SON XƏBƏRLƏR

İranın əmək və sosial işlər naziri Məhəmməd Cəhromi: SON 6 AYDA 250 MİN FƏHLƏ İŞSİZ QALIB

2021.10.20, 07:36
İranın əmək və sosial işlər naziri Məhəmməd Cəhromi: SON 6 AYDA 250 MİN FƏHLƏ İŞSİZ QALIB

Gunaz.tv
SON 6 AYDA 250 MİN FƏHLƏ İŞSİZ QALIB mehemmedjahromi1.jpg Məhəmməd Cəhromi İranın əmək və sosial işlər naziri Məhəmməd Cəhromi jurnalistlərə açıqlamasında son 6 ayda 250 min fəhlənin işsiz qaldığını söyləyərək bu rəqəmin artacağını bildirib. O, quraqlıq nəticəsində işsiz qalmış əkinçilər də nəzərə alınarsa, işsizlərin ümumi sayının qat-qat çox olduğunu vurğulayıb. «Media forum» saytının məlumatına görə, nazir işszliyin artmasını İran Mərkəzi Bankının səhv siyasəti ilə əlaqələndirib: «İran Mərkəzi Bankının səhv siyasəti istehsalla məşğul olan qurumların dövriyyədəki sərmayəsi üçün çoxlu problem yaratdı. Elə buna görə də rəsmi qurumların verdiyi statistik rəqəmlərdə son altı ayda ölkədə 250 min fəhlənin işsiz qaldığı bildirilib». Bu ilin iyun ayına olan rəsmi rəqəmlərə görə, İranda 2 milyon 600 min nəfər işsiz var. Müstəqil ekspertlər işsizlərin sayının daha çox olduğunu bildirirlər. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar