SON XƏBƏRLƏR

Gürcülər rus rublunu çökdürdülər

2021.10.20, 07:36
Gürcülər rus rublunu çökdürdülər

Gunaz.tv
Gürcülər rus rublunu çökdürdülər 20081021121732_1.jpg “Yeni Şərq”in Lent.az-a istinadən verdiyi xəbərə əsasən, Moskvanın valyutadəyişmə məntəqələri ötən bazar günləri alıcıların indiyə qədər görünməyən axını ilə qarşılaşıblar. Bazar ertəsi 1 dolların 40 rubla qədər qalxacağına əmin olan əhali banklarda milli valyuta ilə saxladıqları əmanətləri çıxararaq onu dollara dəyişməyə tələsiblər. Ekspertlər isə bildirirlər ki, əhalinin əlində olan vəsaiti ucuzlaşmaqdan qorumaq üçün atdıqları addım bu dəfə özünü doğrultmaya bilər. Çünki Rusiya Bankı hazırkı şəraitdə rublun kursunun aşağı düşməsinə imkan verməyəcək. Bu isə dolların yüksək qiymətlə satılmasının ancaq özəl banklara xeyir verəcəyini göstərir. Oktyabrın 20-də dolların rubla nisbətdə kursunun 20 qəpik aşağı düşməsinə baxmayaraq, valyutadəyişmə məntəqələrində növbələr azalmayıb. Rəsmi kurs 1 dollar – 26,5 rubl qəbul edilsə də, valyutadəyişmə məntəqələrində onu 28,5 rubla və hətta 29 rubla satırmışlar. “Moskovskiy komsomolets” qəzeti isə panikaya səbəb olan məlumatın ilk öncə haradan gəldiyini araşdırmağa çalışıb. Məlum olub ki, rublun kursunun təxminən 70 faiz düşəcəyi ilə bağlı məlumatı ilk olaraq Gürcüstanın “Qruziya-Online” saytı “Reuters” agentliyinə istinadən yayıb. Rusiya qəzetləri və agentlikləri isə həmin xəbəri tirajlayıblar. “Reuters”in Moskva bürosunda isə belə bir məlumat vermədiklərini bildiriblər: “Bizdə belə bir məlumat keçməyib. Bunu istənilən şəxs bizim xəbər lentimizi yoxlayaraq müəyyən edə bilər. Bu fakt gürcülərin vicdanındadır”. Yeni Şərq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar