SON XƏBƏRLƏR

PKK-nın "siyasi qolu" Türkiyəyə meydan oxuyur

2021.10.20, 07:36
PKK-nın "siyasi qolu" Türkiyəyə meydan oxuyur

Gunaz.tv
PKK-nın "siyasi qolu" Türkiyəyə meydan oxuyur Türkiyədə özünü ölkə kürdlərinin sivil və siyasi təşkilatı kimi təqdim edən, əslində isə PKK-nın siyasi qolu olan Demokratik Toplum Partiyası (DTP) dünən fəaliyyətini aktivləşdirib. Partiyanın Batman vilayət şöbəsinin qərargahının açılış mərasiminə qatılan DTP-nin həmsədri Eminə Ayna iqtidardakı Ədalət və İnkişaf Partiyasını (AKP) "yalançılar yığnağı" adlandırıb. Onun dediyinə görə, Hakkari vilayətindəki Aktütün sərhəd məntəqəsinə PKK-nın hücumu zamanı 15 yox, 62 türk əsgəri şəhid olub, iqtidar isə bunu xalqdan gizlədir. Binanın qarşısına yığışan DTP tərəfdarları əllərində PKK bayraqları, terrorçu təşkilatın lideri Abdulla Ocalanın iri portretlərini tutaraq "Yaşasın PKK!" bağırıblar. DTP həmsədri də PKK lideri Abdulla Ocalanı "möhtərəm şəxs" adlandıraraq indiyədək həlak olmuş PKK-lıların xatirəsinə bir dəqiqəlik sükut elan edib. "AKP iqtidarı xalqı aldadır. Aktütün hücumunda 62 əsgər ölüb, bunlar 15 deyirlər. Qəzetlər də "PKK-ya qarşı mübarizədə uğurla irəliləyirik" yazırlar. Hamısı yalandır. Bizim öz xəbər mənbələrimiz və kanallarımız var. Onlar da tam tərsini deyir, PKK-ya qarşı qanlı əməliyyatların heç bir effekt vermədiyini sübut edir. Yetər artıq! Yeganə çıxış yolumuz türklərlə kürdlərin dialoqudur. Abdulla Ocalana qarşı hücumlar da əslində kürd xalqına, onun iradəsinə hücum etməkdir. AKP, onun arxasında duran ABŞ, İngiltərə və Britaniyaya üzümü tutub deyirəm: kürd xalqı asan həzm ediləcək yem deyil! Bütün inkanlara, qətllərə, hücumlara rəğmən kürdlər bu günlərə gəldi və bundan sonra da yaşayacaq, yaradacaq. Ağlınızı başınıza yığın, PKK-ya qarşı əməliyyatları dayandırın! Abdulla Ocalanı zəhərləmək, onu yox etmək cəhdlərindən əl çəkin! Sizə son xəbərdarlığımızı edirik!", - Əminə Ayna söyləyib. DTP-nin Ağrı vilayətinin Doğubayazid bölgəsində keçirdiyi mitinqdə isə qan tökülüb. Partiyanın Böyük Ağrı küçəsindəki vilayət qərargahının binasından yürüşə başlayan kürdlər təhlükəsizliyi təmin edəqn polislə hücum edib. Olaylarla bir nəfər ağır yaralanıb, 20 nəfər tutulub. Həmin yaralı Doğubayazid şəhər xəstəxanasına aparılsa da, dünyasını dəyişib. Bu arada PKK lideri Abdulla Ocalanla onun ömürlük həbs çəkdiyi İmralı həbsxanasında pis davrandığını bəyan edən DTP baş nazir Rəcəb Tayyib Ərdoğanın səfər etdiyi Diyarbəkirdə bütün dükan və ofis sahiblərindən iş yerlərini qapatmağı tələb edib. Daha sonra isə həmin tələb Batman, Cizrə və Şırnaqda da səslənib. Diyarbəkirdə baş nazirin keçəcəyi yolun ətrafındakı bütün dükanların qapıları bağlanıb. Van və Hakkaridə isə minlərlə kürd küçələrə çıxaraq "Apodan əl çəkin!" şüarları söyləyiblər

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar