyasəti unutmaqda ağırdır. Hər hansi bir şəkildə milləti aldatmağa qalxışarsanız, daha böyük yumruğu yeməyə hazırlaşın. Özlərini demokrat sayan bu rejimə alternativlik rolu oynayanlar, əgər demokrasidən düzgün tərifiz varsa azlıq deyil ölkədə çoxluqda olan azərbaycanlıların yuxarıdaki istəklərinə müsbət cavab verməlisiniz. Qorxa-qorxa, pakat içində, üzdən iraq siyasət işlədərək sözləri çeynə- tüpr etmədən, açıqca öz xəbər orqanlarınızda, bəyanatlarınızda və yığıncaqlarınızda “Azərbaycan Milli Hərəkatının” bu qanuni haqlarını tanımalısınız. Hər iki qanada da dəmək lazımdır ki hər şeyi talanmış, dilinə qıfıl vurulmuş, iqtisadiyyatı dağılmış, tarixi təhrif olmuş, təhqirlərə məruz qalmış apartayd siyasətindən qıvrıla-qıvrıla qovrulmuş bir millətin əsəbləşmiş gənclərinin qarşısını almaq mümkün olmayacaqdır. Ədalət yolunda qan vermiş bir millət deməkki diridir. Diri millət mübarizə metodunu deyişdirməyə məcbur edilirsə “bütöv Azərbaycan Türk cumhuriyyətin”- dən aşağı söz danışanları xain sayacaqdır, onda siz hara qaçacaqsınız? Əziz Azərbaycan türk milləti bu dirəniş davam etməli və bugünkü hakimiyyətə öz gücünü sübut etməlidir. Onlar anlamalıdırlarki, ya bizim haqlarımızı verib qalmalı, ya da getməlidirlər. Hər nə bahasına olursa – olsun bu dirçəliş sürdürülməlidir. Daxildəki mübarizlərimiz , özəlliklə öndərlərimiz dişlərini daha möhkəm sıxmalı, sinələrin daha gərgin gərməlidirlər. Şovinistlərin düşdüyü bu batlaqdan qurtulmalarına icazə verilməməlidir. Göründüyü kimi düşmən kırıxıb, hər ağızdan bir hava gəlir, bir- birlərini ittiham edirlər. Bunların qarşısından qaçıp uduzmaq deyil, dirənib qalib gəlməliyik. Hər 5- 6 ildən bir ayağa qalxmış xalqımızı, dəyərli başarılara ulaşdıramasaq, bir tərəfdən dairənin ilk nöqtəsinə qayıdmış olacayıq, bir tərəfdəndə milləti incidib yoracayıq.Məntiqi dirəniş qurtuluşa qədər mərdanə sürməlidir. Bununda təkcə yolu, daxildəki qurum və şəxsiyətlərin birgə çalışmasındadır. Sözlərimin sonunda deməliyəmki, bu hadisələrdə tutulanların daxilində , Azərbaycan milli hərəkətinin fəallarından , ancaq “iki Xurdad “ deyilən islah tələblərində varlığı düzgün analiz edilməlidir. Milləti əzib, sıxıb, boğaza yetirən Ehmedi Nəjad hakimiyətinin xətalarından istifadə etmək istəyənlər bu tip Azərbaycanlılardan bəhrələnə bilərlər. Xatəminin , hətta Rəfsəncanin son çıxışları bu tuzağın həlqələrini göstərməkdədir. Daha irəliyə baxacaq olursaq öz aralarında anlaşmalarında olduğunu unutmamalıyıq. Bu fikir sahibləri , özəlliklə şəxsən yaxından tanıdığım və bugün dustaqlarda olan dostlarımız həddindın artıq ayıq olmalıdırlar . Aldanaraq tökülən qanları, çəkilən əzabları hər hansi bir formada hədər edənlər millətin əlindən qurtulamıyacaqdır. Böyük Rəsukoğlu- 19.06.06 butovaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar