SON XƏBƏRLƏR

Amerikada hər şeyin qiyməti iki dəfə aşağı düşüb

2021.10.20, 07:36
Amerikada hər şeyin qiyməti iki dəfə aşağı düşüb

Gunaz.tv
5_211008.jpg Paul Murad: "İndi orda bu sahəyə kim investisiya qoysa, onun qazancını ikiqat götürəcək" "Bakıya gəlməyimdə bir neçə məqsədim var. Onlardan biri odur ki, Amerikada bina tikintisi ilə məşğul olan şirkəti bura gətirəm. Burada yaşayanları isə ABŞ-a aparım". Bu fikirləri dünən keçirdiyi mətbuat konfransında əslən Azərbaycanlı olan, Amerikada yaşayan iş adamı Paul Murad söyləyib. O Azərbaycanda media sahəsinə də fikir verəcəyini deyib. Azərbaycanda daşınmaz əmlak sahəsində qiymətlərin çox böyük olduğunu vurğulayan iş adamı əlavə edib ki, bu qiymətlər hətta ABŞ-da mövcud olan qiymətlərdən də çoxdur. R.Murad vurğulayıb ki, hazırda ABŞ-da bina tikmək üçün olduqca münbit şərait yaranıb: "Dünyada baş verən maliyyə böhranı ilə əlaqədar olaraq Amerikada hər şeyin qiyməti iki dəfə aşağı düşüb. İndi orda bu sahəyə kim investisiya qoysa, onun qazancını ikiqat götürəcək". Paul Murad onu da bildirib ki, Azərbaycanın ABŞ-da güclü lobbi yaratması olduqca vacibdir. Yaşadığı ölkədə siyasi proseslərdə çox fəal iştirak etdiyini önə çəkən iş adamı "Amerikadakı Azərbaycan diasporu çox yenidir və Amerika cəmiyyətində öz rolunu nümayiş etdirməyə başlayıb. Diasporun gücləndirilməsinə öz töhfəmi verməyə çalışıram", - deyə nitqinə əlavə edib. Onun bildirdiyinə görə, Amerikada uzun illər yaşayan ermənilər biznes sektorunda çox fəaldırlar. "Kaliforniyada Qlendeyl şəhəri əhalisinin əksər hissəsini ermənilər təşkil edir. Amerika siyasətçilərinin əksəriyyəti ermənilərlə hesablaşır. Çünkü orda çoxlu erməni seçicisi var". Paul Murad qeyd edib ki, ABŞ və Azərbaycan arasında yüksək siyasi səviyyədə münasibətlər çox inkişaf edib. "Amerikada qarşılıqlı münasibətlər üç səviyyədə formalaşır - yüksək siyasi, ictimai sektor və biznes səviyyəsində. Azərbaycanın ABŞ-dakı səfirliyi və Los-Ancelesdəki konsulluğu da bu səviyyədə çox fəaldırlar. Los-Ancelesdəki konsul Elin Süleymanovla yaşadığım Nevada ştatında Azərbaycanı tanıtmaq üçün əməkdaşlıq etməyə çalışıram". Seymur sherg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar