SON XƏBƏRLƏR

MƏHƏMMƏD XATƏMİ TELEKANAL AÇIR

2021.10.20, 07:36
MƏHƏMMƏD XATƏMİ TELEKANAL AÇIR

Gunaz.tv
MƏHƏMMƏD XATƏMİ TELEKANAL AÇIR xatemitelekanalachir1.jpg Məhəmməd Xatəmi İranın keçmiş prezidenti Məhəmməd Xatəmi tezliklə peyklə verilişlər yayacaq özəl telekanal açacağını bildirib. «Media forum» saytının məlumatına görə, jurnalistlərə açıqlamasında M.Xatəmi yeni telekanalın təsis edilməsini sivilizasiyalar arasındakı dialoqa yardım məqsədi ilə əlaqələndirib. Sabiq dövlət başçısı telekanalın təsis edilməsi ilə bağlı maddi problemləri olduğunu vurğulayıb: «Biz televiziya kanalının büdcəsini qanuni və şəffaf yollarla təmin etmək niyyətindəyik. İstəmirik ki, başqa-başqa qüdrət sahibləri öz şəxsi maraqları ilə bizə minnət qoyaraq işin maddi tərəfini həll etsinlər, sonra isə bizdən nəyisə umsunlar». 1997-2005-ci illərdə dövlət başçısı olmuş M.Xatəmi 2009-cu ilin iyununda baş tutacaq prezident seçkisində potensial namizədlərdən sayılır. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar